Yuxarıya
skip to main content

Azərbaycanda gələcək nəsillərlə həmrəylik

12.01.2022

Nəsil nədir? O necə keçmiş, indiki yaxud gələcək ola bilər? İndiki nəsilə kimlər daxildir? Ölüm yatağında olan qoca? Doğulmaqda olan körpə? Yoxsa 35 yaşlı bir cavan insan? Nəsillər və bu nəsilə aid olan fərdlər axar çaydakı su kimidir. Dəyişiklik axını vahid bir bütünü elə bir formada təşkil edir ki, ontoloji əhəmiyyət daşıyan hər hansı fərqlilik təsadüfi xarakter daşıyır. Eynşteyn bunu belə ifadə etmişdir: “Keçmiş, indi və gələcək arasında fərqlilik axtarmaq inadkarcasına illüziyaya qapılmaqdır”. Gələcək haqqında danışarkən hər birimiz daha ümidli oluruq, gözlərimiz önündə daha aydın və işıqlı bir mənzərə canlanır. 1980-ci illərin sonunda dünyaya gəlmiş bir uşaq üçün 2000-ci illər texnoloji inkişaf, “daha yaxşı gələcək” vəd edirdi. “Dəmir pərdə” çökmüş, “soyuq savaş” bitmiş, “tarix sona çatmış”, liberal demokratiya modeli bütün dünyaya hakim model olaraq yayılmışdı və bu əsnada texnologiya ən yüksək sürətlə cəmiyyəti irəli aparmalı idi. Bu gözəl mənzərə “əbədi indi” olaraq mövcud olacaqdı. Lakin 2007-ci ildə ABŞ-da başlayan, “Lehman Brothers”in “ölümü” ilə əslində o “aydın gələcək” ilə bağlı təsəvvürlər də bulanıqlaşmağa başladı. Dünya təkrar iqtisadi böhrana düçar oldu. 2000-ci illərdə doğulan uşaqlar öz gələcəkləri ilə bağlı iqtisadi böhrandan qurtulacaqları xəyalları qurarkən 2010-cu illərdə dünyanı rəngli inqilablar, “milli baharlar” bürüdü. 2019-cu ildə isə “Covid” pandemiyası siyasi və iqtisadi çətinliklərlə boğulan bütöv bir nəsili dörd divar arasında qapadı. Artıq sağlamlıq ehtiyacı iqtisadi və siyasi ehtiyacların önünə keçmiş, demokratiya və inkişaf ilə bağlı tamamilə fərqli təsəvvürlər formalaşmağa başlamışdı. Ən liberal Avropa dövlətlərində belə ən sərt qapanmalar və məhdudiyyətlər yaşanmaqdadır. Bütün bunların fonunda hər bir cəmiyyət öz real zamanındakı həyat axarında öz qazandığı təcrübələri, uğurları vəya uğursuzluqları ilə yaşamağa davam edir və müxtəlif cəmiyyətlərin fərdləri gələcəklə bağlı yenə ümid və gözləntilərini yüksək tutmağa çalışır. Bu yazıda gələcək nəsil deyərkən bizim olmayacağımız zamanlarda mövcud olacaq nəsillər nəzərdə tutulmuşdur. Onlar hazırda bizimlə birlikdə seçkilərə qatıla, səs verə, siyasi və iqtisadi proseslərdə iştirak edə bilmirlərsə, bu onların mənafelərinin arxa plana atılması üçün səbəb olmamalıdır.

Cəmiyyət mövcud olduğu müddətcə gələcək ilə bağlı planlamalar, gələcək üçün istiqamətlənmiş addımlar, strategiya və gələcəyə baxış sənədləri mövcud olacaqdır. Bu sənədlər keçmişdə və indiki zamanda atdığımız addımların nəticələrini analiz edərək gələcəklə bağlı proqnozlar verir, eyni zamanda gələcəkdə ehtimal olunan mənfi tendensiyaların yaşanmaması, yaxud yaşanması ehtimalının aradan qaldırılması üçün indiki zamanın fərdləri olaraq bizlərə addımlarımızı təkrar ölçüb-biçmək, fəaliyyətimizi istiqamətləndirmək üçün şans yaradır. Xüsusilə son illərdə atdığımız addımların və davranışlarımızın uzun-müddətli təsirləri, bu təsirlərin nəticəsində yaranacaq yükün (ekoloji, iqtisadi və sosial sahələrdə) gələcək nəsillərimizin çiyninə yüklənəcəyinə dair narahatçılıqlar ifadə edilməyə başlanmışdır. Bu barədə araşdırmalar çox olmasa da, müəyyən statistik hesablamalar aparılmış, cəmiyyətin gələcək nəsillərlə həmrəylik səviyyəsi ölçülməyə çalışılmışdır. Kasser (2011) öz çalışmasında gənc nəsillərin, xüsusilə uşaqların (yeni nəsilin) karbon emissiyası, insanların rifah halının yaxşılaşdırılması ilə bağlı məlumatlandırılmasını həyata keçirərək fərqindəlik yaradır. Vanhuysse (2013) uşaq başına düşən ictimai borc, ekoloji zərərlər və yaşa görə zənginliyin qeyri-bərabər paylaşımına dair statistikaları müqayisə edərək müvafiq nəticə əldə edir. Bu araşdırmada Jamie McQuilkinin (2018) araşdırma metodu və seçdiyi indikatorlar öyrənilmiş, həmçinin Azərbaycanda gələcək nəsillərlə həmrəylik səviyyəsi analiz edilməyə çalışılmışdır.

