Qarabağdan “erməni qaçqın” sayı ilə bağlı son saxtakarlıqların səbəbi
Ali Baş Komandan,Prezident İlham Əliyevin xalqa müraciətindən:
"O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçqın olub. Yalandır. Mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq. Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik!”.(20 noyabr.2020-ci il)
Qarabagdan saxta “erməni qaçqın” sayının, Paşinyanın “ekzistensial təhdid” mifinin ifşası
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Qarabağın azadlığı uğrunda müharibəsində tarixi qələbə qazandı. Qondarma(artıq mövcud olmayan) rejimi heç bir ölkə tanımadı və uğursuz “ekzistensial təhdid” mifi darmadağın oldu.
Halbuki, Ermənistan rüsvayçı məğlubiyyətin və 3 rayonumuzun azad edilməsinin labüdlüyü qarşısında guya erməni əhalinin, eləcə də, “xristian abidələrinin” də məhv olacağı uydurmasını yaymağa cəhd edirdi. Paşinyanın xarici mediaya müsahibələrində ortaya qoyduğu yalanlardan biri də- Qarabağın erməni əhalisinin “ekzistensial təhdid” mifi idi. Ermənilərin demoqrafik tənəzzülü ört-basdır etməyə hesablanan bu mifə görə Azərbaycanın işğalçılardan azad Qarabağ” ifadəsi, “ermənilərsiz Qarabağ” anlamına gəlir.Münaqişənin yeganə həll variantı- “sağ qalmaq naminə-ayrılmaq”,qondarma rejimi tanımaqdır. Artıq bu yalan da tarixə qovuşduğuna görə ermənilər yenisini icad etməyə məhkumdur.
Növbəti uydurma: “erməni qaçqınların”uydurulmuş sayı
Ermənistan prezidenti Aram Sərkisyan:
“Biz nəinki bu müharibədə,həmçinin, demoqrafik müharibədə də məğlub olmuşuq. 90-cı illərdə əhalinin sayı necə 100 min nəfər idisə, 30 ildə elə də qaldı. Halbuki,bu rəqəmi müxtəlif yollarla ən azı 500 minə çatdırmaq bizim borcumuz idi.Əsgərin arxasında 100 min insanın durması bir,500 min əhalinin dayanması başqa məsələdir”.
Beləliklə, son otuz ildə bölgədə azalaraq iflas həddinə çatan erməni əhalinin məhv olacağı ilə bağlı saxta hay-küyün yerinə yenisi ortaya atıldı. Guya bölgədən 90 min erməni qaçqın düşməsi ilə bağlı yeni erməni yalanı gündəmə gətirilib.
İşğalın davam etdiyi son 3 onillikdə Ermənistanda və Dağlıq Qarabağda baş verən demoqrafik kollaps və iflas proseslərinin sübuta ehtiyacı yoxdur. Baxmayaraq ki, qondarma rejimdə obyektiv demoqrafik tədqiqatların aparılması imkanı olmayıb, proseslərlə bağlı BMT-nin, erməni rəsmilərinin, alimlərinin və xarici ekspertlərin təhlillərinə nəzər salmaq kifayətdir. Buradan Dağlıq Qarabağın iflasa uğramış demoqrafik mənzərəsi tam aydınlığı ilə görünür.
Qarabağdan gedən ermənilərin sayının saxtalaşdırılması cəhdlərini, ilk növbədə erməni rəsmilərinin açıqladığı bir-birinə zidd rəqəmlər ifşa etdi.
XİN rəhbəri Z.Mnasakanyan, oktyabr ayının 24-də(!)90 min qaçqın olduğunu dediyi halda, bilavasitə aidiyyətli qurum- Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Tatevik Stepanyan noyabrın 5-də, döyüşlərin bitməsi ərəfəsində xarici mediaya bildirib ki, Qarabağdan Ermənistana təxminən 40 min adam gəlib.(!) Yəni 50 min qaçqın sayının XİN tərəfdən aşkar şişirdilməsi kimi saxtakarlıq rüsvayçı şəkildə göz önündədir.
Qarabağa qayıdan ermənilərin sayının saxtalaşdırılması ilə bağlı gülünc vəziyyət.
Atəşkəs razılaşması nəticəsində sülhməramlıların bölgəyə qaytardığı qaçqınların sayı ilə bağlı yeni saxtakarlıq çabalarına başlanıb.
