Yuxarıya
skip to main content

Mir Şahin Ağayev STM-in keçirdiyi sorğudan danışıb - (VİDEO)

30.09.2019

REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin aparıcılıq etdiyi "Mir Şahinin vaxtı" verilişində Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" sorğusundan bəhs edilib. 

 

Mir Şahin Ağayev qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzi son dərəcə ciddi bir layihəni təqdim edib:

 

"STM-in hazırladığı bu sənəd Prezidentin fəaliyyətinə cəmiyyətin reaksiyasını ətraflı göstərir. Qarşımızda belə peşəkar bir tədqiqat mərkəzinin olmasından sevinirəm. Nəhayət, Azərbaycanda informasiya mühitinin "check-up"-nu edən bir qurum var. Sosial Tədqiqatlar Mərkəzi məhz cəmiyyətin xəbər, məlumat, gözlənti, ovqat strukturu üçün diaqnostik mərkəz rolunu oynayacaq. Yəqin ki, bu Mərkəz həm də Azərbaycan dövlətinin ideoloji xəttində mühüm bir komponent olacaq".