Metod

3 istiqamət üzrə 9 indikator seçilərək müvafiq istiqamətlər üzrə (həmçinin ümumi ortalama) ölkələrin indeks göstəricisi hesablanmış, başqa sözlə 120 ölkə (dünya əhalisinin 92%-i) üzrə gələcək nəsillərlə həmrəylik səviyyəsi indeksləşdirilmişdir.

  • Ətraf-mühit istiqaməti üzrə
  1. Meşələrin məhv olma dərəcəsi (forest degradation)
  2. Karbon emissiyası səviyyəsi (carbon footprint)
  3. Aşağı karbon enerjisi (yəni alternativ enerji) istifadəsi səviyyəsi (low-carbon energy consumption)
  • İqtisadi istiqamət üzrə
  1. Zənginliyin qeyri-bərabər paylaşımı (wealth inequality)
  2. Cari hesab balansı (current account balance)
  3. Dəqiqləşdirilmiş xalis qənaətlər (adjusted net savings)[1]
  • Sosial istiqamət üzrə
  1. Şagird - müəllim sayı balansı (primary pupil-teacher ratio)
  2. Doğum səviyyəsi (fertility rate)
  3. ÜDM  ilə müqayisəli uşaq ölümü səviyyəsi (GDP-adjusted child mortality)

Müvafiq indikatorlar üzrə hesablama apara bilmək üçün həmin indikatorlar üzrə alınan rəqəmlər 0-100 arasında standartlaşdırılmışdır. Məsələn, hər hansı ölkə üzrə əgər meşələrin məhv olma dərəcəsi sıfırdırsa, o zaman onun müvafiq standart indeksi 100 olaraq qeyd olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bir ölkə üzrə əldə olunan nəticə (index) hər hansı digər məkan (coğrafiya) və ya zaman müstəvisində müqayisə apararkən müəyyən məna kəsb edir. Odur ki, indeksasiya üçün müvafiq müqayisə çərçivəsində minimum və maksimum dəyərlərə əsasən hesablama aparılır.

100 x indikator dəyəri-minimumhədəf-minimum

Hər bir indikator bu şəkildə standartlaşdırıldıqdan sonra ortalama dəyərin hesablanması üçün aşağıdakı geometrik hesablama üsulu istifadə olunmuşdur:

(i1 x i2x in)1n

Cədvəl 1. 192 ölkə üzrə nəsillərarası həmrəylik səviyyəsinə dair indekslər[2]

 

Meşələrin məhv olması

Karbon emissiyası

Aşağı karbon enerjisi istifadəsi

Ətraf-mühit ortalaması

Bərabərsizlik

Cari hesab-balansı

Dəqiqləşdirilmiş xalis qənaətlər

 

