Yuxarıya
skip to main content

Hakimiyyət sosial şəbəkələrlə savaşmır, lakin...

31.10.2019

Sosial media siyasi davaların, hərc-mərcliyin, anti-konstitusion çağırışların əsas təbliğat dünyasına çevrilir. Sosial şəbəkələr necə siyasi istimar vasitəsinə çerilir?

 

  • Rəngli inqilab ssenariləri hazırlanır. Simvolikadan istifadə etməklə sosial mediadakı açıq və qapalı qruplarda gizli siyasi təşkilatlanmalar baş verir.
  • Dövlətlərin dünyəviliyinə təhdid formalaşır. Müxtəlif ölkələrdən idarə olunan radikal dini cərəyanlar, sekulyarizmə təhdid yaradan zərərli ideoloji propaqandalar formalaşır.
  • Xarici kəşfiyyatın əllləri uzanır. Belə ki, məhz sosial media vasitəsilə xarici kəşfiyyatlar ölkələrin daxilinə nüfuz etmək üçün iradəsiz vətən xainlərini "verbovka" edirlər.
  • Sosial narazılıq elementləri gücləndirilir.
  • Yalan və qaraqışqırıq xəbər mahiyyətinə çatdırılır. Küy, qəzəb, çaşdırıcı dezinformasiyalar sosial şəbəkələrin vasitəsiylə insanlara ötürülür.

 

Son dövrlər sosial medianın imkanları dünya üzrə böyüməkdə və genişlənməkdədir. "We are social 2018" hesabatında mühüm və düşündürücü frazalar mövcuddur.  Hazırda dünyada aktiv olaraq 3 milyarddan çox sosial media istifadəçisi var. Eyni formada ümumi aktiv mobil istifadəçi sayı da 3 milyarddan çoxdur.

 

 

Hazırda bizim ölkəmizdə siyasi platforma olaraq Facebook daha populyar olsa da, dünya üzrə əsas siyasi polemikalarda Twitter öz aktuallığını qoruyur. Təsəvvür edin ki, dünyanın ən tanınmış siyasi liderləri analizlərini tvitlər ataraq bildirir. Nəticədə:

 

  • Twitter istifadəçiləri arasında qadınlar kişilərdən daha çoxdur.
  • 35-49 yaşa arasında insanların sayı Twitterdə daha çoxdur.

 

 

Siyasi leksikona yeni daxil olan sözlərdən biri də “Facebook inqilabı” anlayışıdır. "Ərəb baharı"nda, Maydan olaylarında Facebook insanların əsas qruplaşma və toplanma mərkəzi olub. Məhz bütün bunların fonunda əminliklə deyə bilərik ki, aparılan aaşdırmalar da istifadəçi sayına görə sosial mediada liderliyi hələ də Facebooka verir. Facebookdan sonrakı sıralarda isə Whatsapp və Youtube öz liderliyini qoruyur. Telegram və Pinterest kimi sosial ünsiyyət platformaları isə daha az istifadəçi sayına malikdir.

 

 

Dünyada mobil tətbiqetmələrə marağın böyüməsi, noutbuk və kompüterlərin sadəcə iş üçün lazım olma funksiyasını da genişləndirir. Aparılan statistik araşdırmalar göstərir ki, insanlar Android və İOS platformalardan sosial mediaya daha çox daxil olur, nəinki kompüter vasitələrdən. Məsələn, ən aktiv siyasi sosial media platforması olan Twitterdə mobil cihazların istifadəsi aradakı “rəqəmsal uçurum”u göstərir. 260 milyon insan Twitterə mobil cihazlarından daxil olurlar.

 

 

Eyni formada Facebookda da mobil cihazlar ön sıralarda yer alır. Belə ki, mobil Facebook istifadəçilərinin sayı 89 %-dir ki, bu da özlüyündə kifayət qədər ciddi və samballı göstəricidir. Burada da kişi istifadəçilər qadın istifadəçiləri üstələyir.

 

 

 

Ən fəal Facebook istifadəçiləri 25-34 yaşaaralığıdır ki, bu da aktiv siyasi gəncliyin mühüm hissəsini əhatə edir.

 

 

Lakin sosial medianın ünsiyyət imkanlarının geniş sərhədsizliyinə baxmayaraq, hələ də alternativ ünsiyyətlə mübarizə apara bilmir. İnsanların ənənvi sim kartlar vasitəsiylə mobil əlaqəsi yenə də dünya üzrə birinci sıradadır.

 

 

Facebook öz “Business Manager”i vasitəsiylə səhifələrdəki paylaşımları aktivləşdirməyə və artırmağa cəhd edir. Marketinq mahiyyəti daşıyan sponsorlu (reklamlı) paylaşımlar bu gün siyasi qrupların da ən böyük internet kampaniyalarına çevrilib.

 

 

Dünyada 4 milyarddan artıq insanın internet istifadəçisi olmağı hakimiyyətləri də ciddi suallar qarşısında qoyur. Xüsusən, internetin imkanlarının genişlənməyi yeni siyasi çağırışlara, təhlükəli və qanundankənar nitqlərə rəvac verir.

 

 

Nəzərə alınmalı olan ən maraqlı cəhətlərdən biri də odur ki, hələ də Android sistemi ilə sosial media istifadə etmək dünyada birinci yerdədir. Bu isə "İphone" kimi qlobal nəhənglərin nüfuzunun artdığı çağdaş dünyada düşündürücü məqamlardan biridir.

 

 

Dünyada qlobal formada qəzetlər, televiziyalar və bütün ənənəvi media formalarından üstündür. Hər il internet istifadəçilərinin, sosial media istifadəçilərinin sayı durmadan artır.

 

 

Siyasi karikaturaların, “Caps” və qısa videoroliklərin əsas yayılma arealları içərisində son illərdə İnstagram da ciddi nəticə göstərir.

 

 

Lakin internetin və sosial medianın imkanları təkcə sosial mediadakı siyasi fəaliyyətlərlə xarakterizə olunmur. Bu gün onlayn alış-veriş öz çəkisinə görə ciddi nöqtədə dayanır. Hətta gələcək 20 ildə onlayn bazarın ənənəvi bazarları üstələcəyi də proqnozlaşdırılır.

 

Bütün bu hallara nisbətdə hakimiyyətlər sosial medialarla savaşmır və internetin azad olduğu demokratik ölkələrdə sosial medianı dağıdıcılıq lokomotivi hesab edənlərin bu tip fəaliyyətlərinin qarşısını almaq iqtidarındadırlar.

 

Sosial media inqilabı beyinlərdə yaratmalıdır, küçələrdə yox!

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır