Yuxarıya
skip to main content

Avstraliyanın yeni lideri dünyaya nə vəd edir? – Yeni müdafiə paktının sirrləri / “AUKUS”

25.05.2022

Avstraliya seçkilərinin nəticələrinə Fransa qədər məmnun olan başqa dövlət yəqin ki yoxdur. Onlar bu seçkinin nəticəsini çoxdan gözləyirdi. Nəhayət Avstraliya ilə işgüzar masada daha rahat söhbətlər aparmaq mümkün olacaq. Buna səbəb isə Avstraliyada seçilmiş yeni baş nazirdir.

Ötən həftə sonu İşçi Partiyasının rəhbəri Entoni Albanese keçirilən seçkidə baş nazir Skott Morrisonu məğlub etməyi bacarıb. Skott Morrison isə Fransa ilə sualtı qayıq müqaviləsini ləğv etdikdən aylar sonra, London və Vaşinqtonla iddia olunan ‘’AUKUS’’ (ABŞ, Birləşmiş Krallıq və Avstraliyadan ibarət müdafiə paktı) adlı ittifaqı yaratmaq üçün Parisi oyundan kənarlaşdırıb.

Keçən həftəyə qədər Fransanın xarici işlər naziri statusunu saxlayan Le Drian Avstraliya baş naziri Morrisona məğlubiyyətindən dərhal sonra sərt sözlər ünvanlayıb. Le Drian bildirib ki, Morrisona məğlubiyyət çox ‘’yaraşır’’. Diplomatik dildə olduqca ağır mənaya gəlib çıxan bu çıxış ‘’Politico’’ nəşrinin də diqqətini cəlb etməyi bacarmışdı.

Baş nazir Albanese indi Fransa-Avstraliya münasibətlərindəki təmiz səhifə açmaq niyyətindədir. Yeni baş nazir gələn ay Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri ilə görüşəcək. Avstraliya NATO alyansının “dünya üzrə tərəfdaşlarından” biri statusuna sahib olduğu üçün Madriddə keçiriləcək sammitə iştirak üçün dəvət olunub.

Bundan əvvəl, Albanesenin Avropa İttifaqı gündəliyində iki əsas məsələ yer alacaq:

  1. Fransa ilə münasibətləri bərpa etmək.
  2. Brüssel ilə azad ticarət sazişini yekunlaşdırmaq.

Albanese Fransa ilə siyasətdə daha mülayim rol ifa edəcəyinin siqnallarını artıq əvvəlcədən vermişdi. O, Makronu Fransa prezidentliyinə yenidən seçilməsi münasibətilə ilk təbrik edənlərdən biri oldu. "Fransa uzun müddətdir ki, azadlıq və demokratiyanın çırağı kimi zirvədə dayanıb", - deyə o, keçən ay öz Tvitter hesabında yazıb.

Ancaq yeni baş nazirin ‘’AUKUS’’ paktı ilə bağlı Avstraliyanın mövcud siyasətini dəyişdirəcəyini gözləmək düzgün olmaz.

"Mən baş nazir Boris Conson ilə danışdım ‘’AUKUS’’-da olan ortaq öhdəliyimizi müzakirə etdik" - deyə Albanese  yazıb.

Nəticə olaraq Albanese ‘’AUKUS’’ paktını aktiv saxlamaqla yanaşı Fransa ilə münasibətləri də düzəltməyə çalışmaq səyindədir.

https://www.politico.eu/article/eu-australia-reset-anthony-albanese-election/