Bu dəfə qayıdan ermənilərin sayı ilə bağlı fərqli məlumatlar, rəsmilərin açıqlamaları o dərəcədə ziddiyyətlidir ki, ermənilər özləri də bunun fərqindədir.
Rusiya Müdafiə Nazirliyinin “Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti”nin rəsmi internet saytında 23 noyabr tarixinə qayıdanlar haqda məlumat: Laçın dəhlizindən14 Noyabr 2020-ci il tarixdə -250 nəfər , 15 Noyabr - 475 nəfər, 16 Noyabr -482 nəfər, 17 Noyabr - 502 nəfər , 18 Noyabr – 936 nəfər.19 noyabr-1235 nəfər,20 noyabr-1900 nəfər, 22 noyabr- 1400 nəfər , 23 noyabr -1300 nəfər.
Beləliklə,14-24 noyabr tarixlərində,son 10 gündə cəmi 8480 nəfər qaçqın qayıdıb.
Bu rəqəmlərdən bixəbər olan, mövcud olmayan rejimin “rəhbəri” Araik Arutyunyan noyabrın 22-də Paşinyanla görüşündə nə desə yaxşıdır. “Son 5 gündə 25.000 qaçqın(!?) qayıdıb!?” Yəni, Rusiya Sülhməramlı kontingenti 10 günə-8000 deyir, A.Arutyunyan isə,5 günə-25.000 deyir!
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində erməni qaçqınlarla bağlı dediyi, “yeni erməni saxtakarlığı və uydurmasının” bariz nümunəsi budur! Acınacaqlı olan,həm də Arutyunyanın bu məlumatının dünya mətbuatında məqsədyönlü tirajlanmasıdır.
Beləliklə, gedən və qayıdan erməni qaçqın sayı ilə bağlı yalanlar Ermənistan rəhbərliyini çox pis vəziyyətdə qoyub. Gedənlərlə bağlı rəqəmləri, qayıdanlarla bağlı rəqəmlər, bir rəsminin dediyini, digəri ifşa edir. Bunların da hamısını müharibə gedişində xarici mediada gedən süjet və xəbərlər ifşa edir.
Məs. sabiq Xankəndi "merinin müavini “ müharibədən əvvəl burada yaşayan 50 min əhalinin 50 %-i hələ şəhərdə qalıb” deməklə, saxtakarlığı ört basdır etməyə çalışır. Lakin müharibənin son günlərində şəhərdən yayımlanan reportajların hamısında “şəhərdə kimsənin qalmadığı” ilə bağlı kadrlar yer alıb.
Vəziyyət o qədər tragikomikdir ki, ermənilərin Qarabağa 150 min nəfər bir tərəfə qalsın, 90 min nəfəri haradan və necə tapıb gətirəcəkləri üzərindən hələ hansı yalanları uyğuracağını təhmin etmək olar.
Son 30 ildə separatçı rejimdə yaşanan demoqrafik kollapsın dinamikası:
Son 30 ildə Ermənistanın işğalçılıq siyasəti -Qarabağın erməni əhalisinə qarşı “demoqrafik soyqırımı” siyasətinə neçə çevriliməsini faktlar və rəqəmlərdə aydın görmək olar.
Əslində son üç onillikdə qondarma rejimin erməni əhalisinin demoqrafik vəziyyəti nə kimi mənzərəni ortaya qoyur? Real “ekzistensial təhdid” nədən ibarət olub?
30 il əvvəl Qarabağda Azərbaycanlıları etnik təmizləməyə məruz qoyan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti, bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımla nəticələnib. Ermənistanda demoqrafik kollapsın yaşanması BMT səviyyəsində bəyan edilib. Bundan fərqli olaraq, separatçı rejimdə demoqrafik proseslərin dinamikası ilə bağlı məqsədyönlü susqunluğun nümayiş etdirilməsi, real mənzərənin və onun səbəblərinin tədqiq edilməsinə zəruri ehtiyac yaradıb.
Qarabağın işğalından sonrakı üç onillik müddətində burada demoqrafik vəziyyətlə bağlı tədqiqatlar demək olar ki, aparılmayıb. Səbəb odur ki, Ermənistan qondarma qurumda məhz özünün işğalçılıq siyasətinin səbəb olduğu demoqrafik proseslərin faciəli durumu ilə bağlı acınacaqlı reallığın açıqlanmasını istəməyib. Əksinə hər vəchlə saxta statistika formalaşdırıb.
