Azərbaycanda gələcək nəsillərlə həmrəylik

12.01.2022

Nəsil nədir? O necə keçmiş, indiki yaxud gələcək ola bilər? İndiki nəsilə kimlər daxildir? Ölüm yatağında olan qoca? Doğulmaqda olan körpə? Yoxsa 35 yaşlı bir cavan insan? Nəsillər və bu nəsilə aid olan fərdlər axar çaydakı su kimidir. Dəyişiklik axını vahid bir bütünü elə bir formada təşkil edir ki, ontoloji əhəmiyyət daşıyan hər hansı fərqlilik təsadüfi xarakter daşıyır. Eynşteyn bunu belə ifadə etmişdir: “Keçmiş, indi və gələcək arasında fərqlilik axtarmaq inadkarcasına illüziyaya qapılmaqdır”. Gələcək haqqında danışarkən hər birimiz daha ümidli oluruq, gözlərimiz önündə daha aydın və işıqlı bir mənzərə canlanır. 1980-ci illərin sonunda dünyaya gəlmiş bir uşaq üçün 2000-ci illər texnoloji inkişaf, “daha yaxşı gələcək” vəd edirdi. “Dəmir pərdə” çökmüş, “soyuq savaş” bitmiş, “tarix sona çatmış”, liberal demokratiya modeli bütün dünyaya hakim model olaraq yayılmışdı və bu əsnada texnologiya ən yüksək sürətlə cəmiyyəti irəli aparmalı idi. Bu gözəl mənzərə “əbədi indi” olaraq mövcud olacaqdı. Lakin 2007-ci ildə ABŞ-da başlayan, “Lehman Brothers”in “ölümü” ilə əslində o “aydın gələcək” ilə bağlı təsəvvürlər də bulanıqlaşmağa başladı. Dünya təkrar iqtisadi böhrana düçar oldu. 2000-ci illərdə doğulan uşaqlar öz gələcəkləri ilə bağlı iqtisadi böhrandan qurtulacaqları xəyalları qurarkən 2010-cu illərdə dünyanı rəngli inqilablar, “milli baharlar” bürüdü. 2019-cu ildə isə “Covid” pandemiyası siyasi və iqtisadi çətinliklərlə boğulan bütöv bir nəsili dörd divar arasında qapadı. Artıq sağlamlıq ehtiyacı iqtisadi və siyasi ehtiyacların önünə keçmiş, demokratiya və inkişaf ilə bağlı tamamilə fərqli təsəvvürlər formalaşmağa başlamışdı. Ən liberal Avropa dövlətlərində belə ən sərt qapanmalar və məhdudiyyətlər yaşanmaqdadır. Bütün bunların fonunda hər bir cəmiyyət öz real zamanındakı həyat axarında öz qazandığı təcrübələri, uğurları vəya uğursuzluqları ilə yaşamağa davam edir və müxtəlif cəmiyyətlərin fərdləri gələcəklə bağlı yenə ümid və gözləntilərini yüksək tutmağa çalışır. Bu yazıda gələcək nəsil deyərkən bizim olmayacağımız zamanlarda mövcud olacaq nəsillər nəzərdə tutulmuşdur. Onlar hazırda bizimlə birlikdə seçkilərə qatıla, səs verə, siyasi və iqtisadi proseslərdə iştirak edə bilmirlərsə, bu onların mənafelərinin arxa plana atılması üçün səbəb olmamalıdır.