İqtisadi ortalama

Şagird -müəllim balansı

ÜDM/Uşaq ölümü

Doğum səviyyəsi

Sosial ortalama

İndex ortalaması

Sıra

Norveç

82

75

61

72

39

100

88

70

100

83

96

93

78

1

Kosta Rika

68

86

59

70

41

58

75

56

76

91

91

86

70

2

Vyetnam

64

100

21

51

57

100

76

76

73

82

86

80

68

3

Sloveniya

90

23

51

47

71

100

54

73

85

100

82

89

67

4

İsveç

59

22

67

44

37

100

91

70

100

100

88

96

67

5

Nepal

96

100

16

54

53

100

100

81

38

88

82

65

66

6

Litva

73

46

43

52

55

100

36

58

91

90

89

90

65

7

Fransa

86

30

68

56

51

85

46

59

79

92

81

84

65

8

Macarıstan

100

43

40

56

58

100

37

60

99

89

61

81

65

9

Şri-Lanka

83

100

20

55

55

58

92

67

66

100

59

73

64

10

Çin

75

50

19

42

48

100

100

78

80

77

87

81

64

11

Yeni Zelandiya

100

50

54

65

50

70

36

50

86

72

86

81

64

12

İsveçrə

92

18

63

47

36

100

87

68

98

67

74

78

63

13

Belçika

73

21

46

41

60

93

50

66

97

83

98

92

63

14

Korea Respublikası

83

22

41

42

45

100

100

77

64

100

57

72

61

15

Bolqarıstan

99

40

48

58

56

82

37

55

83

62

76

73

61

16

Tacikistan

-

100

76

87

60

60

41

53

68

74

23

49

61

17

Almaniya

81

26

36

42

41

100

64

64

92

87

65

80

60

18

Peru

82

100

32

64

33

74

66

55

72

54

60

61

60

19

Filippin

81

100

49

74

30

100

100

67

40

50

40

4

60

20

Finlandiya

54

17

45

34

49

100

52

63

88

100

96

95

59

21

İspaniya

90

32

40

49

55

74

34

52

92

91

57

78

58

22

Xorvatiya

96

35

24

43

56

88

29

52

86

100

75

86

58

23

Avstriya

68

21

33

36

39

100

71

65

95

82

68

81

58

24

Niderland

83

26

14

31

47

100

66

68

96

76

96

89

57

25

Latviya

33

55

25

35

54

100

56

67

95

72

68

78

57

26

Yaponiya

94

25

38

45

60

100

21

50

79

100

69

82

57

27

Uruqvay

100

86

38

69

40

66

18

36

81

60

81

73

57

28

İrlandiya

100

19

15

30

49

100

60

67

83

83

83

83

55

29

El Salvador

50

100

58

66

47

59

34

45

29

81

73

56

55

30

Çexiya

90

23

41

44

40

77

28

45

81

100

72

83

55

31

Birləşmiş Krallıq

89 

25

30

40

53

72

26

46

81

77

90

82

54

32

Rumıniya

90

60

34

57

46

63

25

41

83

45

74

65

54

33

İtaliya

94

29

24

40

56

85

18

44

99

97

66

85

53

34

Ekvador

78

100

27

59

43

92

32

51

73

33

55

51

53

35

Braziliya

52

100

39

59

32

76

23

38

70

46

92

67

53

36

Danimarka

66

30

19

34

21

100

58

49

98

88

82

89

53

37

Tayland

75 

75

8

35

32

100

70

61

83

64

64

70

53

38

Kanada

63

18

47

38

47

68

41

51

85

66

76

75

52

39

Venezuela

83

43

32

49

33

100

54

56

78

29

61

52

52

40

Makedoniya

75

30

21

36

52

68

31

48

80

97

67

81

52

41

Estoniya

48

35

6

22

53

100

66

71

96

100

70

88

51

42

Malayziya

28

55

9

24

35

100

85

67

87

77

90

84

51

43

Avstraliya

100

25

12

31

59

60

36

51

86

79

88

84

51

44

İndoneziya

45

100

28

51

29

94

100

65

79

12

65

40

51

45

Rusiya Federasiyası

84

25

29

39

20

100

51

46

81

42

86

66

49

46

İslandiya

-

75

91

82

53

82

0

16

100

100

72

90

49

47

Ukrayna

82

50

43

56

16

45

22

25

83

100

69

83

49

48

Meksika

68

32

25

38

42

88

51

57

55

36

74

52

48

49

Banqladeş

72

100

5

32

54

100

100

81

14

70

80

42

48

50

Polşa

95

32

6

26

44

62

45

50

99

98

64

85

48

51

İsrail

-

26

21

24

40

100

70

65

92

98

36

69

47

52

Slovakiya

70 

33

50

49

80

90

4

30

84

68

66

72

47

53

Mərakeş

100

100

11

48

38

29

100

48

58

32

40

42

46

54

Kolumbiya

76

100

35

65

41

72

5

25

55

52

67

57

45

55

Ermənistan

98 

100

56

82

59

0

38

13

75

84

92

83

45

56

Argentina

10

86

25

27

35

100

30

47

84

44

72

64

44

57

Kipr

84

26

16

33

35

35

17

28

86

100

69

84

42

58

Çili

100

100

25

63

38

91

0

15

62

80

97

78

42

59

Boliviya

54

100

18

46

44

100

20

45

65

18

36

35

41

60

Azərbaycan

96

86

14

48

58

100

57

69

94

0

95

21

41

61

ABŞ

59

14

34

30

28

72

29

39

90

20

91

55

40

62

Tunis

100

100

4

33

45

37

12

27

79

62

64

68

39

63

Misir

-

100

13

37

35

78

18

37

62

30

46

44

39

64

Albaniya

64

100

45

66

55

0

26

11

75

72

92

79

39

65

Qırğızıstan

97

100

60

83

58

0

25

11

64

95

29

56

38

66

Paraqvay

0

100

100

22

43

100

18

43

60

62

44

55

37

67

Haiti

73

100

7

38

41

61

68

55

10

39

35

24

37

68

Panama

59

60

32

48

39

5

100

27

65

14

58

37

36

69

Mavritaniya

100

43

29

50

45

3

31

15

71

44

61

57

35

70

Keniya

61

100

27

55

50

30

33

37

16

20

20

19

34

71

Hindistan

84 

100

16

51

34

68

95

60

29

0

62

12

33

72

Portuqaliya

45

32

27

34

50

42

0

13

97

100

64

85

33

73

Pakistan

89

100

20

56

61

86

48

63

27

0

41

10

33

74

Seneqal

-

100

8

28

55

36

45

45

32

52

15

29

33

75

İordaniya

-

75

13

31

56

4

54

24

75

40

34

47

33

76

Yunanıstan

72

27

17

32

54

34

0

12

97

96

70

87

32

77

Namibiya

-

100 

29

54

31

64

65

51

45

0

41

12

32

78

Türkiyə

93

55

24

49

29

36

40

35

75

0

84

18

32

79

Əlcəzair

76

100

3

27

54

100

100

82

64

0

40

14

31

80

Belarus

97

35

1

16

58

1

96

18

86

100

93

93

29

81

Burkina Faso

 

100

21

46

55

67

34

50

4

28

13

11

29

82

Ruanda

90

100

27

62

48

19

30

30

0

88

19

12

28

83

Konqo Dem. Respublikası

76

100

17

51

53

32

0

12

32

73

12

31

26

84

Efiopiya

84

100

11

45

61

56

11

34

0

86

20

12

26

85

Lao XDR

57

100

93

81

59

78

0

17

51

0

44

13

26

86

Toqo

78

100

6

35

57

41

0

13

27

62

18

31

24

87

Lesoto

-

100

74

86

46

0

73

15

30

0

45

11

24

88

Bəhreyn

-

11 

0

3

56

100

58

69

95

32

83

63

24

89

Nikaraqua

100

32

15

49

0

66

15

44

86

58

60

24

90

Yamayka

66

75

7

33

41

0

28

6

60

70

69

66

23

91

Sinqapur

 