Ermənistanın demoqrafik çöküşü-Qarabağda ikiqat əks-səda verib
Ermənistanda BMT-nin təsdiqlədiyi dərin demoqrafik böhranın olmasını nəzərə alsaq, qondarma rejimdə onun 5-10 qatının yaşanmasını əminliklə demək olar. Rəsmi olaraq Ermənistanda depopulyasiya proseslərinin intensivləşməsi elmi təsdiqini tapıb. Depopulyasiya- müharibə, xəstəlik, zorla köçürülmə, yaxud yanlış sosial siyasət nəticəsində əhali sayının kəskin şəkildə azalmasını əks etdirir. “Depopulyasiya” anlayış olaraq, bir ölkədə əhali sayının mövcud iqtisadi sistemin varlığını təmin etmək iqtidarında olmayacaq dərəcədə azalmasını ifadə edir.
BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir. Bu cür davam edərsə, Ermənistan əhalisi 2030-cu ildə 3 milyona, 2100-cü ildə 1 milyona düşəcək. S.Sərkisyanın dövründə 2040-cı ilə qədər Ermənistan əhalisini 4 milyona çatdırmağı planlaşdırıb. Başlıca çıxış yolu immiqrasiyanın stimullaşdırılması hesab edilib. Suriya, İraq və s. əsilli ermənilərin məskunlaşdırılması da buna xidmət edib. 2019-cu ildə “Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırması ilə bağlı Şura” yaradılıb.
Demoqrafik problemlərlə bağlı müzakirələrdə bəzi tədqiqatçılar, erməni əhalinin sayının davamlı azalmasının başlıca səbəbinin- Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, ermənilərin xaricə miqrasiyanın əsas səbəbinin gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxması kimi izah edib.
Reallıqda isə, işğalçı Ermənistanın siyasətinin ilk növbədə Qarabağ erməni icmasına qarşı demoqrafik soyqırım siyasətinin dərin səbəbləri arxa planda qalıb.
Paşinyanın mifini-işğala qədərki «demoqrafik dinamika» ifşa edir. Qısa deyilsə, Qarabağın erməni əhalisi Azərbaycan tərkibində olanda davamlı artım, ilbəil müsbət dinamika nümayiş etdirdiyi halda, işğalçı Ermənistanın qurduğu qondarma rejimdə əhalının kütləvi şəkildə azalması,yerli Azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması ilə yanaşı, on illər boyu demoqrafik iflası-depopulyasiyası baş verib.
- Sovet dövründə Dağlı Qarabağda demoqrafik dinamika
Sovet hakimiyyəti illərində bölgədə 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə əhali siyahıya alınmaları aparılıb. Sovet dövründə Azərbaycan və Ermənistan əhalisinin bənzər templərlə artsa da, 1993-cü ildən bəri vəziyyət dəyişib. Azərbaycan əhalisi, hər il 1-2,5% artmağa davam edib. Ermənistan əhalisinin separatçı rejim dövründə, 1993-1995-ci illərdən başlayaraq sayı hər il 3% azalan dinamika üzrə gedib, demoqrafik disbalans artıb, gənclərın sayı sürətlə azalmağa başlayıb.
1993-cü ildə Ermənistan və DQR əhalisi 3.6 milyon (Azərbaycanda 7.44 milyon), 2000-ci ildə 3.37 milyon(Azərbaycan-8 milyon), 2014-cü ildə 3.15 milyon (Azərbaycan-9.5 milyon) olub.
Sovet siyahıya alınmasında Qarabağ bölgəsi üçün ən son rəsmi demoqrafik məlumatlar 1979-cu ildə-ümumi əhali 162,200 nəfər olub, onun 123 100 nəfəri ermənilər (yüzdə 75,9), 37,300 nəfəri azərbaycanlılar (yüzdə 22,9) olub. Sonrakı etnik təmizlənmə və mühacirət nəticəsində bölgənin əhalisi hər iki tərəfdə azalıb, etnik baxımdan homogenləşib, təxminən 150.000 əhalinin yüzdə 100 faizi ermənidir...
