Müharibə vəziyyətində İranın mümkün cavabı (İkinci Hissə)
Müəyyən güclü silahlanmaya baxmayaraq hərbi ekspertlər hesab edir ki, İranın hava hücumundan müdafiə sistemi amerikalılara qarşı ciddi şəkildə çıxa bilməyəcək.
1970-ci ildə SSRİ əleyhinə İranda quraşdırılan Amerika zenit-raket kompleksi ehtiyat hissələri çatışmazlığından işlək vəziyyətdə deyil. Rusiyanın S-200 kompleksi uzun məsafəyə malikdir, lakin manevrli taktiki aviasiyalara qarşı gücsüzdür. Çinin S-75-ləri artıq çoxdan köhnəlib və müasir aviasiya əleyhinə gücsüzdür. İran Rusiya istehsalı olan “Tor” yaxın məsafəli zenit kompleksi alıb, ancaq onun fəaliyyəti olduqca mürəkkəbdir, eyni zamanda mənimsənilməsi lazımdır.
İranın Hərbi Hava Qüvvələri Amerika ilə müqayisə oluna bilməz və heç bir ciddi müqavimət göstərməyəcək. Ona görə də, İran havada gücsüzdür, quru qoşunlar vasitəsilə zərbələr endirmək tək varinat ola bilər. Təbii ki, yalnız İraqa doğru. Lakin еkspertlərin fikrincə, burada da İranın müəyyən problemləri var.
Tanınmış mütəxəssislərin qənaətincə, Amerika aviasiyası İran kalonlarının ABŞ ordusunun sərhədlərinə çatmadan əvvəl məhv edəcəkdir.
Buna baxmayaraq, İran Amerikanın zərbələrinə cavab verə bilər və sadalananlar kifayət qədər ciddi yanaşmadır. Ekspertlərin mümkün ciddi tezisləri:
Hörmüz boğazını tankerlərin və ticarət gəmilərinin keçidi üçün bağlaya bilər;
Körfəz və İraq şiələrini Amerika obyektləri və hərbi qüvvələri əleyhinə təhrik edə bilərlər;
Şimali İsraili və Təl-Əvivi raket atəşinə tutmaq üçün Cənubi Livan cəbhəsi və Suriya tərəfi aktivləşdirilə bilər;
Fələstinin “Əl-Həmas” və “Əl-Cihad” hərəkatlarına israillilərə qarşı hücumları genişləndirmək üçün təzyiq göstərə bilərlər;
ABŞ və İsrailin dünyanın istənilən ölkəsindəki səfirliklərinə hücum edə bilərlər;
Regionda Amerika və İsrail obyektlərinə raket hücumları edilə bilər;
Suriya da, həmçinin, hansısa bir rol oynaya bilər. Düzü, xüsusilə son illər bu rolun mahiyyətinin və mənasının nədən ibarət olacağı məlum deyil
İrana qarşı aqresiya olduğu halda İraq və Əfqanıstanda yerləşən və ümumi sayı 190 000 nəfəri çatan Amerika qoşunları da raket hücumlarına məruz qalacaqlar.
İran Türkiyədə yerləşən “İncirlik” hərbi bazasına və “Habur” nəzarət-keçid məntəqəsinə raket hücumu edə bilər. Koalisiyanın hərb-hava daşımalarının 74 %-i “İncirlik” vasitəsilə, “Habur”dan isə 25 faiz yanacaqla təmin olunur. Bu da o halda ki, onlar fəaliyyətdə olacaq. Bu gün Türkiyə ABŞ-a həmin bazaların İrana qarşı istifadə olunmasına icazə verməyəcək.
İran Səudiyyə Ərəbistanın Neft Emalı zavodlarına hücum edə bilər. Bu da regionda böyük ekoloji fəlakətə gətirib çıxaracaq. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə İran “Hizbullah”a on minlərlə ortamənzilli raket vermişdir. Həmin raketlər vasitəsilə neft tankerlərinə hücum edilə bilər.
İran İraqda şiələrin üsyanını qaldıra bilər. Fars körfəzinə girişi məhdudlaşdıraraq bir neçə tankeri batırmaq İran hərbçiləri öz hədə-qorxularını həyata keçirəcək. Ekspertlər israr edir ki, belə aksiyaların keçirilməsi texniki mümkündür.