14

0

2

48

100

100

78

77

85

57

72

23

92

Nigeriya

79 

100

7

37

36

100

24

44

27

0

11

7

22

93

Liberiya

69

100

0

19

57

0

31

12

58

100

17

46

22

94

Livan

98

38

11

34

26

0

0

3

89

76

69

77

20

95

Botsvana

-

60

0

8

37

81

100

67

61

0

55

15

20

96

Cənubi Afrika

100

38

16

39

33

61

1

14

47

0

63

14

20

97

Qana

52

100

24

50

55

5

12

15

44

0

27

11

20

98

Sudan

-

100

14

37

59

39

4

20

42

0

21

10

19

99

Kamerun

89

100

23

59

54

63

4

24

6

0

18

5

19

100

Kot d`İvuar

8

100

12

21

48

100

22

47

16

0

16

6

19

101

Malavi

21

100

71

53

55

0

21

11

0

99

13

11

18

102

Qazaxıstan

98

22

10

28

24

100

0

13

83

0

50

16

18

103

Tanzaniya

60

100

11

40

58

0

67

16

0

60

13

9

18

104

Qvineya

64

100

46

66

56

0

0

4

14

46

17

23

18

105

Səudiyyə Ərəbistanı

-

25 

0

5

40

100

66

64

97

0

53

17

18

106

Anqola

76

100

15

49

43

100

0

16

17

0

14

6

17

107

Qatar

-

8

0

3

47

100

100

78

97

0

91

21

17

108

Benin

-

100

0

10

56

18

23

28

6

37

17

16

16

109

Mali

-

100

51

71

56

13

21

25

0

0

9

2

15

110

Kamboca

0

100

3

7

55

42

17

34

0

76

45

15

15

111

Küveyt

 

8

0

3

44

100

67

67

100

0

49

17

15

112

Trinidad və Tobaqo

65

9

0

8

49

100

0

17

82

0

95

20

14

113

Burundi

72

100

51

72

59

0

0

4

0

92

11

10

14

114

Niger

 

100

0

10

56

0

31

12

24

64

7

22

14

115

Uqanda

36

100

51

57

53

2

0

4

1

63

11

9

13

116

Sierra Leon

66

100

29

58

56

0

0

4

45

0

22

10

13

117

Mozambik

35

100

38

51

51

0

0

4

0

73

15

10

12

118

Qvineya-Bisau

58 

100

0

18

59

40

0

13

0

11

18

6

11

119

Monqolustan

0

50

0

4

59

0

8

8

47

18

54

36

10

120

Azərbaycana dair indeks göstəricilərinin təhlili

Müvafiq cədvəldən göründüyü kimi meşələrin məhv olması, atomesferə karbon emissiyası göstəricilərinə əsasən Azərbaycan kifayət qədər uğurlu nəticə göstərsə də, karbon əsaslı enerji mənbələri (neft və qaz) istifadəsinə, yəni alternativ enerji mənbələrindən yetəri qədər istifadə etməməsinə görə ümumilikdə ətraf-mühitin qorunması üzrə orta index (48) göstəricisi əldə etmişdir.

İqtisadi göstəricilər üzrə baxdığımızda Azərbaycanda zənginliyin bərabər paylaşılması və dəqiqləşdirilmiş xalis qənaətlərin orta səviyyədə olduğu, yalnız cari hesab balansının yüksək göstəriciyə malik olduğu bəlli olur. Beləliklə Azərbaycanın iqtisadi göstəricilər üzrə indexi orta-yaxşı (69) hesab oluna bilər.

Sosial göstərici üzrə müəllif dəqiqləşdirilməmiş məlumata yer vermiş, şagird - müəllim balansı və doğum səviyyəsi üzrə göstəricilərin yüksək olduğu halda, ÜDM-lə müqayisə edilmiş uşaq ölümü səviyyəsini 0 göstərməklə ortalama indeksi aşağı (21) qeyd etmişdir. Bu isə öz növbəsində müvafiq 3 istiqamətin ümumi ortalamasının aşağı düşməsinə və Azərbaycanın 120 ölkə üzrə yerinin 61-ci sırada qərarlaşmasına səbəb olmuşdur.

Halbuki ən son 2021-ci il məlumatlarına görə hər 1000 doğum üzrə 19,58 uşaq ölümü halı qeydə alınmış və bu 2020-ci ilin göstəricisindən (19.99 ölüm halı) 2,09% aşağıdır.

Cədvəl 2. Azərbaycanın ÜDM-i və hər 1000 nəfər doğum üzrə 1 yaşadək uşaq ölümünün statistik müqayisəsi

 

ÜDM

(milyard dollar)[3]

İllik adam başına ÜDM (dollar)[4]

Uşaq ölümü

(hər min nəfər üzrə)[5]

2020

42,61

4221,4

19,998

2019

48,17

4805,7

20,415

2018

47,11

4739,8

20,832

2017

40,87

4147,1

22,943

2016

37,87

3880,7

25,055

2000

5,27

655,1

74,6

Şəkil 1. Azərbaycanın ÜDM-i və hər 1000 nəfər doğum üzrə 1 yaşadək uşaq ölümünün qrafiki müqayisəsi

 

Göründüyü kimi, Azərbaycanda ÜDM və adambaşına ÜDM-in 2000-2020-ci illərdə artımına müvafiq olaraq uşaq ölümü səviyyəsində azalma müşahidə olunmaqdadır. Bu göstərici olduğu kimi davam edərsə, gələcəkdə Azərbaycanda ÜDM-in artmasına paralel olaraq hər min nəfərə görə uşaq ölümü səviyyəsinin azalacağı ehtimal oluna bilər.

Müqayisə üçün qeyd edilməlidir ki, sıralamada ölkəmizdən yüksək nəticə əldə etmiş ölkələrdən məsələn Ermənistanda 2019-cu ildə hər min nəfər doğum üzrə 11,8, Türkiyədə 10, Norveçdə 2,4, İsveçdə 2,6, İslandiyada 2 ölüm halı qeydə alınmışdır.