- Demoqrafiyanın qanunları: “demoqrafik kaskad”-işğalçı siyasətin birbaşa nəticəsi kimi
30 illik erməni işğalı Qarabağın sosial-demoqrafik strukturuna, əhali artımı proseslərinə ən ağır zərbəni vurub. Məlum olduğu kimi demoqrafiya elmində ağır tənəzzül mərhələlər, obyektiv-tarixi, dövri-tsiklik olaraq baş verən “demoqrafik kaskad reaksiyaları”nın ortaya çıxmasına səbəb olur. Belə ki, əgər doğum sayı kəskin azalarsa, təxminən 20 il sonra faciəvi nəticələr ortaya çıxır. Məs. 20 ildən sonra 20 yaşlıların sayı ən kəskin həddə azalır. Müvafiq olaraq, sonrakı illərdə gənclərin sayı ən aşağı həddə düşür və 2-ci kaskad baş verir. Növbəti 3-cü kaskad baş verərsə, hər hansı ölkə, dövlət geosiyasi olaraq subyekt rolunu itirir.Belə ki, cüzi əhali ilə mövcud ərazini idarə etmək qeyri-mümkün olur. “Demoqrafik kaskad” qanunuyğunluqlarının təbii/avtomatik sosial texnologiya kimi işə düşür və qisası çox ağır olur.
Deyilənlər tətbiq edilərsə,Dağlıq Qarabağda artıq 2-ci kaskad mərhələsi başlanğıcını götürmüşdü.
Beləliklə, tam əsasla demək olar ki, Qarabağdan 1 milyona yaxın soydaşlarımızın etnik təmizləməyə məruz qalması və torpaqların işğalı ilə Ermənistan işğalçı rəhbərliyi Qarabağda erməni əhalinin 1-ci demoqrafik kaskadının əsasını qoyub. Sonrakı 20 il müddətində hazırkı faciəli vəziyyət-2-ci demoqrafik kaskad baş verib və demoqrafik iflas vəziyyəti yaranıb. Sirr deyil ki, ermənilər orduya göndərməyə əsgər tapmayaraq, terrorçu və könüllülərdən istifadə etməsi, Suriya və İraqdan ermənilərin gəlməsini stimullaşdırması və onları işğal edilən ərazilərdə yerləşdirməsi buna dəlalət edir.
Beləliklə, son 30 ildə Qarabağın erməni əhalisinə münasibətdə həyata keçirilən “demoqrafik mina” artıq işə düşüb və hazırkı dövlətimizin apardığı azadlıq müharibəsi ümumilikdə bölgənin erməni icmasının qurtuluş yolu kimi çıxış etdi.
İşğal olunmuş ərazidəki problemlər, yaxud erməni KİV-in vasitəsilə Qarabağdan əhalinin miqrasiyasına dair məlumatı əldə etmək praktiki olaraq mümkün deyil. Bununla yanaşı, Avropa Biriyinin sülh layihələri çərçivəsində iki ölkə tədqiqatçılarının apardışı araşdırma müəlliflərindən biri professor Ə.Abbasovun məlumatına görə, layihə gedişində qondarma respublikadan axının güclü olmasına görə, Qarabağdan getmək istəyənlərin azı 3- 5 min dollar məbləğində rüşvət verməli olduğu məlum olmuşdu. Laçın koridorunda Qarabağdan mühacirətə getmək istəyənlərin qarşısını almaq üçün qurulmuş xüsusi postlarda ən ciddi yoxlamalar aparılırdı.
Son 30 ildə Qarabağda əhali sayının dinamikası ilə bağlı yerli tədqiqatçılarımızın imkanları olmadığı üçün, müxtəlif xarici mənbələrdəki rəqəmləri, qondarma rejimin statistik məlumatları ilə müqayisə etmək lazım gəlir.
Bu sahədə yazılan yeganə tədqiqatın erməni müəllifi deyir: "DQR-də demoqrafik problemlərin və əhalinin məskunlaşması ilə bağlı məsələlər öyrənilməyib. Yaşayış məntəqələrinin vəziyyəti qiymətləndirilməyib. Məskunlaşma proseslərinin tendensiyaları müəyyən edilməyib. Halbuki, erməni əhalisinin azalmasının qarşısını amaq üçün bu çox vacibdir. (Сероб Суджян. Демографическая cитуация В Нагорно-Карабахской Республике «21-й ВЕК», № 1 (13), 2010г.// https://cyberleninka.ru/article/n/ demograficheskaya-situatsiya-v-nagorno-karabahskoy-respublike
- Qondarma rejimin seçici siyahıları nə isə deyə bilərmi?
