Tarixin bumeranqı qayıdır

20.09.2024

Professor Tahirə Allahyarovanın yeni araşdırması

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana yardımının dəfələrlə artırması. Diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi

• Vətən müharibəsində Zəfər-birmənalı olaraq həm də "ikili standartlar" üzərində çalınan misilsiz qələbə, ədalətin Zəfəridir

Ərazi bütövlüyümüz bərpa ediləndən sonra kollektiv Qərbin Ermənistana “yağış kimi yağan” hərbi, iqtisadi, təhlükəsizlik və s. yönlü yardım kisələrinin ağzı aşırı səxavətlə açılıb, maddi, maliyyə və siyasi dəstəklərini nümayiş etdirmək üçün sanki yarışa giriblər. Bu günlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin maliyyə həcmini iki dəfədən çox, 120 milyondan 250 milyon dollara qədər artıracağ ilə bağlı xəbərlər yayılıb. Ermənistan Nazirlər Kabinetinin yaydığı xəbər görə, sitat: “Maliyyə yardımı - demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək”.

Azərbaycan xalqı bu xəbərə təəccüblənmədi. Səbəb Qərbin Azərbaycana münasibətinin son otuz ildən artıq davam edən ən ağır mirası -ikili standartlar siyasətidir. Təcavüzkar dövlətlə haqq savaşı aparan dövlət arasında nəinki fərq qoyulması, əksinə, işğalçıya haqq qazandırılmasının “normaya” çevrilməsidir. Xalqımız Vətən müharibəsində qazanılan Zəfəri birmənalı olaraq, həm də "ikili standartlar" üzərində çalınan misilsiz qələbə, ədalətin Zəfəri hesab edir. Azərbaycan, onun siyasi lideri on illərlə yalnız işğalçı ermənilərlə deyil, həm beynəlxalq hüquq və ədaləti iflic edən "ikili standartlarla” savaşıb.

Bu günün fərqi ondadır ki, əvvəllər təcavüzkarı dəstəkləyən nisbətən üstüörtülü şəkildə yeridilən ikili standartlar siyasəti, hazırkı sülh quruculuğu dövründə daha aşkar müstəviyə keçib. Qlobal oyunçuların “Minsk qrupu” adı altında maskalanmış niyyətləri aşkar ermənipərəstlik mərhələsinə qədəm qoyub. Maskalar düşüb - bölgəni sülh məkanına çevirmək yönündə Azərbaycanın səylərinə qarşı yüz il əvvəl Cənubi Qafqazı qan gölünə çevirən, sərhədlərini “kəsib-biçən” qüvvələr hədəfləri tam çılpaqlığı ilə ortaya qoyulub. Qərb də, Ermənistan da yüz il əvvəl başlayan və bu gün davam edən yanlış siyasətlərindən, tarixin dərslərindən nəticə çıxarmır. Yəni, regionu xaosa qərq etməyə çalışan kənar güclərin Qalib Azərbaycanla üz-üzə olduqlarını hələ dərk etməməsi, ermənilərin yüz il əvvəl olduğu kimi Qərbə xilaskar kimi baxması buna dəlalət edir.

• ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin -USAID-in Cənubi Qafqaz ölkələrinə yardımının müqayisəsi bir neçə cümlədə

Belə ki, Zəfərimizdən sonrakı üç ildə Xankəndini könüllü tərk edən ermənilərə Qərbin göstərdiyi dəstək otuz il boyu etnik təmizləməyə məruz qalan bir milyondan çox qaçqın və köçkünümüzə göstərdiyi yardımdan çoxdur!

Missiyası “Amerika xalqından dünyaya yardım” kimi bəyan edilən USAID-in də ölkəmizə dəstəklə bağlı siyasəti ikili standartların bariz nümunəsi sayıla bilər. Beynəlxalq/Qərb siyasi institutları sırasında USAİD də heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib.

Yardımların müqayisəsi. USAİD-in öz rəqəmləri:

Azərbaycan: sitat: “1991-ci ildən USAİD Azərbaycana dəstək proqramlarına, 450 milyon dollardan çox sərmayə qoyub. Habelə, iqtisadi sahəyə əlavə 20 milyon dollardan çox vəsait ayırıb.” (https://www.usaid.gov/sites/default/files/2024-01/... Fact%20Sheet_ 2023_1.pdf)

Gürcüstan, sitat: “1992-ci ildən bəri USAID Gürcüstana 1,8 milyard dollardan çox yardım göstərib. Hazırda 35 layihə üzrə fəaliyyət davam edir.( https://www.usaid.gov/georgia/our-work)

Ermənistan,sitat: “1992-ci ildən bəri USAİD Ermənistana təxminən 3,3 milyard dollar sərmayə qoyub. Hazırda 22 layihə üzrə dəstək davam edir”.( https://www.usaid.gov/news-information/press-relea... )