Ümumiyyətlə beynəlxalq indekslərin bir çox məlumatları yanlış daxil etməsi, fərqli illərə dair statistikaları əsas götürərək müvafiq statistikaların müqayisəsini apardığına görə tam olaraq doğru olmayan nəticələr əldə etməsini nəzərə alaraq Azərbaycan üzrə müvafiq rəsmi milli statistikaların əsasında indeksləşdirilmə və müqayisələr aparılması məqsədəuyğun olar.

Azərbaycanda gələcək nəsillərlə həmrəylik səviyyəsinin analizi

Ətraf mühit göstəriciləri üzrə

Cədvəl 3. Meşələrin məhv olma dərəcəsi [6]

Meşələrin azalması

Meşə sahəsi

(ölkənin ümumi ərazisinin %-i)

14,1

1990/2016-cı illər arası dəyişim (%)

37,7

Ətraf-mühit ilə əlaqədar ölüm səviyyəsi (hər 1000 nəfər üzrə)

Hava çirlənməsi ilə bağlı

5,4

Su çirklənməsi ilə bağlı

1,1

Təbii fəlakətlərlə bağlı

-

 

Şəkil 2. Azərbaycanın meşə örtüyühttps://upload.wikimedia.org/wikipedia/commons/9/99/Azerbaijan_forests_map.png

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram hazırlanması tapşırılmışdır. Bu tapşırıq əsasında hazırlanan "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" Milli Proqramın[7] layihəsi 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir. Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69 700 ha (hektar) sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalı idi. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Lakin bu işlərin daha da stimullaşdırılmasına, xüsusilə son illər artan karbon emissiyası fonunda ehtiyac vardır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi fonunda dövlətimizin meşə fondunun artırılmasına xüsusi qayğısı hiss olunmaqdadır. Ermənistan işğalı nəticəsində Qarabağ və ətrafında 13 min hektardan çox meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalmışdır.[8] 44 günlük müharibəni Zəfərlə başa vurduqdan sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müvafiq meşələrin bərpa olunacağı elan olunmuşdur. Məsələn, Cəbrayılda minalardan təmizlənmiş torpaqlarda 30 000 ha sahədə meşə salınması haqqında qərarın imzalanması, həmçinin ən son Lənkəran, Qusar və Şəki rayonlarında meşə massivinin kəsilərək məhv olunması ilə bağlı cinayət işi çərçivəsində bəzi vəzifəli şəxlərin (o cümlədən nazirliyin Meşələrin inkişafı xidmətinin rəisi Namiq Xıdırovun) vəzifəsindən azad olunması (5 yanvar 2022 tarixində) bu qəbildən nümunəvi addımlar olaraq göstərilə bilər. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə massivindən müxtəlif şirkətlərə torpaq satılması kimi neqativ halların qarşısının alınması da gələcəkdə meşə sahələrinin qorunması və artırılması işinin davamlılığının təmin olunması baxımından önəm daşıyır.

 

Cədvəl 4. Azərbaycanın dünya göstəriciləri ilə müqayisədə karbon emissiyası səviyyəsi

 

Azərbaycanda CO2 emissiyası (kiloton ilə) [9]

Əvvəlki ilə nisbətən

artma (+) və ya azalma (-)

% ilə

Dünyada cəmi CO2 emissiyası (kiloton ilə)[10]

Azərbaycanın dünya üzrə CO2 emissiyasında payı (% ilə)

2000

40010

 

32781530

0,12

2001

38720

-3,22

33235280

0,12

2002

38130

-1,52

33702380

0,11

2003

34340

-9,94

34882860

0,10

2004

34090

-0,73

36252860

0,09

2005

36650

-7,51

37346260

0,10

2006

34170

-6,77

38444310

0,09

2007

27510

-19,49

39738280

0,07

2008

29580

+7,52

40139260

0,07

2009

25140

-15,01

39846770

0,06

2010

24150

-3,94

41817500

0,06

2011

28560

+18,26

43022060

0,07

2012

30760

+7,70

43582450

0,07

2013

31390

+2,05

44233530

0,07

2014

32630

+3,95

44438190

0,07

2015

32170

-1,41

44423270

0,07

2016

32660

+1,52

44550150

0,07

2017

31970

-2,11

45117640

0,07

2018

32020

+0,16

45873850

0,07

 

Aşağı-karbon enerjisi istifadəsi səviyyəsi

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) istifadəsinə dair ilkin fəaliyyət 2004-cü ildə müvafiq dövlət proqramının qəbul olunmasından sonra başlanmış, ölkə üzrə bir sıra su, külək və günəş elektrik stansiyaları qurulmuşdur. 2009-cu ildə Azərbaycan Beynəlxalq Alternativ Enerji Agentliyi (IRENA) üzvü olmuş, həmçinin 2013-cü ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini təsis edilmişdir. 2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının layihəsində ölkə üzrə alternativ enerji mənbələrinin istifadəsinin artırılması və ümumi enerji istehsalında payının 20%-ə yüksəldilməsi hədəf olaraq qarşıya qoyulmuşdur. 2014-cü ildə ölkədə toplam 1245 MVt gücüdə ABOEM ilə balışan stansiyalar hesabına 1,5 milyard kVt/saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da təqribən 298,5 min ton mazuta və ya 0,4 milyard m3 qaza qənaət ilə yanaşı, 1 milyon tona yaxın CO2, yəni atmosferə karbon emissiyasının azaldılması demək olmuşdur.[11] 2004-cü ildən sonra yuxarıdakı cədvəldən də göründüyü kimi ölkəmizin dünya üzrə atmosferə karbon emissiyası faizinin aşağı düşmə tempini bununla da əlaqələndirə bilərik. Ümumilikdə ölkəmiz bu məsələdə çox müsbət nəticələr göstərsə də, son illərdə artan karbon emissiyası həcminin qarşısının alınması üçün ABOEM istifadəsinin artırılması faydalı ola bilər.

