Yuxarıya
skip to main content

Uşaqlara qarşı aqressiyanı dayandırmaq lazımdır!

10.01.2020
Nərminə qarşı törədilmiş amansız cinayət uşaqlara qarşı zorakılıq və onların müdafiəsini bir daha diqqət mərkəzinə gətirməyi tələb edir. 
 
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalır.
 
 
Daxili İşlər Nazirliyinin mediaya açıqladığı məlumata görə, 2019-cu ilin   9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub.
 
 
Ötən ilin I yarımilində azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə , habelə fahişəliyə, əxlaqsızlıq əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb.
 
 
Təbii ki, bu, rəsmi müraciət nəticəsində bəlli olan rəqəmlərdir. Bir çox hallarda valideynlər və uşaqlar hüquq orqanlarına müraciət etmirlər.
 
 
Bəs uşaqlara qarşı cinayət, zorakılıq hallarının kökündə hansı səbəblər durur? Bu cür halların qarşısının alınması, onların müdafiəsi üçün hansı addımlar zəruridir?
 
 
Hazırladılar:
 
 
Müxbir: Şəfanə İbrahimova
 
 
Operator, montajçı: Bəşir Əli