Yuxarıya
skip to main content

Arman Tatoyan kimdir: Ermənistan "Ombudsmanı", yoxsa revanşist qüvvələrin hakimiyyətə gətirməyi planlaşdırdığı siyasi layihədir?

13.09.2021

Erməni ombudsman Arman Tatoyan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycana qarşı görünməmiş nifrət və böhtan dolu açıqlamaları, beynəlxlaq qurumlara göndərilən saxta hesabatları ilə yadda qaldı. 


Müharibədən keçən son 8 ayda və hazırda da, Ermənistanda sülhün nizamlanması və 10 noyabr bəyanatının reallaşması yönündə Paşinyan komandansının ən qatı əleyhdarı, qisasçılıq və gərginliyin davam etməsinin qatı tərəfdarı kimi çıxış edənlər sırasında Tatoyan 1-ci sıradadır. Postmüharibə dövründə də, Tatoyan bu "fəallığını" daha saxtakar, daha aqressiv şüarı ilə davam etdirir. Sərhədlərin delimitasiyası, erməni "əsirlər" və s. mövzularla bağlı qondarma “sənədləri” hazırlayıb hər gün beynəlxalq qurumlara göndərməkdədir. Misal üçün 22 iyul 2021-ci ildə Yerasx icmasında fakt araşdırıcı missiya ilə gedib, kəndi “Azərbaycan əsgərlərinin erməni kəndini “qəsdən od vurmaq məqsədi ilə cəmi 1 km-dən atəşə tutması ilə bağlı mülki şəxslərin  "şikayətlərini",  “faktları” toplayıb. 

Sərhəddəki  yerli erməni icra qurumlarının”Azərbaycan əsgərləri bizə mane olmur” açıqlamasından hiddətlənib onları linç edən, Paşinyana müxalifətdə olub, onun fəaliyyətinə müdaxilə və sərt tənqidlər etməklə gündəmdən düşməyən Tatoyan kimdir?

Hüquq müdafiəçisi adı altında gününü sərhəddə keçirərək hərbi və siyasi gərginliyin yaranmasına hər vəchlə çalışan, ombudsmanın məqsədlərinin dərindən araşdırılması  bir sıra maraqlı məqamlar aşkara çıxarır. Məlum olur ki, A.Tatoyanın  sadəcə “Ombudsman” deyil, bu ad altında maskalanan, gerçəklikdə  qisasçılıq tərəfdarı olan daxili, eləcə də,10 noyabr  Bəyannaməsinin icrasına hər vəchlə maneə yaradan xarici geosiyasi qüvvələrin Qarabağla bağlı məqsədyönlü planlarında həlledici  perspektivə və statusa malik siyasi layihəsidir.

A.Tatoyan kimin kadrıdır?

18 dekabr 1981 təvəllüdlü A.Tatoyan İrəvan DU-nin hüquq fakültəsini bitirib.  2005-ci ildən indiyə qədər Ermənistan Amerika Univerisitetində və Ədliyyə Akademiyasında dərs deyir. Hüquq üzrə doktor, dosentdir. 2013-cü ildə Pensilvaniya Universitetinin (ABŞ) hüquq fakültəsini bitirib. Həmin il-32 yaşında  Ermənistan Ədliyyə nazirinin müavini seçilib. Tatoyan, nazir müavini olmaqla yanaşı, Ermənistanın Avropa İH Məhkəməsində (European Court of Human Rights-ECHR) təmsilçisi və Avropa Şurasının beynəlxalq proqramlar üzrə müşaviri vəzifələrini də icra edib.Hazırda həmçinin,Avropa Şurası İşgəncələr Əleyhinə Komitənin üzvüdür.

Tatoyan Serj Sərkisyanın kadrıdır və gənc yaşlarından karyera yüksəlişi S.Sərkisyanın dəstəyi ilə başlayıb. 2016-cı ildə onun ombudsmanlığa namizədliyini S.Sərkisyanın “Ermənistan Respublika partiyası” irəli sürüb. Beləliklə, Ermənistanda 2004-cü ildən bəri 4-cü ombudsmanı  seçilib.  Tatoyandan  əvvəlki heç bir Ermənistan  ombudsmanı seçildyi 6 illik müddəti sonacan işləyə bilməyib. Parlamentdə illik hesabatları qəbul edilməyib və hamısı vaxtından tez  azad edilib.  Bu baxımdan Tatoyan, 6 illik müddəti sonuna qədər işləyən ombudsman kimi tarixə düşmək üzrədir. 