Şəkil 3. Azərbaycanın ABOEM üzrə inkişaf xəritəsi

 

31 may 2021-ci il tarixində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun[12] Milli Məclisdə qəbul olunması müvafiq sahədə fəaliyyətin gələcəkdə daha da genişləndiriləcəyini və ABOEM-dən istifadənin daha da artacağını düşünməyə, və 2015-2020-ci illərə dair müvafiq dövlət strategiya layihəsində qeyd edildiyi kimi nəzərdə tutulan stansiyalar quraşdırıldıqdan sonra 2020-2030-cu illərdə ümumi elektrik enerjisi istehsalında ABOEM-in payı 50%-ə qədər yüksələcəyini ehtimal etməyə imkan verir.

Sosisal göstəricilər

Cədvəl 5. Müvafiq sosial göstəricilərin illər üzrə müqayisəsi

 

Əhalinin sayı (milyon nəfər)

Doğulanların sayı (min nəfər)

Ölənlərin sayı (min nəfər)

1 qadın üzrə doğum koeffisenti

İl ərzində ümumi artım

(% ilə)

Hər 1000 nəfər doğum üzrə 1 yaşadək ölən uşaqların sayı

2000

8

117

46,7

 

1,0

16,4

2001

8,1

110,4

45,3

 

1,0

16,6

2002

8,2

110,7

46,5

 

0,9

16,7

2003

8,3

113,5

49

 

1,0

15,5

2004

8,3

131,6

49,6

 

1,2

14,4

2005

8,4

141,9

51,9

 

1,3

12,7

2006

8,5

148,9

52,2

 

1,3

11,9

2007

8,6

151,9

53,7

 

1,3

12,1

2008

8,7

152,1

52,7

 

1,6

11,4

2009

8,9

152,1

52,5

 

0,8

11,3

2010

9

165,6

53,6

 

1,3

11,2

2011

9,1

176,1

53,8

 

1,4

11,0

2012

9,2

174,5

55

 

1,3

10,8

2013

9,4

172,7

54,4

 

1,3

10,8

2014

9,5

170,5

55,6

 

1,2

10,2

2015

9,6

166,2

54,7

 

1,2

11,0

2016

9,7

159,5

56,6

 

1,1

11,4

2017

9,8

144

57,1

1,8

0,9

11,1

2018

9,9

139

57,3

 

0,8

11,1

2019

9,9

141,2

55,9

 

0,9

11,0

2020

10

126,6

75,6

1,7[13]

0,5

9,8

2030 (gözlənti)

10,7

-

-

1.82[14]

-

-

 

Müvafiq göstəricilər 2000-2020-ci illərdə Azərbaycan əhalisinin ümumi sayının artdığını, lakin xüsusilə 2020-ci ildə doğulanların sayında əvvəlki il ilə müqayisədə xeyli azalma, ölənlərin sayına isə xeyli artma olduğu (bunun pandemiya və II Qarabağ müharibəsi ilə də əlaqələndirə bilərik), bir qadın üzrə doğum koefisentinin azaldığı (yəni ailələrin çox deyil, 1-2 arası, əksərən 1 uşaq sahibi olmaq tendensiyası), bununla belə iqtisadi göstəricilərin müsbət istiqamətdə dəyişməsinə paralel olaraq hər min nəfər doğum üzrə 1 yaşadək ölən uşaqların sayının xeyli azaldığını qeyd edə bilərik. Bütün bunları nəzərə alaraq 2030-cu ildə Azərbaycan əhalisinin 10,7 milyon nəfərə çatacağı ehtimal olunur. Qadınların doğum koefisentinin azalmasının qarşısının alınması dövlət əhəmiyyətli prioritetlər arasındadır.

Şəkil 4. 2000-2021-ci illərdə dövlət büdcəsindən ayrılan xərclərin müvafiq istiqamətlər üzrə müqayisəsi

Müvafiq qrafiklərdən göründüyü kimi, 2000-ci ildə təhsil ilə müdafiə və milli təhlükəsizlik xərcləri demək olar eyni səviyyədə idi, sonrakı illərdə təhsil və səhiyyə xərclərinin ümumi büdcə payı azalmış, müdafiə və təhlükəsizlik ilə ümumi dövlət xidmətlərinin büdcə payı isə artmışdır. Bu tendensiyada xüsusilə son illərdə təhsil və səhiyyə lehinə müsbət dəyişiklik müşahidə oluna bilər. Müqayisə üçün qeyd etmək olar ki, 2010-2020-ci illərdə Norveçdə təhsil xərcləri  büdcə xərclərinin 16%-i, səhiyyə xərcləri 17%-i, Türkiyədə təhsil xərcləri büdcə xərclərinin 12%-i, səhiyyə xərcləri 10 %-i civarında təşkil edib. Eyni illərdə Azərbaycanda təhsil xərcləri 10%, səhiyyə xərcləri isə 4% civarında təşkil edib. Təsadüfi deyil ki, dünyanın ölkələrinin IQ səviyyəsinə görə müqayisəsində[15] Türkiyə (77-ci) və Norveç (30-cu) (hətta 65-ci yerdə dayanan Ermənistan da) Azərbaycanı (84-cü) qabaqlayır. İlk sıralarda Yaponiya, Tayvan və Sinqapurdur. Məsələn Yaponiyanın dövlət büdcəsi xərcləri 2019-cu ildə 1015,4 milyard dollar[16] olub ki, burdan da təhsil üçün ayrılan xərclər 150 milyard dollardan çox, yəni ümumi büdcənin 15%-i civarında olmuşdur.

