Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib

24.09.2019

Sosial Tədqiqatlar Mərkəzində ölkəmizdə səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS), Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü, professor Zhang Shuhuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Qurumun İdarə Heyətinin Sədri, Milli Məclisin deputatı Zahid Oruc görüşün iki ölkə arasında mövcud olan elmi əməkdaşlıq və dostluq münasibətlərinə və sosial tədqiqatlar sahəsində birgə fəaliyyət göstərmək məramına xidmət etdiyini, görüşün, həmçinin dünyanın ikinci iqtisadi gücü kimi Çin təcrübəsinin və eyni zamanda, Cənubi Qafqazın ən islahatçı və inkişaf edən dövləti olan Azərbaycanın siyasi və iqtisadi sahədə islahatlarla bağlı təcrübəsinin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyəti qeyd edib. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq üçün tərəfdaş” statusuna malik olduğunu, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdıran Mərkəz rəhbəri sosial tədqiqatlar sahəsində qarşılıqlı elmi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

 

Professor Zhang Shuhua 40 ildən artıq müddətdə fəaliyyət göstərən Çin Sosial Elmlər Akademiyasında 37 elmi tədqiqat institutu, 5 nəşriyyat olduğu və 4 min tələbənin təhsil aldığı barədə məlumat verib. Çin dövlətinin sosial siyasəti və sosial islahatlar proseslərinin dinamikası sahəsində özünəməxsus təcrübəsini və bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Sosial Tədqiqatlar Mərkəzində və Çin Sosial Elmlər Akademiyasının arasında elmi əməkdaşlığın perspektivləri, birgə tədqiqat layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr gedib və bu sahədə konkret fəaliyyət planının hazırlanması təklif olunub.