Qeyd edilənlər baxımından əhali sayının göstərildiyi istənilən mənbələrə nəzər salmaq lazım gəlir.
Qarabağ bölgəsində erməni əhalının demoqrafik kollapsının baş verməsini seçici siyahıları da göstərə bilər. Baxmayaraq ki, bu siyahılar saxta və uydurma rəqəmlərlə olduqca şişirdilib, yenə də erməni əhalının məhvi-demoqrafik soyqırımı mənzərəsini gizlətmək mümkün deyil.
- 1991-ci ildə qondarma “müstəqillik” səsverməsində 108. 615 nəfər seçici səs verib.
- 2017-ci ildə seçici sayı 103.818 nəfər olub.
- 2020-ci il qondarma prezident seçici siyahısında 76 728 nəfərin adı olub.
- Beləliklə, diqqət etsək,20 ildən çox müddət ərzində(1991-ci ildən bəri) səsvermə hüququ olanların sayı nəinki artıb, əksinə azalıb,108 mindən-103 minə enib!
- Burada separatçı rejimin siyahıya alma saxtakarlığı və əhalı sayını şişirtməsi də ifşa edilmiş olur!
Beləliklə, DQ-nın demoqrafik potensialının qiymətləndirilməsi nə qədər çətin olsa da, onun müəyyən edilməsi çox vacibdir. Bu 30 il davam edən işğalın real miqyaslarını,insan potensialının məhv edilməsini miqyaslı nəticələrini göz önündə canlandırmağa imkan yaradır. Bir mənalıdır ki, Ermənistan əhalisinin həm davam edən miqrasiya, həm də artım tempinin demək olar durduğu şəraitdə davamlı olaraq azalır. Belə bir vəziyyətdə Ermənistandan iqtisadi,siyasi və hərbi asılılıqda olan bir qondarma rejimdə əhali sayının ümumiyyətlə faciəvi şəkildə azalmasını tam əsasla söyləmək olar. Bunlar öz növbəsində Azərbaycanın Qarabağın azadlığı uğrunda müharibəsinin həm də, bölgənin demoqrafik qurtuluşuna xidmət etməsini, 1 milyona yaxın qaçqın əhalinin öz doğma torpaqlarına qaytarılmasının təxirə salınmaz məsələ olmasını göstərir.
- “Qondarma” siyahıya almalar
Sovet siyahıya alınmasında bölgə üçün ən son rəsmi demoqrafik məlumatlar 1979-cu il belə olub: DQMV ümumi əhalisi 162,200 nəfər olub, onun 123 100 nəfəri ermənilər (yüzdə 75,9), 37,300 nəfəri azərbaycanlılar (yüzdə 22,9) idi. Sonrakı etnik təmizlənmə və mühacirət nəticəsində bölgənin əhalisi hər iki tərəfdə azalıb, etnik baxımdan homogenləşib, təxminən 150.000 əhalinin yüzdə 100 faizi ermənidir.Son məlumata görə,, hazırda qondarma rejim əhalisinin sayı 137.737 nəfərdir.
Qondarma rejimin uydurma statistik məlumatlarına nəzər salaq.2001-ci ilin dekabrında qəbul edilmiş “Əhalinin Siyahıya alınması haqqında Qanuna” görə, siyahıyaalma 10 ildən bir həyata keçirilib. İlk siyahıya alma 2005-ci ildə keçirilib. Qondarma “Milli Statistika Xidmətinin” məlumatlarına görə, respublikada daimi yaşayanların sayı 137.737 min nəfər olub. (Müqayisə üçün: Gəncənin əhalisi 2016-cı ildə 400 minə yaxın olub).