Bundan başqa təhsilə ayrılan xərclərin daha dərin analizi üçün şagird/tələbə başına düşən təhsil xərclərini də müqayisə etmək mümkündür. Aşağıdakı cədvəldə yenə Norveç, Türkiyə və Azərbaycan üzrə müvafiq göstəricilərin müqayisəsini görmək mümkündür.

Cədvəl 6. Ölkələr üzrə adam başına və şagird başına düşən səhiyyə və təhsil xərclərinin müqayisəsi

2018/2019

əhalisi

şagird və tələbə sayı

təhsil xərcləri (dollar)

adambaşı təhsil

şagird/tələbə başına

təhsil

səhiyyə xərclərin(dollar)

adambaşı səhiyyə

Norveç

5300000

 

33371600000

6297

57279

38218300000

7211

Türkiyə

82340000

 

33454600000

406

19011

26957800000

327

Azərbaycan

9898100

1970526

3277655549

331

1663

1409000546

142

 

Göründüyü kimi, 2018/2019-cu il üçün Azərbaycanda təhsilə ayrılan xərclərin ümumi şagird/tələbə sayına bölünməsi nəticəsində alınan rəqəm (şagird/tələbə başına təhsil xərci) illik 1663 dollar olmuşdur. Bu göstəricinin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, sağlam və savadlı gələcək üçün təhsil və səhiyyə xərclərinin gələcəkdə daha da artırılmasının böyük əhəmiyyət daşıdığını xüsusilə qeyd etmək lazımdır.

İqtisadi göstəricilərBirləşmiş Millətlərin İnsan İnkişafı (UN Human Development) Hesabatında[17] Azərbaycan sosial-iqtisadi bərabərliyə, yaxud ən aşağı gəlir bərabərsizliyinə görə dünyanın 194 ölkəsi arasında ilk sıralarda yer almışdır. Bu hesabat Gini koefisenti əsasında tərtib olunmuşdur. Bu koeffisent ən zəngin 20% ilə ən kasıb 20% arasındakı fərq əsasında hesablanır və 0-1 rəqəmləri arasında dəyər alır. 1-ə yaxınlaşdıqca qeyri-bərabərlik göstəricisi artır. Beləliklə Azərbaycan 2010-2015-ci illər üçün 0,318 koeffisenti almışdısa, 2018-də bu rəqəm 0,166 olmuşdur. Yəni müvafiq illərdə zəngin və kasıb əhali arasında fərq gedərək azalmışdır. Bu fərqin qarşıdakı illərdə daha da azaldılması cəmiyyətin ümumi rifah halının yaxşılaşdırılması baxımından fövqəladə əhəmiyyət daşıyır.

Dünya Bankı tərəfindən aparılan hesablamaya görə Azərbaycanın 2000-2019-cu illər üzrə dəqiqləşdirilmiş xalis qənaətləri aşağıdakı kimi olmuşdur:

Cədvəl 7. Azərbaycanın dəqiqləşdirilmiş xalis qənaətlərinin digər indikatorlarla müqayisəsi

İllər

Azərbaycanda dəqiqləşdirilmiş xalis qənaətlər (ÜMG-nin %-i)

Neft hasilatı (milyon ton)

Qaz hasilatı

(milyard m3)

*2006-cı ildən etibarən ixrac olunan, yəni sadəcə əmtəəlik qaz

Neft Fondunun gəlirləri (milyard ABŞ dolları ilə

Neft Fondunun dövlət büdcəsinin gəlirlərində payı (% ilə)

Strateji valyuta ehtiyatları (Neft Fondu və Mərkəzi Bank birgə) (milyard ABŞ dolları ilə)

1998

-23,57

11,4

 

 

 

 

1999

-26,63

13,8

 

 

 

 

2000

-32,233

14,1

 

 

 

 

2001

-20,108

14,9

 

0,22

 

 

2002

-9,514

15,3

 

0,29

 

 

2003

-3,01

15,4

 

0,37

8,2

 

2004

-1,04

15,5

 

0,32

8,6

 

2005

8,343

22,2

 

0,71

7,3

 

2006

10,887

32,3

6,1

1,1

15,1

 

2007

15,159

42,6

10,8

2,2

9,7

 

2008

18,879

44,5

16,3

14,5

35,3

 

2009

16,908

50,4

16,3

10,2

47,6

 

2010

18,406

50,8

16,7

16,3

51,9

 

2011

20,351

45,6

16,4

19,8

57,3

40,3

2012

20,095

43,4

17,2

17,4

57,3

45,8

2013

21,909

43,5

17,9

17,3

58,2

50,0

2014

20,908

42,1

18,8

16,2

50,7

50,9

2015

12,489

41,6

19,2

7,7

46,5

38,6

2016

5,295

41,1

18,7

5,9

43,5

37,1

2017

8,543

38,7

18,2

7,1

36,9

41,1

2018

7,332

38,8

19,2

10,4

48,7

44,1

2019

5,87

37,5

24,5

11,2

46,9

49,6

                

UNDP (2020) hesabatına görə 2015-2018-ci illərdə Azərbaycanın dəqiqləşdirilmiş xalis qənaətləri ümummilli gəlirin (Gross National Income) ortalama 6,3%-ni təşkil etmişdir. Yəni, ümummilli gəlirlərimizdən müxtəlif xərcləri çıxmaq şərtilə gələcəyə qənaət edilmiş büdcə kifayət qədər məqbul hesab oluna bilər. Məsələn Qatarda bu rəqəm 29,3%, Norveçdə 18,2%, İsveçrədə 16,9%, Almaniyada 14,4%, Türkiyədə 12,1%, Finlandiyada 10,8%, Gürcüstanda 9,6% olmuşdur. Ermənistanda isə bu rəqəm -4,2% təşkil etmiş, yəni heç bir qənaət edə bilməmiş, əksinə gələcək nəsillərə borc əmanət etmişlər.