Bununla yanaşı, ABŞ-ın İrana hücum etdiyi halda, rəsmi Tehran ABŞ ordusunu küçə döyüşlərinə çəkməyə çalışacaq. Məhz bu yolla ABŞ-a qarşı müqaviməti xeyli uzana bilər. “Daranın nəsli belə” asanlıqla təslim olmayacaq.
İranlılar istəyir ki, güclü və möhkəm olsun ki, onların ölkəsi İraqın taleyini yaşamasın. İranlılar öz tərəfdaşlarına şərtlərini diktə etmək imkanlarının olması ilə fəxr edirlər. Belə ki, iranlıları həmişə başqalarından üstün olmaları ruhunda tərbiyələndirirlər. Birləşmiş Ştatlara qarşı durmaq onların xoşuna gəlir:
- Bizim sivilizasiya daha yüksəkdir, bizim cəmi 200 il yaşı olan ölkəyə boylanmağa ehtiyacımız yoxdur.
- nəhayət, paradoks ondan ibarətdir ki, İran rəhbərliyinə qarşı yönəldilmiş mümkün hücum həmin rəhbərliyi daha da möhkəmləndirəcək, müxalifət isə dərhal “ABŞ əlaltıları” damğasını alacaqlar.
İranın problemi tək ABŞ-la bağlı deyil, İran İsrailə də hücum edə bilər.
Bir dəfə İsrail prezidenti Şimon Peresdan İran prezidentinin yəhudi dövlətinin yer üzündən siləcəkləri ilə bağlı təhdidləri haqqında nə düşündüyünü soruşmuşdular. Peres soyuqqanlı şəkildə cavab vermişdi:
- İran da, həmçinin məhv ola bilər.
Baş qərargah rəisi, hərbi pilot və İran imiqrantının oğlu Dana Halutsdan 2005-ci ilin yanvarında mətbuat konfransında soruşmuşdular:
- İranın nüvə proqramını dayandırmaq üçün İsrail nə qədər uzağa getməyə hazırdır?
- 2 min km- deyə, general Haluts cavab verib.
Bu, İran və İsraili ayıran məsafədir. Məlumdur ki, Amerikanın Baş Qərargahında mütəmadi olaraq korrektə edilən və “Konplan 4305” adlı İsrailin müdafiəsinin konseptual planı mövcuddur. Bu plan yəhudilərin ABŞ-dakı lobbisinin təzyiqi ilə qəbul olunub.
2005-ci ilin sonunda İsrail ordusu və ABŞ ordusunun hərbi hava hücumundan müdafiə bölmələri “Cuniper Kobra” adlanan birgə təlimlər keçirdilər. Bu manevrlər İranın mümkün raket hücumunun qarşısının alınmasına hazırlıq məqsədi daşıyırdı. Habelə, İsrailin böyük yüksəkliklərdə ballestik raketlərin vurulmasını təmin edən “Errou II” raket hücumundan müdafiə sisteminin və kiçik yüksəkliklərdə raketləri məhv edən “Petriot” Amerika sisteminin imkanları yoxlanılmışdır. Bundan əlavə, ABŞ İsraili çoxlu sayda müdafiə olunan yeraltı obyektlərin, yəni İranın yeraltı zavodlarının məhv edilməsi üçün nəzərdə tutulan son nəsil, dəqiq mənzilli silahlarla təchiz etmişdir.
ABŞ, həmçinin İsrailə 9 ədəd ən yeni F16-3 təyyarələrini vermək niyyətindədir. İrana hava hücumu zamanı İsrail hərbi hava qüvvələrinin 69-ci eskadrilyasının F-15 E elit bombardıcılarından və qanadlı raketlərindən istifadə oluna bilər. Qərb agentlikləri məlumat verirlər ki, İsrail 16 metr qalınlığında betonu deşə bilən 100 raket hazır edib. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, İsrail regionun istənilən ölkəsinə təyyarə, ortaradiuslu balletik raketlərlə Yerin üzərində yerləşən sistemlərlə və sualtı qayıqlarla çatdıra bilən ən azı 200 nüvə başlığına sahibdir.
