Yuxarıya
skip to main content

ABŞ- Azərbaycan əlaqələri yeni müstəvidə/ ŞƏRH

08.06.2022

ABŞ prezidenti C. Baydenin Novruz Bayramında, Müstəqillik günündə və son Xəzər enerji forumu çərçivəsində prezident İlham Əliyevə göndərdiyi məktublarda Vaşinqtonun Azərbaycanla siyasi-iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa yer verəcəyi xüsusi qeyd edilib.

Əvvəlki məktublardan fərqli olaraq yeni məzmunda göndərilən məktublar konkret əməkdaşlığın yeni mərhələsini özündə ehtiva edir.

Qeyd edim ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallığı Ağ Ev qəbul edərək, bunu öz regional kontekstində qiymətləndirir. Bununla yanaşı, Vaşinqton Cənubi Qafqazda strateji cəhətdən möhkəmlənməuyi planlayır. Ona görə də C. Baydenin arda-arda göndərdiyi məktublarda regionda Azərbaycanla birgə işləyəcəklərini vurğulayır. Demək, ABŞ Azərbaycanın yeni dünya nizamında öz yanında olmağını istəyir.

C. Baydenin Azərbaycana dəstək, regional və ikitərəfli əlaqələrin inkişafı istiqamətində göndərdiyi məktuba rəsmi Bakı cavab verməli idi. Məhz Prezidentin köməkçisi Hikimət Hacıyevin Vaşinqtona səfəri cavab addımıdır.

Ağ Evin Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində Azərbaycanın atacağı addımları dəstəkləməsi, xüsusilə Qarabağda silahli erməni birləşmələrinin çıxarılması istiqamətində Azərbaycana tam dəstək verməsi mümkündür.

Artıq Vaşinqtonla Bakı arasında yeni təmasların inkişafı Prezidentlərin ikitərəfli danışıqlarını labüd edir. C.Baydenin Prezident İlham Əliyevi Ağ Evdə qəbul etməsi istisna deyil.

Dünya yeni bir siyas nizama qədəm qoyur. Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını Azərbaycan yenidən qurur və bu istiqaməti Vaşinqton Bakı ilə təmaslara dəstək vernəklə inkişaf etdirəcək.


Məhəmməd Əsədullazadə