Göründüyü kimi Azərbaycanda 2009-2010-cu illərdə neft istehsalı pik həddə çatmış, buna müvafiq olaraq Neft Fondunun gəlirləri, onun dövlət büdcəsindəki payı və strateji valyuta ehtiyatlarımız da ən yüksək göstəricilərinə məhz bu və ardından gələn illərdə malik olmuşdur. Neft istehsalının azalmasına paralel olaraq gəlirlərdə və strateji valyuta ehtiyatlarında da azalma müşahidə olunmaqdadır. Lakin qaz istehsalının və ixracının artan həcmi və 2019-cu ildən etibarən bu həcmin daha da yüksəlməsi nəticə etibarilə fond və dövlətin ümumi strateji valyuta ehtiyatlarında müsbət şəkildə yansımaqdadır. Neft və qaz gəlirlərinin gələcək nəsillərə əmanət adlandıra biləcəyimiz strateji valyuta ehtiyatları üzərində ciddi təsirini, lakin həm də neft və qaz kimi təbii sərvətlərin tükənən olduğunu nəzərə alaraq mütləq şəkildə qeyri-neft sektorunun payının artırılmasına ehtiyac vardır.

Şəkil 5. Azərbaycanın dəqiqləşdirilmiş xalis qənaətlərinin dəyişim tempinin digər indikatorlarla müqayisəli şəkildə təsviri

 

Qrafikdən göründüyü kimi, 2011-2019-cu illər üzrə Neft Fondunun gəlirlərinin və strateji valyuta ehtiyatlarının dəyişim tempinə paralel olaraq ölkəmizin dəqiqləşdirilmiş xalis qənaətləri də dəyişməkdədir. Bu, iki faktor arasındakı qırılmaz bağın göstəricisi, eyni zamanda gələcəkdə neft və qaz kimi təbii sərvətlər tükənərsə, gələcək nəsillərimizə əmanət olunacaq xalis qənaətlər və strateji valyuta ehtiyatları çox aşağı səviyyədə ola bilmə narahatçılığı doğurur. Bunun qarşısının alınması isə ilk növbədə qeyri-neft sektorunun və müvafiq olaraq digər sektorlarda ölkəni inkişafa aparacaq insan kapitalına yatırım etməklə mümkün ola bilər.

Nəticə

Gələcək nəsillərlə həmrəylik mövzusuna elmi və analitik yanaşma dünyada yeni olduğu kimi, bu çalışma Azərbaycanda bir ilk hesab oluna və növbəti araşdırmalar üçün baza ideyalar və təkliflər toplusu olaraq nəzərdən keçirilə bilər. Hərməylik xalqımızın həmrəyliyinin və birliyinin, millətimizin varlığının və qüdrətinin mühim vasitəsi olmaqla birlikdə, müvafiq həmrəyliyin, gücün və qüdrətin, milli-mənəvi dəyərlərimizlə birlikdə iqtisadi uğurlarımızın da gələcək nəsillərə ötürülməsi mühim əhəmiyyət kəsb edir. Xüsusilə 8 noyabrda qazanılan ümummilli Zəfərimizin izləri ilə gedəcək gələcək nəsillərimizin bu qələbənin özüylə birgə gətirdiyi sosial, iqtisadi, siyasi fayda, pontensial iqtisadi imkanlardan yararlana bilməsi üçün indidən onları nəzərə alan proqram və layihələr haqqında düşünmək faydalı ola bilər. Bu sahədə dövlətimiz tərəfindən əməli addımlar atılmaqda, gələcək nəsillərin faydalanmasına hesablanmış qərarlar və qanunlar verilməkdədir. Bu çərçivədə ekoloji sahədə meşə sahəsinin daha da artırılması, karbon emissiyasının azaldılması, alternativ enerji istifadəsinin artırılması, təhsil və səhiyyə səviyyəsinin yüksəldilməsi, beləliklə sağlam və savadlı, potensiallı gələcək nəsillərin yetişdirilməsinə töhfə verilməsi, bunun üçün dövlət büdcəsindən müvafiq istiqamətlər üzrə ayrılan xərclərin artırılması, həmçinin dəqiqləşdirilmiş xalis qənaətlərin artırılması, dəqiqləşdirilmiş xalis qənaətlər-strateji valyuta ehtiyatları-neft gəlirləri arasındakı bağlantının minimuma endirilməsi, mümkün qədər daha çox iqtisadiyyatın şaxələndirilməsi, insanlar arası iqtisadi rifah halına dair fərqlərin aradan götürülərək ümumi rifah səviyyəsinin inkişaf etmiş ölkələr səviyyəsinə qaldırılması gərəkliliyi vurğulana bilər.

 

[1] Dəqiqləşdirilmiş xalis qənaətlər insan kapitalına investisiyalar, təbii ehtiyatların tükənməsi və çirklənməsi nəticəsində dəyən zərərlər nəzərə alındıqdan sonra iqtisadiyyatda əmanətin həqiqi dərəcəsini ölçür. Bu termin iqtisadiyyatın davamlılığının qiymətləndirilməsində hədəf göstəricilərdən biridir.