Bunlardan:
Ermənilər - 137.380 nəfər (99.74%),
Ruslar - 171 nəfər (0,1%),
Yunanlar - 22 nəfər (0,02%),
Ukraynalılar - 21 nəfər (0,02%),
Gürcülər - 12 nəfər (0,01%),
Azərbaycanlılar - 6 nəfər (0.005%),digər millətlərin nümayəndələri - 125 nəfər (% 0,1) (.Mənbə: https://www.kavkaz-uzel.eu/articles/90997/)
Qondarma paytaxtda 49 min 986 nəfər yaşayıb. (Xankəndi)
Şəhər və kənd əhalisinin nisbəti müvafiq olaraq: 53 faizin- 47faizə, kişi və qadınların nisbəti - təxminən 49/ 51ə nisbəti kimi olub. Karen Nersisyan, qondarma Statistika Xidmətinin sədri: “2007-2014-cü illərdə DQR əhalisi hər il orta hesabla 1400 nəfər və ya təxminən 1% artmışdır. Göstərilən dövrdə təbii artım orta hesabla 1200 nəfəri təşkil edib.( https://noev-kovcheg.ru/mag/2016-01/5271.html )
2015-ci ildə növbəti qondarma siyahıya alınma keçirilib.Saxtakar separatçı statistikanın nəticələrinə görə, DQ daimi əhalisi 145 053 nəfər (ölkədə müvəqqəti olmayanlar da daxil olmaqla) təşkil edib. Qondarma quruma “gəlmələr”-immiqrasiya. 2011-ci ildə 1109 nəfər gəlib. Bölgələrə görə gələnlərin nisbəti: ən çox Cəbrayıl rayonu - 55,7%(Suriyadan gələnlər hesabına), paytaxt Stepanakert - 10%, Şaumyan rayonu - 8,8%. Eyni zamanda, gəlmələrin 94% -i Ermənistandan, 4.2% -i Rusiyadan gəlib. Eyni zamanda, 2011-ci ildə 663 nəfər DQR-dən gedib.. Əhalinin mexaniki artımı 446 nəfər olub. DQR-dən çıxan 663 nəfərin 94,4% -i Ermənistana getdi.
İşsizlik səviyyəsi- 22,3 faiz olub, xüsusən də, 24 yaşlı kişilər arasında - 31,1%, qadınlar arasında - 29,1%, orta təhsili olmayanlar arasında - 51,7%-dir. Bunlar hələ uydurma-azldılmış rəqəmlərdir. Siyahıyaalma nəticəsində əhali sayının 300.000 nəfərə qədər artırılması təklif edilib.MDB və Orta Asiya ölkələrindən buraya gəlmək arzusunda olanlar çox olduğu, lakin mənzil təminatı tələbləri ödəmədiyi üçün gələnlərin sayının məhdudlaşdırıldığı bildirilib.
- Separatçı rejimin ilginc “demoqrafik-ailə” siyasəti
Çoxuşaqlı ailələri stimullaşdırmaq üçün dövlət proqramının əsas maddələri:
1-ci uşaq doğulanda ailəyə 100 min dram (250 dollar), 2-ci - 200 min dram (500 dollar), 3-cü - 500 min dram (1250 dollar), 4-cü və hər sonrakı uşağa görə - 700 min dram (1750 dollar) olub.2008-ci ildə erməni iş adamı L.Ayrapetyan 700-ə yaxın cütlüyə kollektiv toy edib.Ailələrdə 7-ci uşaq doğularsa-100 min dollar verəcəyini bəyan edib.(!?)Yenə də heç nəyə nail olmayıb. Qondarma qurumda selektiv abortların geniş yayılması da mənbələrdə qeyd edilir.
“Demoqrafik” siyasətin digər ilginc məqamları. Ermənistanın "23 Avqust, Milli İttifaq"adlı insan haqları təşkilatı ilginc qanunverici təşəbbüslə çıxış edib. Əhali tənəzzülünün qarşısını almaq üçün erməni məhbusları Qarabağa köçürməyin vacibliyi qeyd edilib. Ermənistanda həbsxanaların onsuz da artıq dolu olması səbəbindən xüsusi ağır cinayətlər törətməmiş şəxslərin ailələri ilə birlikdə bu ərazilərə köçürülməsi təklif olunub. Halbuki, işğal edilmiş ərazilərin məskunlaşdırılması beynəlxalq hüquqda cinayət hesab olunmaqla yanaşı, dünyada bütün sivil ölkələr belə “çıxış yollarından” imtina edib.