Qatı erməni şovinist/separatçının “hüquq müdafiəçisi” obrazı altındakı  gerçək məqsədlər

Beləliklə, Tatoyanın Azərbaycanın apardığı Vətən müharibəsindən əvvəl, varlığı ya yoxluğu bəlli olmayıb. Sərkisyana qarşı amansız olan, onu və kadrlarını həbsxanalara qapadan Paşinyanın dövründə “səsi çıxmayıb”. Əksinə, Sərkisyanın kadrı kimi hər an vəzifədən azad ediləcəyini gözləyib.

Belə halda o 2021-ci ildə Ermənistanda ən yüksək reytinqli şəxsinə necə çevrilib?

Cavab belədir: 44 günlük müharibə dövründə, himayədarları - hərbi canilər Sərkisyan-Köçəryan, onları dəstəkləyən daxili və xarici qüvvələrin planlarında A.Tatoyan Paşinyana qarşı həlledici rəqib kimi formalaşdırılıb. Belə ki, 2021-ci il mart ayında ABŞ sorğu təşkilatı olan Gallup-un(Gallup International Аssociation) Ermənistandakı təmsilçi qurumu siyasi proseslərlə  bağlı sorğu keçirib. Ermənistandakı  Gallup ,məlum olduğu kimi, Sərkisyanın kürəkəni Minasyanın himayəsi altında yaradılıb. Tatoyan Minasyanla ən sıx təmaslara malikdir. Bu baxımdan, sorğu nəticəsində Tatoyanın hazırda ermənilər arasında “ən nüfuzlu şəxs” elan edilməsinin arxasında Sərkisyan komandasının durması üzə çıxır. Sorğunun nəticələri “ Ermənistanda  ən yüksək reytinqli, əhali arasında ən nüfuzlu   siyasətçi A.Tatoyanın olması, (3.7%), N.Paşinyanın 2-ci yer tutması məlum olub.(2.7%).

“Ən yüksək nüfuzun”əsas səbəbi budur ki, müharibə gedişində və 10 noyabrdan sonra, Ermənistanda yaşanan siyasi böhran və dövlət qurumlarının iflic  vəziyyəti ən çox Tatoyanın işinə yarayıb. Total iflas vəziyyətində Tatoyan himayədarlarının tövsiyəsi ilə Azərbaycana qarşı “insan hüquqları” şüarı altında erməni əsir və əsgər ailələrinin “qayğısına qalmaq”, şovinist-separatçı fəaliyyətini beynəlxalq aləmdə tirajlamaq və Paşinyanın siyasətini sərt tənqid etməklə süqut edən məğlub ölkənin yeganə olaraq çalışan strukturu imicini qazana bilib. Bir neçə gün əvvəl, “Ermənistan PR Assosiasiyası” tərəfindən ona  “Ermənistanda İlin   Dövlət Qurumu”( “The State Institution of the Year”) mükafatı verilib.

Beləliklə,  S.Sərkisyanın kadrı olan Tatoyanın  komandasının digər həmkarları kimi vəzifədən azad olunması və ya həbs edilməsi əvəzinə, karyera yüksəlişinin  himayədarları olan hərbi canilərin planına uyğun olaraq, rüsvayçı məğlubiyyət və onun nəticəsində yaranan siyasi anarxiya vəziyyətindən sui-istifadə etməklə “xalqa yanan” əzabkeş obrazı formalaşdırılıb. İndiki və yaxın gələcəkdə siyasi mübarizəyə qatılacaq fiqur kimi məqsədyönlü təqdimatına sabiq “bosslar” və xarici mənbələr  bütün maddi, informasiya və s. lobbiçilik dəstəyini göstərirlər.

Sərkisyanın kürəkəninin kurasiya etdiyi Gallup yerli təmsilçisinin “ən nüfuzli şəxs” imici də məhz belə yaradılıb. İmicin  aparıcı məzmununu isə müharibə gedişində və son 8 ayda qisasçı qüvvələrin, hərbi canilər Köçəryan-Sərkisyanın saxtakarlıq, böhtan və yalan üzərində qurulan fəaliyyətini qat-qat genişləndirməsi  təşkil edir. “Hüquq müdafiəçisi” imitasiyası arxasında gizlənən qatı erməni şovinist siyasətçi Tatoyanın Avropaya, beynəlxalq təşkilatlara göndərilən  sənədlər, populist çıxış və acıqlamaları hazırda  daha intensiv olaraq davam edir. Ermənistanın qərq olduğu ümumi fəlakətli vəziyyətin davam etməsi Tatoyanın daxili və xarici himayədarlarının məqsədlərini reallaşdırmaq üçün göydəndüşmə fürsət olub. Belə ki, Paşinyan komandasının, son seçkilərdə öz liderlərinə qarşı sərt çıxışlar edən Tatoyanı seçkisonrası dərhal, qeyd-şərtsiz   istefaya göndərmək çağırışları hələ də havada qalıb.

Tatoyanın “siyasi olimpə yüksəltmək” planlarında xarici maraqların da mühüm yer tutmasına kifayət qədər dəlillər mövcuddur. Onun mart-aprel aylarında (Gallup sorğusunun keçirildiyi vaxt) “Rusiya erməniləri ittifaqı”nın  lideri Ara Abramyanla  görüşləri və “birgə işlərə yekun vurması” ümumi plan və məqsədlərin müzakirəsinin aparldığına dəlalət edir. Məhz həmin aylarda onun qarşıdakı seçkilərdə və perspektivdə, Ermənistanda qisasçı/işğalçı siyasətin davam etdirilməsinə tərəfdar olan daxili və xarici qüvvələrin əsas siyasi fiquru kimi formalaşdırılması ilə bağlı yekun qərarın da verilməsinə şübhə yeri qalmır. 

Tatoyanın 2017-ci ildə yaradılan "Avrasiya Ombudsmanlar Alyansında"( Rusiya, Ermənistan və Qırğızıstan, İran, Monqolustan, Serbiya, Qazaxıstan) xüsusi "fəallığı" da buraya əlavə edilməlidir. Avropa İHM-də müəyyən müddət çalışması, ABŞ-da təhsil aldığı Universitet və həmkarları ilə sıx təmasları, Tatoyanın “xarici dostlardan ibarət əhatəyə” malik olmaqla, ölkəmizlə bağlı  saxta məruzələrin və hesabatların yayılmasını dəstəkləyən və sürətləndirən məqam hesab edilməlidir.

A.Tatoyanın  siyasi mübarizə planları

Tatoyanın hazırkı şüarı “Mən vətəndaşı dövlətdən müdafiə edirəm”-dir.) O dəfələrlə bildirib ki, “ heç bir siyasi fəaliyyət göstərmir və yalnız insan hüquqlarının qorunması ilə məşğuldur.” Məlumdur ki, Ermənistanda seçkilər baş tutsa da dərin daxili siyasi böhran davam edir. Paşinyana uduzan, Qarabağı 30 illik işğalda saxlayan müharibə partiyası seçkilərdə də, məhkəmədə də uduzsa belə parlamentdə fəaliyyətini davam etdirəcək. Belə vəziyyətdə proseslərin gedişatı müharibə dövründən sui-istifadə edərək, saxta “hərbi cinayətlərlə” bağlı hay-küy qoparan, məğlub ermənilərin hüquqlarını qorumaqda can-fəşanlıq edən A.Tatoyanın mövqeyinin daha da möhkəmləndirilərək, onun karyerasına yol açan Paşinyanı zəiflədilməsi, seçkiləri uduzan Köçəryan-Sərkisyan birliyi və ətraflarının  əsas məqsədlərindən biri olmasını tam əsasla demək mümkündür. 

S.Sərkisyanın kadrı olan, erməni diasporu hesabına ABŞ-da təhsil alan, vəzifəsi hüquq müdafiəçisi olan Tatoyanı əslində siyasi missiyaya xidmət edən layihə olması, 44 günlük müharibə, daha sonra isə, son seçkilərdə üzə çıxıb. Tatoyanın seçkilərdən əvvəl və indi də həmişə Paşinyana qarşı çıxması, ona dəstək verməməsi də arxalandığı daxili və xarici siyasi qüvvələrin miqyas və sanbalından xəbər verir. Onu siyasi karyeraya gətirən hərbi canilərə: Sərkisyan-Köçəryan birliyinə sadiqliyini göstərib, seçki dövründə Paşinyanın fəaliyyətini tənqid edib. Ona bir seçicinin “polad mandat” simvolu kimi seçki görüşlərində təqdim etdiyi “çəkiçin” nümayiş etdirilməsinə, rəqiblərin təhdid etməyə dərhal son qoyulmasını davamlı tələb edib.

Tatoyanın daxildəki Sərkisyan-Köçəryan cütlüyündən başqa, xaricdəki himayədarlarına güvənməsini belə bir "həddsizliyi" sübut edir ki, o 16 iyun seçki kampaniyası dövründə özü haqqında Paşinyan komandasının  sosial şəbəkələrdə yazdığı kommentlər- nifrət və təhqirin təşviqi kimi  sənədlərləşdirib, ATƏT / DTİHB müşahidəçilər missiyalarına, AŞPA həmməruzəçilərinə, habelə digər beynəlxalq strukturlara və rəsmilərə, hətta, Ermənistan Baş Prokurorluğuna da göndərib.

Bundan əlavə, sitat, “Tatoyan, 2021-ci il mayın 6-da parlamentə həbsxanalarda işgəncələrin  qarşısının alınması ilə bağlı məruzə və 2020-ci il üçün  hesabat təqdim edib. Paşinyan komandasından olan deputat  Mariya Karapetyan, Köçəryan və Sərkisyan tərəfdarlarını dəstəkləyən Tatoyanı   öz işini görmək əvəzinə, "media terroruna qoşulmaqda" ittiham edib. Bundan  qəzəblənən Tatoyan Paşinyan komandasını sərt tənqid edib. Vəziyyətin əlbəyaxa davaya çıxmasına yol verməmək üçün deputat Andranik Köçəryan ombudsmanı çətinliklə öz kabinetinə ötürüb. Tatoyanın  Paşinyanın 10 noyabr razılaşması ilə bağlı fəaliyyətinə  hər vəchlə mane olmasını ifadə edən açıqlamalarına baxmaq kifayətdir. Erməni şovinizmi, separatçılığının simvolu olan Tatoyan, “insan haqları” şüarı altında saxtakar fəaliyyətin ilə həyata keçirməyə mane olan istənilən erməni rəsmisini kütləvi linç etməyə də cürət edir. Sərhədlərdə vəziyyətlə bağlı doğru həqiqəti söyləyən yerli struktur rəhbərlərini "linç" edir. Bu günlərdə, "Azərbaycan rəhbərliyinə “hədiyyələr” təqdim edən erməni məmurlar var”adlı  açıqlama yayıb. Hazırkı məqamda,Tatoyanın düşünülmüş plan əsasında, ermənistan siyasi elitasında irəliləmək  niyyətini gerçəkləşdirməyin əsas yollarından biri- Azərbaycana qarşı qatı düşmənçilik və siyasi-hərbi gərginliyin artmasında maraqlı olmaq, digəri isə, Paşinyanı zəiflətməkdir.

Son seçkilər dövründə A.Tatoyanın vəzifəsindən istefa verməklə, siyasətə gələcəyi, namizədliyini verəcəyi ilə bağlı müzakirələr yayıldı. Bununla yanaşı, Tatoyanın siyasətə keçməsini əngəlləyən səbəblər  prosedur məsələləri ilə bağlı alınmayıb. Belə ki, Ermənistan qanunvericiliyinə görə Ombudsman elmi-pedaqoji və yaradıcılıq işləri istisna olmaqla, dövlət və digər vəzifələrdə işləyə, heç bir partiyanın üzvü ola, seçkilər zamanı namizədliyini irəli sürə   bilməz. Belə niyyəti olarsa  14 gündən gec olmayaraq qanunun tələblərinə uyğun olaraq vəzifə icrasını dayandırmağa borcludur.

Digər səbəb kimi onu düşünmək olar ki, Tatoyan daha çox, Ermənistandakı böhran vəziyyətində bu riskli  addımı atmayaraq, düşünülmüş şəkildə, ciddi daxili və xarici tövsiyələrlə hüquq müdafiəçisi maskası altında gizlənməyi, gerçək siyasi məqsədlərinin uğurla  reallaşması üçün “Ermənistanın ən nüfuzlu şəxsi” imicini daha da möhkəmləndirməklə, hələlik maskalanmağı planlaşdırıb.

Tatoyan onu insan  hüquqları ilə deyil, hərbi-siyasi məsələlərlə məşğul olmaqda ittiham edən Paşinyan komandası üzvlərinə cavabında bildirib: “İnsan hüquqlarının qorunması kontekstində baxıldıqda, Ermənistan öz imkanlarını daha da genişləndirir. Sərhəd məsələlərinin  yalnız hərbi-siyasi komponent kimi reallaşdırılması,  Azərbaycanın xeyrinədir. Buna görə də, sərhədlərdə pozuntu faktlarını  topladığım  geniş bir məlumat bazası mövcudddur. Ermənistan BMT İnsan Haqları Şurasının üzvüdür. Əsas məqsədimiz, Ermənistan sərhədindəki vəziyyətin BMT-də müzakirəyə çıxarılması, orada vəziyyətlə yerindəcə tanış ola və sənəd hazırlaya bilən Xüsusi Məruzəçilər təyin olunmasına nail olmaqdır."

Göründüyü kimi, Tatoyanın hazırkı Ermənistan siyasi həyatında qarşıdurma və müharibəyə səsləyən, sülh danışıqlarına qatı düşmənçilik edən, Azərbaycanla bağlı saxtakar mövqe tutan, eyni zamanda, Paşinyan iqtidarına qarşı hiyləgərliklə istifadə edilən, əli Qarabağda hərbi cinayətlərə və Xocalı soyqırımına, minlərlə Azərbaycanlının qanına batan hərbi canilərin, “hüquq müdafiəçisi” adı altında “qisasçılıq” niyyətlərinin həyata  keçirmək üçün siyasi layihə olması məlum olur.

Tatoyanın  gerçək simasını gizlətmək və siyasi məqsədlərini maskalamaq üçün daha çox saxtakarlıqlar etmək, “ən nüfuzlu şəxs” reytinqini əldən verməmək üçün “Azərbaycanda   “insanlığa qarşı  cinayətlər” və erməni əsirlərlə  bağlı ”  uydurma hesabatları gecə-gündüz yaymaqda davam edəcəyi aksioma xarakterlidir. Bütün bunlar siyasi böhranın labüd davam edəcəyi Ermənistanda məqamı gəldikdə siyasi mübarizəyə qoşulmaq və revanşist qüvvələrin namizədi kimi seçkilərə qatılmaq məqsədlərinə xidmət edir. Bu niyyətlərin, isə, 30 illik işğalçılıq, müharibə və iflas siyasətindən bezib Paşinyana səs verən xalqın, minlərlə həlak olmuş əsgər ailələrinin, veteranların, itkin düşənlərin yaxınlarının hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur.

Bu və digər çoxsaylı səbəblər, Tatoyanın gerçək simasının aşkara çıxarılmasını, onun hüquq müdafiəçisi adı altında, Ermənistanı işğalçılıq siyasətinin    tərəfdarı olan, müxtəlif daxili və xarici  siyasi qüvvələrin sui-istifadə etdiyi təhlükəli fiqur, uyğun məqamda hakimiyyətə gətiriləcək siyasi layihə olmasını   ifşa etməyi gündəmə gətirir.

BMT-nin son hesabatına görə Ermənistanda ölkədən xaricə miqrasiya fəlakətli həddə çatıb. Ölkədə ailədaxili zorakılıq təkcə son ildə 50% artıb. Tatoyan Ermənistan daxilində insan hüquqları məsələsi yoxmuş kimi, hazırkı siyasi rəhbərliyin hərbi cinayətlərini, özünə rəqib gördüyü qüvvələri həbs etdirməsini və s.bütün   hüquq pozuntularını görmədən gəlir. Əksinə, öz vəzifəsini   “hərbi əsirlər ” və “sərhədboyu sakinlərin narahatçılığı” tezisləri üzərində qurub. Ölkədə sanki başqa hüquq probleminin mövcud olmadığı görüntüsünü yaradıb. Ermənistan Ombudsmanının 10 noyabr razılaşmasının əleyhinə olan, eləcə də, sərhəddəki təxribatçılıq və saxta xəbər yaymaq kimi pozuculuq fəaliyyəti  həm də özünü ifşa xarakterlidir. 


 

Lalə Əkbərova
Milli Məclisin İnsan Haqları Komitəsinin eksperti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, STM –in əməkdaşı