Cəmiyyət mövcud olduğu müddətcə gələcək ilə bağlı planlamalar, gələcək üçün istiqamətlənmiş addımlar, strategiya və gələcəyə baxış sənədləri mövcud olacaqdır. Bu sənədlər keçmişdə və indiki zamanda atdığımız addımların nəticələrini analiz edərək gələcəklə bağlı proqnozlar verir, eyni zamanda gələcəkdə ehtimal olunan mənfi tendensiyaların yaşanmaması, yaxud yaşanması ehtimalının aradan qaldırılması üçün indiki zamanın fərdləri olaraq bizlərə addımlarımızı təkrar ölçüb-biçmək, fəaliyyətimizi istiqamətləndirmək üçün şans yaradır. Xüsusilə son illərdə atdığımız addımların və davranışlarımızın uzun-müddətli təsirləri, bu təsirlərin nəticəsində yaranacaq yükün (ekoloji, iqtisadi və sosial sahələrdə) gələcək nəsillərimizin çiyninə yüklənəcəyinə dair narahatçılıqlar ifadə edilməyə başlanmışdır. Bu barədə araşdırmalar çox olmasa da, müəyyən statistik hesablamalar aparılmış, cəmiyyətin gələcək nəsillərlə həmrəylik səviyyəsi ölçülməyə çalışılmışdır. Kasser (2011) öz çalışmasında gənc nəsillərin, xüsusilə uşaqların (yeni nəsilin) karbon emissiyası, insanların rifah halının yaxşılaşdırılması ilə bağlı məlumatlandırılmasını həyata keçirərək fərqindəlik yaradır. Vanhuysse (2013) uşaq başına düşən ictimai borc, ekoloji zərərlər və yaşa görə zənginliyin qeyri-bərabər paylaşımına dair statistikaları müqayisə edərək müvafiq nəticə əldə edir. Bu araşdırmada Jamie McQuilkinin (2018) araşdırma metodu və seçdiyi indikatorlar öyrənilmiş, həmçinin Azərbaycanda gələcək nəsillərlə həmrəylik səviyyəsi analiz edilməyə çalışılmışdır.

Metod

3 istiqamət üzrə 9 indikator seçilərək müvafiq istiqamətlər üzrə (həmçinin ümumi ortalama) ölkələrin indeks göstəricisi hesablanmış, başqa sözlə 120 ölkə (dünya əhalisinin 92%-i) üzrə gələcək nəsillərlə həmrəylik səviyyəsi indeksləşdirilmişdir.

  • Ətraf-mühit istiqaməti üzrə
  1. Meşələrin məhv olma dərəcəsi (forest degradation)
  2. Karbon emissiyası səviyyəsi (carbon footprint)
  3. Aşağı karbon enerjisi (yəni alternativ enerji) istifadəsi səviyyəsi (low-carbon energy consumption)
  • İqtisadi istiqamət üzrə
  1. Zənginliyin qeyri-bərabər paylaşımı (wealth inequality)
  2. Cari hesab balansı (current account balance)
  3. Dəqiqləşdirilmiş xalis qənaətlər (adjusted net savings)[1]
  • Sosial istiqamət üzrə
  1. Şagird - müəllim sayı balansı (primary pupil-teacher ratio)
  2. Doğum səviyyəsi (fertility rate)
  3. ÜDM  ilə müqayisəli uşaq ölümü səviyyəsi (GDP-adjusted child mortality)

Müvafiq indikatorlar üzrə hesablama apara bilmək üçün həmin indikatorlar üzrə alınan rəqəmlər 0-100 arasında standartlaşdırılmışdır. Məsələn, hər hansı ölkə üzrə əgər meşələrin məhv olma dərəcəsi sıfırdırsa, o zaman onun müvafiq standart indeksi 100 olaraq qeyd olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, bir ölkə üzrə əldə olunan nəticə (index) hər hansı digər məkan (coğrafiya) və ya zaman müstəvisində müqayisə apararkən müəyyən məna kəsb edir. Odur ki, indeksasiya üçün müvafiq müqayisə çərçivəsində minimum və maksimum dəyərlərə əsasən hesablama aparılır.

100 x indikator dəyəri-minimumhədəf-minimum

Hər bir indikator bu şəkildə standartlaşdırıldıqdan sonra ortalama dəyərin hesablanması üçün aşağıdakı geometrik hesablama üsulu istifadə olunmuşdur:

(i1 x i2x in)1n

Cədvəl 1. 192 ölkə üzrə nəsillərarası həmrəylik səviyyəsinə dair indekslər[2]

 

Meşələrin məhv olması

Karbon emissiyası

Aşağı karbon enerjisi istifadəsi

Ətraf-mühit ortalaması

Bərabərsizlik

Cari hesab-balansı

Dəqiqləşdirilmiş xalis qənaətlər

 

İqtisadi ortalama

Şagird -müəllim balansı

ÜDM/Uşaq ölümü

Doğum səviyyəsi

Sosial ortalama

İndex ortalaması

Sıra

Norveç

82

75

61

72

39

100

88

70

100

83

96

93

78

1

Kosta Rika

68

86

59

70

41

58

75

56

76

91

91

86

70

2

Vyetnam

64

100

21

51

57

100

76

76

73

82

86

80

68

3

Sloveniya

90

23

51

47

71

100

54

73

85

100

82

89

67

4

İsveç

59

22

67

44

37

100

91

70

100

100

88

96

67

5

Nepal

96