- Ermənistan “demoqrafik siyasət” adı altında beynəlxalq cinayət törədib
Məlum olduğu kimi, Bako Saakyan, Dağlıq Qarabağ və ətrafdakı ərazilərdəki yaşayış məntəqələrinin məskunlaşdırılmasını 2017-2020-ci illər üçün prioritet elan etmişdi. 2018-ci ildə ilk dəfə olaraq bölgədə məskunlaşma və yeni yaşayış məntəqələrinin inşası üçün işğalçı rejiminin büdcəsindən vəsait ayrılmışdı (800.000 dollar). Ermənistan bununla da, 1949-cu il Cenevrə Konvensiyasını və Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış qanun və normaları pozub. Beynəlxalq hüquqa görə, başqa bir dövlətin ərazisini zorla ələ keçirmiş bir dövlət orada hətta öz vətəndaşlarını yerləşdirmək hüququ yoxdur. Dövlətimizin tələbi ilə ATƏT-in 2005 və 2010-cu illərdəki araşdırma missiyaları qanunsuz yaşayış məntəqələrinin salınmasını peyk görüntüləri ilə təsdiqləyib. ATƏT-in işğal olunmuş ərazilərdəki fakt araşdırma missiyası 30 yanvar - 5 fevral tarixlərində işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin olduğunu elan edib.
- İşğalçı Ermənistanın bölgədə demoqrafik kollaps vəziyyətini yaratması onun çoxsaylı beynəlxalq cinayətləri sırasına daha birini əlavə edib
Beləliklə,qondarma qurum ərazisində 30 minədək erməni qaçqının məskunlaşdırılmasına, Zəngilanda İraq ermənilərinin, Cəbrayılda İraq/Suriya ermənilərinin yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından qovulan soydaşlarımızın nə fəaliyyətini kompensasiya etmək, nə də erməni icmasının “nəslinin tədrici yoxa çıxmasının” qarşısını almaq mümkün olmayıb.
Rusiyalı müəllifin yazdığına görə, sitat: “bölgə və Ermənistan rəhbərliyi Qarabağ əhalisinin 50 min nəfərdən çox azalmasının qarşısını ala bilməyib.Bu dəhşətli rəqəm sayılmalıdır və Qarabağın Azərbaycan daxilində Böyük Vətən müharibəsi illərində cəbhədə verdiyi böyük itkilərlə müqayisə edilə bilər. Rusiyalı müəllif davam edərək yazır ki,DQR-də 2005-ci ildə aparılmış siyahıyaalma, bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, əksinə, 145 mindən 137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb.( Этнодемографические процессы в Нагорном Карабахе: история и современность 28.Янв.2014//)
Erməni müəllifin Qarabağda demoqrafik kollapsla bağlı belə gəldiyi qənaət isə belədir: “Əhali artımının dayanmasının əsas səbəbləri bunlardır: müharibədə itkilər, intensiv mühacirət, aşağı doğum və çox yüksək ölüm nisbəti. Bu gün demoqrafik dinamikanın aşağı göstəriciləri nəticəsində əhali dinamikası son dərəcə pis iqtiqamətlənib. Əhalinin müharibədən əvvəlki (yəni Azərbaycan dövlət siyasəti zamanındakı-red.) səviyyəyə nə vaxt çatacağını proqnozlaşdırmaq qeyri-mümkündür.”( Сероб Суджян. Демографическая cитуация В Нагорно-Карабахской Республике «21-й ВЕК», № 1 (13), 2010г.// https://cyberleninka.ru/article/n/demograficheskaya-situatsiya-v-nagorno-karabahskoy-respublike ).
- Demoqrafik qanunlar: “demoqrafik kaskad”-işğalçı siyasətin qisası kimi
30 illik erməni işğalı Qarabağın sosial-demoqrafik strukturuna, əhali artımı proseslərinə ən ağır zərbəni vurub. Məlum olduğu kimi demoqrafiya elmində ağır tənəzzül mərhələlər, obyektiv-tarixi, dövri-tsiklik olaraq baş verən “demoqrafik kaskad reaksiyaları”nın ortaya çıxmasına səbəb olur. Buna “demoqrafik qisas” da deyilir. Belə ki, əgər doğum sayı kəskin azalarsa, təxminən 20 il sonra faciəvi nəticələr ortaya çıxır. Məs. 20 ildən sonra 20 yaşlıların sayı ən kəskin həddə azalır. Müvafiq olaraq, sonrakı illərdə gənclərin sayı ən aşağı həddə düşür və 2-ci kaskad baş verir. Növbəti 3-cü kaskad baş verərsə, hər hansı ölkə, dövlət geosiyasi olaraq subyekt rolunu itirir.Belə ki, cüzi əhali ilə kifayət qədər böyük ərazini idarə etmək qeyri-mümkün olmur. “Demoqrafik kaskad” qanunuyğunluqlarının təbii/avtomatik sosial texnologiya kimi işə düşür və qisası çox ağır olur.