“Komsomolskaya Pravda”nın yazdığına görə, İsrail nüvə başlıqları tədarük edib, halbuki öz müqəddəs kitabı üzərində and içirdi ki, onun kütləvi qırğın silahı yoxdur. “Ceyn” ingilis analitik qrupu İsralin nüvə başlıqları barədə o qədər yoxlanılmış və dəqiq məlumat təqdim etdi ki, İsrailin Müdafiə Nazirliyi onu təkzib edə bilmədi. “Ceyn”in ekspertləri yalnız Təl-Əvivin nüvə başlıqlarının sayının 100 yoxsa 300 olmasına dair fikir ayrılığı yaranıb. Lakin bu dünya ictimaiyyəti tərəfindən tənqid olunmadı və normal qarşılandı. Bu barədə yalnız bu yaxınlarda Türkiyənin baş naziri Ərdoğan (indiki prezidenti) sərt formada bəyan etdi. İsrail bütün şəhərlərinin raket əleyhinə müdafiə sistemlərinə, özü kəşfiyyat kompleks peyklərinə, çox saylı güclü radarlara, “AVAKS” tipli kəşfiyyat təyyarələrinə malikdir. Bununla yanaşı xüsusi qeyd etmək lazımdır ki, İsrailin Amerikanın izləmə sistemlərinə çıxışı var.
Başqa sözlə, İsrailə hücum etməyə cəhd edən istənilən ölkə, çox effektiv cavab alacaq. İranla İsrail arasında gizli müharibə artıq gedir. Qərb informasiya agentlikləri məlumat verir ki, İranın quru qoşunlarının komandanı Əhməd Kaziminin və yüksək vəzifəli İran zabitlərinin yerləşdiyi İran təyyarəsinin qəzaya uğraması İsrail xüsusi xidmət orqanlarının işidir. Kazimi İsrailə çata biləcək “Şihab 3-” raketinin yaradılmasının təşəbbüskarlarından biridir.
Eyni zamanda qeyd etmək lazımdır ki, hərbi gücünə baxmayaraq İsrailin özündə vəziyyət qənaətbəxş deyil. Onun həyat davamlılığı durmadan aşağı düşür və bunda İranın günahı yoxdur.
İsrailin problemləri bir çox hallarda İsrailin və Amerikada olan İsrail lobbisinin fəaliyyəti ilə bağlıdır. Hansı ki, ərəb ölkələrinə və bir çox hallarda müsəlman ölkələrinə öz düşmən münasibətini gizlətmirlər.
Qərb mətbuatında İsrail haqqında çox məlumatlı bir buklet çıxıb, orada İsrailin indiki və gələcək problemləri göstərilib. (səhi 92-də xəritə)
“Stand With Us”- “Kim kimə təhlükə yaradır” bukletində ərəb ölkələrinin əhatəsində İsraildəki vəziyyət çox dəqiq məlumatlandırılıb.
İsrail Koliforniyanın 1\16 hissəsini təşkil edir, amma Nyu-Cersi boydadır.
Ümumi olaraq 21 ərəb ölkəsi tanınır.:
- Əhalisinin sayı 50 dəfə çoxdur;
- Ərazisi 800 dəfə çoxdur;
- Neft ehtiyatları genişdir.
Cədvəldə ərəb dövlətlərində yəhudi əhalisinin necə sürətlə azaldığı, amma əksinə olaraq ərəb əhalisinin İsraildə necə sürətlə artdığı göstərilir.
“Stand With Us”in iddialarının əksinə yəhudi əhalisi ərəb ölkələrini pis münasibətə görə tərk etmirlər, Yaxın Şərqdə çoxlu sayda müharibələrə görə yəhudilər ərəb ölkələrində özlərini rahat hiss etmirlər.
Əlbəttə, İsrailin özündə də hər şey sadə deyil.
İsrail hökumətinin naziri A.Liberman yazır: “Zaman bizim əleyhimizə işləyir. Əgər İsrailə qarşı işğalçılıq müharibəsinə fələstinlilər başlarsa və bu davam edərsə, bu Fələstinin qələbəsi ilə bitər. İsraillilərin özünə xas olan dayanıqlığı zamanla ümidsizliyə yol açacaqdır. Artıq bu gün bu proseslərin ilkin əlamətləri özünü göstərməkdədir. Müasir, açıq, plüralist və şaxələndirilmiş iqtisadiyyata mali İsrail cəmiyyəti uzun illik işğalçılıq müharibəsinə hazır deyil…”
Verilənlərdən aydın olur ki, İsrailin həm uzun zaman kəsiyində, həm də yaxın gələcəkdə kifayət qədər problemləri var.
Belə fikir formalaşır ki, İsrail İrandan gələ biləcək təhlükəni qəsdən şişirdir. Əsas problem, yuxarıda göstərildiyi kimi, tamamilə fərqli bir müstəvidə yatır və başqa daha dərin köklərə malikdir.
İsrail İrandan gələ biləcək təhlükəni qəsdən şişirtməklə hansı məqsəd güdür, hələ ki məlum deyil. Şübhəsiz ki bir neçə səbəb var.
Ağıla ABŞ-ın İraqa hücumu siyasəti gəlir. Belə təəssürat yaranır ki, İsrail ilə sıx bağlı olan bəzi qüvvələr yenidən bu bölgədəki vəziyyəti gərginləşdirmək istəyirlər.
Onu da əlavə etmək lazımdır ki, İsrail dünyada yeganə dövlətdir ki, öz düşmənlərini məhkəməsiz məhv edir və başqa ölkənin ərazisində araşdırma aparır. Belə misallar kifayət qədərdir: Onlardan ən sonuncusu BƏƏ-də “Həmas” liderlərindən biri Əl-Məhbubun öldürülməsidir.
Deyilənlərə onu də əlavə edək ki, İsrail Xəzəryanı ərazilərdə də möhkəmlənmək istəyir. Onların Qazaxıstan və Türkmənistanda (Türkmənistanda mərhum prezident Nizayozovun yəhudi əsilli arvadının bunda böyük rolu olub) olduqca möhkəm mövqeləri var. İsrailin Gürcüstanda nə qədər güclü mövqeyə sahib olduğunu deməyə isə ehtiyac yoxdur, bir vaxtlar Şevan “qəhrəmanlıq” nəticəsində Şaronun əcdadlarının məzarlarını tapmışdı və bununla çox qürur duyurdu.
Bu gün Gürcüstan hökumətində İsrail lehinə güclü lobbi qrupu var.
İsrailin Azərbaycandakı mövqeyi də zəif deyil. İsrailin tanınmış şirkətləri “Baitman Litvin”, “Tahal Group”, “Betofirt”, “ElektronikLine”, “Hassin ESH”, “Kedmor”, “Nitrat” və “Tambour” Bakının infrasturktur layihələrində iştirak edir.
İsrail şirkəti “Oğuz-Qəbələ-Baku” su kəməri layihəsində böyük paya sahibdir. H.Əliyev adına Hava Limanın təhlükəsizlik sisteminin quraşdılması israilli mütəxəssislərinə həvalə edilib. Bununla “Mahal” İsrail şirkəti məşğul olur. Çoxlu sayda İsrail şirkətləri Azərbaycanın kənd təsərrüfatı, turizm və sair sektorlarında iştirak edir.
“Bakı-Tiflis-Ceyhan”ın əsas neft alıcısı İsraildir. Hayfada Neft Emali Zavodunda bütün istehsalın 30%-i Azərbaycan nefti təşkil edir. Ceyhan- Aşkelon neft boru məsələsinə baxılır.
Xeyli sayda siyasilər və biznesmənlər İsrail bankları və şirkətləri ilə əlaqəlidir. Bu, şübhəsiz ki, Azərbaycan üçün iqtisadi üstünlükdür. Bununla yanaşı, İranı və bir sıra ərəb ölkələrini də narahat edir. İsraillə siyasi münasibətlər xüsusi balans tələb edir.
Tərcümə etdi: Vüsalə Rüstəmova
Çapay Sultanov
Geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü olub. 2018-ci il aprelin 4-də vəfat edib.