Cari 2024-cü il aprelin 5-də Ermənistanla yüksək səviyyəli görüşdə, USAİD, sitat: “Gələcək demokratik və firavan Ermənistanı inkişaf etdirmək öhdəliyinə xidmət edərək erməni tərəfdaşlarımız üçün aşağıdakı addımları atdıq: sabitlik, rəqəmsal idarəetmə və s. üçün $33 milyon dollar ayrılır;

Köçkün düşmüş ermənilərə dəstək üçün $8,5 milyon. Ərzaq təhlükəsizliyi üçün $6 milyon;

İqtisadi sabitlik üçün $7,4 milyon, insan hüquqları üçün $2,5 milyon, ticarət tərəfdaşlarını diversifikasiya etmək üçün yol xəritəsinə - $900,000 dollarlıq proqramlara başlamaq;

BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) üçün $3,3 milyon dollar humanitar yardım etmək.

Yeni maliyyələşdirmə ilə USAİD 2024-cü maliyyə ilində erməni məcburi köçkünlər üçün $7 milyon dollardan çox humanitar yardım edib. Bununla da, ABŞ-nin 2020-ci ilin sentyabrından (Vətən müharibəsindən bəri-red.) bəri Qarabağla bağlı cavab tədbirlərini dəstəkləmək üçün ümumi maliyyə yardımı $31milyon dollara çatıb. Əlavə olaraq, ABŞ Dünya Bankının Ermənistan üçün Qlobal Güzəştli Maliyyələşdirmə Fonduna 5 milyon dollar ayırıb. Əlavə olaraq, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası kənd təsərrüfatı və sahibkarlığa 50 milyon dollar kredit ayırıb.( https://www.usaid.gov/news-information/press-relea...

• USAİD-in hazırkı rəhbəri və erməni diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi Samanta Pauerin “The Economist” nəşrində verilən şəkli (https://www.economist.com/1843/2019/09/04/running-... )

Ölkəmizdə USAİD-in hazırkı rəhbəri Samanta Pauerin ermənipərəst olmasını hamı bilir.

Bununla yanaşı, onun ABŞ prezidentlərinə “məsləhət verən” qismində siyasi olimpin zirvəsinə qalxmasının gerçək səbəbləri, faktlar kölgədə qalıb. Məsələ burasındadır ki, Samanta Pauerin fiquru və siyasi karyerası erməni diasporu tərəfindən hazırlanmış bir layihədir.

Çox geniş mövzu olduğu üçün qısa olaraq qeyd edək ki, ermənilər Samantanı sovetlər dağılanda, Balkanlarda soyqırımlar yaşananda jurnalist kimi çalışdığı vaxt gözaltı edib. Buradan bosniyalı müsəlmanların soyqırımından canlı reportajlar yazan Samantanın “soyqırım eksperti” kimi yetişdirilməsi və erməni maraqlarının xidmətçisi kimi yetişdirmək, siyasi elitaya gətirmək planı işə düşüb.

Balkanlardan ABŞ-yə qayıdan Samantaya ermənilər soyqırım haqda kitab yazmağı sifariş edir. Samanta P. erməni diasporun sifarişi ilə “Cəhənnəm problemi: Amerika və soyqırım dövrü” (2002) adlı kitab yazır.

Kitabın baş ideyası: XX əsrdə baş verən soyqırımlara Amerikanın passiv reaksiyası, fəallıq göstərməməsi, onları tanımaq yönündə real addımlar atmaması və s. təşkil edir. Kitabın 1-ci fəsli, bəli doğru fəhm etdiniz: saxta erməni soyqırımına həsr edilib. Amerikanın bu saxta soyqırımı tanımaması sərt tənqid edilib. On illərlə ABŞ elmi-siyasi dairələrinin, habelə qlobal miqyasda tədqiqatların nəhəng qrant verənlərindən olan Garnegi Fondunun rəhbəri Vartan Qriqoryanın ən yaxın dəstəyi və maliyyəsi ilə, diasporun planlarına uyğun olaraq, kitab tezliklə Amerikanın ən nüfuzlu mükafatlarına təqdim edilir, müəllifi isə çoxsaylı nominasiyalara layiq görülür.

Kitabda ABŞ-nin dünya ölkələrinə müdaxiləsi nəticəsində törədilən digər soyqırımlara toxunulmaması, “yaxşı və pis soyqırımlar” təsnifatı, ABŞ-nin ölkələrin işlərinə müdaxiləsinin təbliği çoxsaylı görkəmli alimlər tərəfindən sərt tənqid edilir. Məşhur politoloq Samuel Moyn kitaba yazdığı tənqidi ”Cəhənnəmə yol” (The Road to Hell) adlandırır. Lakin artıq erməni diasporun təbliğat maşını işini görmüş olur. Diasporun səyləri ilə B.Obama onu komandasına dəvət edir. Samanta da öz növbəsində bu kitabla Amerika siyasi elitasında saxta soyqırımın tanınması və təbiğini davam edir.

Daha sonra diaspor maliyyəsinin hərəkətə gətirdiyi güclü PR və təbliğat maşını işə düşür. Soyadı “güc, qüvvə” (Power) mənasını verən Samanta daha da ruhlanaraq ABŞ-nin dünyanı nizamlayan güc olmasını isbatlayan “müdaxilə doktrinasını” yaradır. Yaxın Şərqin, Liviyanın qan gölünə çevrilməsinin, ölkələrin daxili işlərinə müdaxiləyə haqq qazandıran “Samanta Pauer doktrinası"nın müəllifi qlobal erməni diasporun əsas xidmətçisinə çevrilir.

B.Obamanın məsləhətçisi, daha sonra ABŞ-nin BMT-də səfiri vəzifələrinə, ABŞ təhlükəsizlik sistemində məsul postlara gətirilir. Nəhayət, 2021-ci ildə C.Bayden tərəfindən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin - USAID-in rəhbər gətirilir. Xüsusi vurğulamaq lazımdır ki, Samanta USAİD-ə milli təhlükəsizlik sektorundan gələn ilk şəxsdir.

  • Bumeranq qayıdır: USAİD-in maliyyə səxavətinə rəğmən  ermənilərin Samantaya nifrətinin səbəbi  

Ermənilərin məşhur civilnet proqramının aparıcısı: “Samanta Artsaxı vecinə almır..hər şeyi boynundan atır”


Maraqlı burasıdır ki, “Samanta Doktrinası”nın (“sərt müdaxilə, çevik reaksiya”) Yaxın Şərqi qan gölünə, Qərb-Avropanı isə miqrant axınlarının episentrinə çevirməsi də sərt tənqidlərə tuş gəlir. Və bu qədər insan faciəsinə görə çıxış yolu kimi Samanta P “ABŞ-nin dünya üzrə üzr turuna çıxmasını” təklif edir!?

Beləliklə, missiyası dünyada “inkişafa yardım/dəstək vermək” olan USAİD və ona bənzər qurumların real niyyətləri də, fəaliyyəti də bu gün bəllidir. ABŞ-nin “yumşaq gücünün” sərt gücündən qat-qat artıq olması da rəngli inqilablarda, xaosa qərq olan ölkələrin nümunəsində sınaqdan çıxıb.

Bütün bu proseslərdə paradoksal və şaşırdıcı olan başqa ölkələrdə “demokratiya inkişafı, ölkələrdə müdaxilə və sabitliyi pozmaq xərclərinin” dövlət büdcəsinə ayrıca bənd kimi salınmasına dair ABŞ təcrübəsi, belə fəaliyyətlə məşğul olanların isə “diplomat” adlandırılmasıdır. USAID vasitəsilə ən çox büdcə vəsaiti alan qurumun “Demokratiyaya Dəstək Fondu”-NED-olmasıdır. Baxmayaraq ki, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi BMT Nizamnaməsində təsbit olunub.

• Samanta Pauerin siyasi karyerası: jurnalisti böyük siyasətə gətirən erməni faktoru

24 il əvvəl jurnalist kimi fəaliyyətə başlayan Samanta Pauerin erməni diasporun maliyyə və siyasi dəstəyi ilə siyasi səhnəyə gəlməsini göstərən faktlar sadəcə USAİD rəhbəri olandan sonra ermənilər üçün “pul səpməsi”, amerikalıların büdcəsinin xərclənməsi deyil.

B.Obamanın ilk prezidentlik dövründən sonra, Hillari Klintona “monstr” (qorxunc, bədheybət) dediyi üçün vəsifəsini itirən Samantanın işsiz qalmaması üçün Ruben Vardanyan onu həmtəsisçisi olduğu “Avrora Humanitar Fondu”nun münsiflər heyətinə seçir. Samanta ermənipərəst lobbiçiliyini davam etdirir və dəvəti qəbul etməsinin əsas səbəbi kimi onu yetişdirən, maliyyə dəstəyi verən qlobal diasporun aparıcı fiqurlarının Ruben Vardanyan, Nobar Afeyan və Vartan Qriqoryanın təsisçi olmalarını əsas gətirir. Avrora fondunda çalışdığı dövrdə İrəvanda düşüb qalan Samanta beynəlxalq tədbirlərdə saxta soyqırımı təbliğ etməkdə davam edir. 

• Bumeranq qayıdır: USAİD-in maliyyə səxavətinə rəğmən ermənilərin Samantaya nifrətinin səbəbi

USAİD-in ölkəmizə qarşı 30 ildən çox davam etmiş işğal, 1 milyondan çox qaçqın və köçkün, Xocalı qətliamı, vandalizm, yerüstü və yeraltı sərvətlərin qanunsuz talan edilməsi, 4000-ə yaxın əsir və itkin düşmüş soydaşlarımızla, Zəfərimizdən sonra Qarabağ torpağında bu gün də davam edən mina terroru ilə bağlı susqunluğu, tarixi faktlar fonunda Ermənistana və Gürcüstana milyardlar, onlarla müqayisədə əhalisi və ərazisi dəfələrlə çox olan Azərbaycana isə cüzi yardım ayırması ikili standartların deyil, beynəlxalq ədalət anlayışını ayaqlar altına atmağın, “yardım” anlayışının tamamilə təhrif edilməsinin və iflasa uğramasının göstəricisidir.

Azərbaycanın haqq savaşında qələbə çalması ilə ermənilərin on illərlə Samantaya xərclədikləri maliyyənin haqq-hesabını tələb etməsi gecikmir. Xüsusilə, ərazi bütövlüyünün və Xankəndində suverenliyimizin bərpası bumeranqı qaytaran son təkan olur. Sentyabr Zəfərindən sonra Samantanın İrəvana səfəri ilə eyni gündə onun siyasətçi karyerasına milyonlar xərcləyən saxta filantrop, çoxşaxəli cinayətlər törədən, terror və separatizmi maliyyələşdirən Ruben Vardanyan Azərbaycan qanunları ilə həbs edilir. Bununla da ermənilər Smantanın gerçək üzünü görmüş olurlar.

USAİD rəhbəri kimi Samantanın demək olar hər ay Ermənistana maliyyə ayırmasını ermənilər ikiüzlülük adlandırır. Beynəlxalq erməni tələbə gənclər hərəkatı Samantanın Avrora Fondunun münsiflər heyətindən xaric edilməsi ilə bağlı müraciət yayımlayır. Məlum Mark Rubio Samantanın “ikiüzlü karyerist siması”( https://www.aei.org/op-eds/power-failure-biden-off... ilə bağlı yazılar tirajlayır. Xankəndini könüllü tərk etmiş ermənilər ona “İmperialist Samanta-çıx evinə rədd ol get!”, “Liviya cəlladı, Ermənistanı Ukraynanın gününə salmağa gəlib, soyqırımdan yazan Samanta bu gün susub, kor qalıb”-və s. çağırışlar edir. Qlobal və yerli erməni media qurumları, analitik mərkəzlər, ekspertlər “Samantanı ifşa etmək” yarışıına girirlər. Başqa sözlə deyilsə, Samantaya alqışlar dövrünü qarğışlar dövrü əvəz edib. Vəziyyət davam edir. Beləliklə, siyasi fiqur kimi ortaya çıxarılması və siyasi karyerasını erməni diasporu tərəfindən təmin edən “Samanta Pauer layihəsinin” sonu çatıb. Azərbaycan suverenliyini tam bərpa edib. Separatçı canilər həbs edilib. Onun karyerasına yatırılan milyonlarla erməni sərmayəsi batıb. Samanta öz dostunu - Ruben Vardanyanı qanun və ədalətin əlindən ala bilmir. İndi əsas məsələ ermənilərin bu proseslərdən nə kimi nəticə çıxarmasıdır. Görünən isə budur ki, ermənilər üçün tarixin dərsləri yoxdur. Yüz il əvvəl Qərb siyasətinə alət olan ermənilər bu gün də onun nəticələrinə qatlanmaqdadır. Bölgəyə sülh və əmin-amanlıq gətirən Azərbaycana qarşı sürətlə silahlanmaqda, regionu silah cəbbəxanasına çevirməkdə, revanşizm xəyalları ilə yaşamaqda, kənar güclərin maraqlarına cavab verməkdə davam edir.

Yüz il əvvəlki Azərbaycandan fərqli olaraq, bu günün Qalib Azərbaycanı bölgəni savaş meydanına çevirməyə çalışan güclərə qətiyyətlə cavab verir, sülhə aparan prosesləri dəstəkləyir. USAİD-in, bütün Qərb dünyasının sel kimi axan maliyyəsi bu proseslərə heç bir təsir göstərə bilmir. Tarixən ölkəmizə qarşı yürüdülən ədalətsizlik bumeranqı öz sahiblərinə dorğu geri qayıdır...

Ermənilər Samantaya “Yox!” deyir, İrəvana özünü göstərmək üçün gəldiyini bildirir.

Diasporun muzdlu “eksperti” Maykl Rubin: “Samantanın  ikiüzlüyü bunda görünür ki, Ruben Vardanyanın etdiyi yaxşılıqlara rəğmən onun azad edilməsi üçün heç nə etmir.”

Tahirə Allahyarova

professor, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri