Dünyanın təhlükəsiz şəhərləri indeksi - 60 şəhər üzrə təhlil
Nüfuzlu "The Economist" jurnalında 2019-cu il üzrə dərc edilən hesabata görə, siyahıda ilk 3 yer Tokyo, Sinqapur və Sidney şəhərlərinə məxsusdur. Bakı şəhəri isə 60 şəhər içində 49-cu mövqedədir. Bakı şəhərinin 4 komponent üzrə göstəricisi aşağıdakı diaqramda əks edilib. Şəhərimizin ən yaxşı göstəricisi səhiyyə, ən aşağı göstəricisi isə infrastruktur təhlükəsizliyindədir.
Hesabatın müəllifləri bir sıra korelyasiyaları diqqətə çatdırıblar. Yüksək mövqedə qərarlaşan şəhərlərin ortaq cəhətləri bunlardan ibarətdir - keyfiyyətli səhiyyə xidmətlərinə rahat çıxış, kibercinayətlərə qarşı mübarizə strategiyası, innovativ və icma-əsaslı polis nəzarəti sistemi və təbii fəlakətlərə operativ reaksiya planlaması.
Siyahıda ön yerləri tutan şəhərlərdəki gəlir səviyyəsi daha aşağıda qərarlaşan şəhərlərin əhalisinin gəlirlərindən daha yüksəkdir. Son olaraq isə, vətəndaşın şəxsi təhlükəsizliyi ilə səhiyyə təhlükəsizliyi arasında düz mütənasiblik var.
Əlavə edək ki, müvafiq hesabatlarda mövqelərin yaxşılaşması üçün hər bir paytaxt idarəediciləri böyük səylər göstərirlər. O üzdən 100 illər ərzində dəyişən paytaxtımıızn son müstəqillik dövrü, eləcə də axırıncı 10 ili planlı və zövqlü bir şəkildə dəyişməsini özündə ehtiva edir. Bakıya gələn yüksək səviyyəli qonaqlar da, turistlər və işgüzar bağlarla ölkəmizə təşrif buyuranlar da bu faktı xüsusi olaarq qeyd edirlər. O üzdən beynəlxalq ekspertlərlə aparılan işlər nəticəsində paytaxtımıızn indeksinin ədalətli bir şəkildə yeniləcəyinə dərin inam bəsləyirik.
Mənbə
The Economist (2019) Safe Cities Index.
İnqilab Şahbazov
İngiltərənin Şeffild Universitetində sosiologiya ixtisası üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi ixtisası üzrə magistr təhsili almışdır. Tədqiqat sahələri ədliyyə sistemi, hüquq-mühafizə və sosial problemlərdir. ''Sosioloji nəzəriyyələr'', ''Tədqiqat metodları'' kitablarının və çoxsaylı məqalələrin müəllifidir.