Deyilənlər tətbiq edilərsə,Dağlıq Qarabağda artıq 2-ci kaskad mərhələsi başlanğıcını götürüb.
Beləliklə, tam əsasla demək olar ki, Qarabağdan 1 milyona yaxın soydaşlarımızın etnik təmizləməyə məruz qalması və torpaqların işğalı ilə Ermənistan işğalçı rəhbərliyi Qarabağda erməni əhalinin 1-ci demoqrafik kaskadının əsasını qoyub. Sonrakı 20 il müddətində hazırkı faciəli vəziyyət-2-ci demoqrafik kaskad baş verib və demoqrafik iflas vəziyyəti yaranıb. Sirr deyil ki, ermənilər orduya göndərməyə əsgər tapmayaraq, terrorçu və könüllülərdən istifadə etməsi, Suriya və İraqdan ermənilərin gəlməsini stimullaşdırması və onları işğal edilən ərazilərdə yerləşdirməsi buna dəlalət edir.
Beləliklə, Azərbaycan tərkibində Dağlıq Qarabağın erməni əhalisinin 70 illik artım dinamikası birmənalı müsbət olub:
- 1926-cı ildə :111.694(89,1%);
- 1939-cu ildə:132.800(88,0%); Artım:22. 000 NƏFƏR
- 1959*-cu ildə:110.053(84,4%);!!!(azalma səbəbi növbəti haşiyədə*!)
- 1970-i ildə:121.068(80,5%);Artım:11.000 NƏFƏR
- 1979-cu ildə: 123.076(75,9%);Artım:3.000 nəfər
- 1989-cu ildə:145.450(76,09%);Artım:22.000 nəfər
- 2005-ci ildə:137.380(99,7%);AZALMA:8.000 min nəfər(qondarma siyahıya alma)
- 2015-ci ildə-140.000 təşkil edib.(qondarma siyahıya alma,şişirtmə.)
HAŞİYƏ:1939-1959-cu illər arasında ermənilərin sayının azalma səbəbi: Statistik məlumatlar göstərir ki,1939-1959-cu illər ərzində Dağlıq Qarabağda ermənilərin sayı 22,8 min nəfər və ya 17,2% azaldığı halda, Bakıda onların sayı 51,5 min nəfər və ya 43,4% artmışdır. Bakı əhalisinin milli tərkibində onların xüsusi çəkisi 15,1%-dən 17,2%-ə yüksəlmişdir.
- Bu dövrdə ermənilər Sumqayıt şəhərində də məskunlaşmağa başlamışdılar; artıq 1970-ci ildə Sumqayıtda 13,3 min nəfər erməni yaşayırdı.
Aşağıdakı cədvəl Paşinyanın və dünya ermənilərinin təhdid mifini darmadağın edir. Belə ki,əgər ermənilərə eksiztensial təhdid qorxusu xasdırsa,o zaman göstərilən illərdə onlar Qarabağı tərk edib nə üçün Bakıya kütləvi şəkildə axın ediblər? Necə olub ki, Azərbaycan tərkibində, göstərilən illərdə Bakıda onların sayı 51,5 min nəfər və ya 43,4% artmışdır.
MƏNBƏ:(Первaя всеобщaя перепись нaселения Rоссийской империи, 1897 г., 61-ci cild. Всесоюзнaя перепись нaселения 1926 г., 14- cü cild, Москвa, 1929; Mərkəzi Dövlət Arxivi, fond 2511; Итоги Всесоюзной переписи нaселения 1959 г., Aзерб. ССР. Москвa, 1963; Итоги Всесоюзной переписи нaселения 1970 г., 4-cü cild; Москвa-1973 г., Итоги Всесоюзной переписи нaселения 1979 годa по Aзеrбaйджaнской ССР, 2-ci cild, Бaку, 1981 г.)
Tahirə Allahyarova
professor, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri