Yuxarıya
skip to main content

Pandemiya ilə mübarizə-cərimələr və təcrübələrin müqayisəsi

30.06.2020

Pandemiya ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdə 2 anlayış  karantin və özünütəcrid fərqləndirilməlidir. Bunlar həm də müxtəlif rejimlərdir. Karantin - daha çox rəsmi-hüquqi məsuliyyət və normaları nəzərdə tutur. Özünü təcrid nisbətən daha yumşaq bir tədbir olub, sosial məsuliyyət ənənəsinin formalaşmasından asılıdır. İnsanın yalnız ən zəruri hallarda evdən çıxmasını daha çox onun özü tənzimləyə bilir. Bu insanlar arasındakı şəxsi təmasları minimuma endirməyə və xəstəliyin yayılmasını azaltmağa kömək edir.

 

Buna görədir ki, sərt qaydlarla yanaşı, bütün dünyada ekspert-mütəxəssislər, özünü təcrid etmədə sosial məsuliyyət hissinin - yoluxmanın qarşısını almağın ən yaxşı yolu olduğu qənaətindədirlər. Karantin rejimdə qaydalara əməl edilmirsə onun əhəmiyyəti qalmır.  Pandemiyaya qarşı İsveç modeli-virusa qarşı mübarizədə vətəndaş məsuliyyəti buna görə dünyanın diqqətini cəlb edir.

 

Bildiyimiz kimi epidemiyanı heç kim gözləmirdi və buna heç bir dünya ölkəsi hazır deyildi. Əslində pandemiyanın meydana gəlməsi hansı ölkələrin böhrana daha hazır olduğu sualının ortaya çıxardı. Bu səbəbdən hər bir ölkənin böhran idarəetmə modelinin olması faktorunu bir daha vurğuladı.

 

Pandemiyanın meydana gəlməsi ilə bir çox ölkələr situasiyanı nəzarət altına ala bildi, bəziləri isə sözün həqiqi mənasında fəlakət ilə üzləşdi. Pandemiya ilə mübarizədə hansı faktorlar effektiv və müvəffəqiyyətlidir? Bu sualın cavabı- pandemiya ilə mübarizədə əhalinin davranış qaydaları və özünü aparmasından da çox asılı oldu. Aparılan araşdırmalara görə səhiyyə sistemini yükləmədən COVİD 19-la mübarizə aparmaq üsulları ortaya çıxıb. Halbuki pandemiya bitmədən hansı üsulların da 100% effektiv olduğunu demək mübahisəlidir.

           

Vaksinlər və yeni müalicə metodu icad edilənə qədər karantin metodunun “sərtliliyinin” optimal səviyyəsini müəyyənləşdirmək sualı gündəmdə qalmağa davam edir. Sərt karantinin tətbiqi bir tərəfdən daha çox insan həyatını xilas edir, digər tərəfdən isə həm iqtisadiyyata neqativ zərbə vurur, həm də epidemiyanın ikinci güclü dalğasının yaranmasına şərait yaradır.

 

Londonun İmperator kollecinin verdiyi açıqlamaya görə, koronavirus səbəbindən tətbiq olunan sərt qadağalara görə təkcə Avropada  milyonlarla insanın həyatını xilas etmək mümkün olub. Məhz sərt karantin rejimi və digər qadağalar nəticəsində Avropa yenidən əvvəlki günlərinə geri dönür. İmperator kollecinin 4 may tarixində açıqladığı növbəti göstəricilərə görə, hökümətlərin müdaxilələri nəticəsində 11 Avropa ölkəsində 3.1 milyon insan sağ qala bilib. Mənbə: https://go.nature.com/2Zf93lg

 

Sosial   məsuliyyətin formalaşmasında mətbuata, virus haqda xəbərlərə inamın yeri böyük olub

 

Vətəndaşın məsul olmasında onun virusu real təhlükə kim qəbul etməsi həlledici rol oynayır. Burada media, maarifçilik və ictimai rəy böyük əhəmiyyətə malikdir. Məs.,Britaniyanın "YouGov" təşkilatı vətəndaşların Covid-19 virusu ilə bağlı mediada açıqlanan xəbərlərə inam səviyyəsini ölçmək üçün sorğu keçirib.(https://yougov.co.uk/topics/international/articles-reports/2020/05/18/international-covid-19-tracker-update-18-may?utm_source=twitter&utm_medium=website_article&utm_campaign=covid_article_8&fbclid=IwAR37xXXow-pTf3sFKgrUd-dr2FRy4og22v2l8vfw3KNnr7gO6wma3bUmFUs). Sorğu nəticəsində, Vyetnamlılar hökümətin koronavirus siyasətinə, həm də media xəbərlərinə ən çox inanan   respondentlərdir - 89%. Belə yüksək nəticə ölkədə kommunist rejimi tərəfindən medianın nəzarətdə saxlanılması və ciddi senzura tətbiqi ilə izah edilir.Media xəbərlərinə inam sıralamasıı : Vietnam (89%), Malaysia (82%), Singapore (75%) and the Philippines (72%)-kimidir. Vyetnamda olduğu kimi Çində də mətbuat ciddi nəzarətdədir və burada koronavirusla bağlı mediada yer alan xəbərlərə inam 62% təşkil edir. Almaniyada bu göstərici 54%, İspaniyada 50%, İtaliyada 38%, İngiltərədə-31%,Fransada isə 26% təşkil edib.

 

 

 

Fikrimizcə, Azərbaycanda sosial şəbəkələrdə, xüsusən də özünü “müstəqil” adlandıran fəalların məsuliyyətsiz açıqlamalarının üstünlük təşkil etməsi təbliğat və məsuliyyət işinə müəyyən ziyan vura bilmişdir.

 

Müsbət təcrübəli ölkələr, tədbirlər.

 

Gürcüstan.

 

Nəinki Qafqazda, MDB-də, bütün dünyada pandemiya ilə mübarizədə ilk sıralara düşən Gürcüstan təcrübəsinə  diqqət yetirmək yerinə düşər. Əvvəla ona görə ki, burada azərbaycanlıların yaşadığı böyük ərazilər var . Bir sözlə, xalqımızın sosial məsuliyyəti ilə bağlı fikirləri müqayisə edə bilərik. Üstəlik də, koronavirus ilk olaraq da Borçalı ərazisində başlamışdı. Hətta ölkəmizdən keçib gedən xəstələr də ilk olaraq, Gürcüstanda  aşkar edimişdi. Bu baxımdan Gürcüstan azərbaycanlılarının qaydalara riayət edə bilibsə, deməli Azərbaycanda da bu mümkün ola bilərdi. Bu baxımdan, problem-effektiv idarəçilk sahəsindədirmi?

 

Gürcüstanın  Operatv Qərargah saytına baxdıqda suala cavab tapmaq olar.  

 

Burada Operativ Qərargah: “Fövqəladə Hallarda İdarəçilik üzrə Operativ Qərargah” adlanır. (Operational Headquarters on the Management of the State of Emergency).Martın 30-da yaradılıb.  Qısa şəkildə İdarələrarası Koordinasiya Şurası da deyilir.  https://stopcov.gov.ge/en/  

 

Bu ölkənin  Operativ Qərargahının saytına nəzər saldıqda Gürcüstanın uğurlarının səbəbini başa düşmək mümkündür. - https://stopcov.gov.ge/ka

 

Sayt hər an 6 dildə, o cümlədən Azərbaycan, abxaz, erməni, acar, gürcü və ingilis dillərində yenilənir. Saytdakı məlumat zənginliyi, hökumətin hesabatları və maliyyə şəffaflığı ilə bağlı çoxsaylı xəbərlər yerləşdirilib. Saytda dövlətin-iqtissadiyyatın bütün sahələri üzrə  antiböhran iqtisadi planı ilə tanış olmaq olar.   Gürcüstan dövlətinin koronavirusla mübarizədə   iyun ayının 3-nə olan 70 səhifəlik Hesabatı diqqəti cəlb edır. Burada davamlı olaraq görülən bütün işlərin statistic bazası, nəticələri, tətbiq edilən  qadağa və  cərimələrin növləri, hansı  əhəmiyyətə malik olması, çarpayı sayı, dərmanlara sərf edilən vəsait, süni nəfəs apparat sayları,karantin zonaları (300 hotel), xəstəxanaların sayı göstərilib. https://stopcov.gov.ge/Content/files/COVID_RESPONSE_REPORT__ENG.pdf

 

Məlum olur ki, bu ölkəyə xarici donorlar  ümumilikdə 3 millyard ABŞ dolları yardım edib. “Gürcüstan hökuməti beynəlxalq tərəfdaşlarla intensiv danışıqlar aparıb. Pandemiya fonunda davam edən BVF çərçivəsində artan maliyyə dəstəyi alan ilk ölkə olub:

 

  • BVF - 200,0 milyon ABŞ dolları;
  • AİB - 400,0 milyon ABŞ dolları;
  • DB - 250,0 milyon ABŞ dolları;
  • AFD - 200,0 milyon ABŞ dolları;
  • KfW - 250,0 ML;
  • AB - 200,0 milyon ABŞ dolları;
  • AIIB - 100,0 milyon ABŞ dolları.

 

Bundan əlavə, xarici tərəfdaşlar özəl sektora 1,5 milyard ABŞ dolları dəyərində maliyyə mənbələri cəlb edilb.

 

Operativ Qərargahın saytında Gürcüstanın Yüksək sosial məsuliyyətə malik olan müəssisələrinin (Organizations with High Social Responsibility) siyahısı mariflənmə baxımından təsirli üsul hesab edilə bilər. 6 mərhələli yumşalmadan sonra sərt qadağalar burada qalmaqdadır.

 

Fikrimcə, Gürcüstan təcrübəsindən bəhrələnmək olar.

 

Gürcüstanda 3 ay boyu (mart-iyun 2020)edilən cərimələrin hesabatı: https://stopcov.gov.ge/Content/files/COVID_RESPONSE_REPORT__ENG.pdf

 

Gürcustanda Fövqəladə vəziyyət zamanı

 qayda pozuntularının statistikası (mart-iyun 2020)

 

Daxili İşlər Nazirliyi 3 ay müddətində  8, 716 fiziki şəxs və 21 hüquqi şəxslərlə bağlı cəmi  8, 737 qanun pozuntusunu qeydə alıb. O cümlədən:

 

- özünütəcrid yaxud karantin qaydalarının pozulmasına görə

382 nəfər karantin bölgələrinə göndərilib, and 144 nəfər cərimələnib.

- Sərnişin yaxud nəqliyyat və ya səyahət qaydalarına əməl edilməməsinə görə cərimələnənlər:

1,406 nəfər.

- Maşınla hərəkət qadağasını pozmağa görə:

430 nəfər.

- Özünütəcrid: 3 nəfərdən artıq şəxsin toplanması, 2 metr distansiyaya əməl edilməməsi, tibbi maskadan istifadə edilməməsinə görə

1,850 nəfər

- Komendant saatının pozulmasına görə:

4,820 nəfər.

- Ş.V-nin olmamasına görə cərimələnənlərin sayı:

27 nəfər.

-  Fövqəladə vəziyyət zamanı qadağan olunmuş fəaliyyətlərə görə cərimələnən qanuni müəssisələr:

21 hüquqi şəxs

- Fövqəladə vəziyyət zamanı qadağan olunmuş fəaliyyətlərə görə cərimələnən fərdi sahibkarlar:

39 nəfər

Dövlətin 181 saylı qanununa əsasən Maliyyə Nazirliyinin Monitorinq Departamenti 202 qanun pozuntusu haqda raport təqdim edib

 

Latviya təcrübəsi

Operativ qərargahın bənzəri-Latviya Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi adlanır. Bu ölkədə də  COVID-19-a qarşı nəzarət tədbirləri tədricən  sərtləşdirilib. Yoluxmuş əhalinin hərəkəti  mobil operatorlar tərəfindən izlənilir. Hər yerdə ikidən çox adamın toplanması qadağandır. Başqalarının həyatına təhlükə yaradan sakinlər üçün təcrid qaydaların pozulmasına görə 350 avro cərimə tətbiq olunur. Bir şəxs qayda pozaraq başqasını yoluxdurubsa, onu 8 il həbs cəzası gözləyir.

 

Karantin və ozunutəcridə nəzarət

Sosial məsuliyyət yüksək olmayan cəmiyyətlərdə cərmələrin artması maariflənmə və hüquq mədəniyyəti baxımdan  bəzən fayda verə bilir. Bir müddət öncə ölkəmizdə piyadaların yol keçməsinə görə cərimələr artırıldı və effektini verdi. İnsanlar maarifləndi, artıq ehtiyat etməyə başladılar. Lakin bu mütləq çıxış yolu da hesab edilə bilməz.

 

Dünyada  ən sərt cəza Çində tətbiq edilib. Diaqnozunu bilən və buna rəğmən ictimai yerlərdə olan vətəndaşı ölüm cəzası gözləyir. Ölkəyə girişdə karantin qaydalarına tabe olmaqdan boyun qaçıranları 5 min yuan (700 ABŞ dolları) cərimə gözləyir. Bununla belə infeksiyanın nəzarətdə saxlanılması üçün Çin dövləti ölkə əhalisinin yüksək sosial məsuliyyətliliyinə borcludur.

 

Karantin virusun yayılma sürətini azaltdığı üçün müsbət metod kimi onun erkən tətbiqi daha effektiv nəticə verdi. Halbuki, Azərbaycan da erkən tətbiq edənlər sırasında idi. Təhlillərə nəzər saldıqda ən sərt karantin rejiminin Çində tətbiq olunduğunu görürük. Məhz bunun nəticəsində dünyada ən çox əhaliyə malik olan Çin hazır olmadan yoluxanların sayını 100 min nəfərlik əhalidən 5, 85 nəfərə endirə bildi. Müqayisə üçün: İngiltərədə bu qaydaların gec tətbiq olunması 35 dəfə daha çox, İspaniyada isə 81 dəfə daha çox iktiyə səbəb olub..

 

Digər yandan sərt izolyasiyanın tətbiq olunmadığı İsveç dünya gündəmini zəbt edir. Restoranlar belə işləyir. Lakin İsveç uğurundan danışmaq hələ tezdir, çünki, yoluxanların sayı artmaqdadır.

 

Karantinin polzuması şəxsin özündən daha çox ətrafına zərər verir. Daha təhlükəlisi simptomsuz daşıyıcı ilə kontaktdır. Moskvanın (Rusiya) virusla mübarizə miqyasına əsasən 40% əhali koronavirusu simptomsuz keçirir.

 

Karantin tətbiqi o şərtlə vacibdir ki, qaydalara əməl edilsin. Koreya və İsveçi çıxmaq şərtilə bir çox ölkələrdə karantin qaydalarına nəzarət kameralar, cərimələr, polisin sənədləri yoxlaması üsulları ilə həyata keçirilir.

  

ABŞ-da federal və yerli səviyyələrdə karantin qaydaları tətbiq edilir. Vətəndaş qaydaları pozduğu zaman 100 min dollar məbləğində cərimə edilir yaxud 1 il müddətinə həbs edilir. Yoluxma ölümlə nəticələndyi  halda– 250 min dollar cərimə yaxud 1 il həbs tətbiq olunur. Hüquqi şəxlər üçün – 200 yaxud 250 min dollar cərimə tətbiq edilir.

 

İspaniyada səbəbsiz evi tərk etməyə görə cərimə məbləği – vətəndaşlar üçün- 600; hüquqi şəxslər üçün- 10,4 min avro-dur.

 

İtaliyada cərimə 400 avro – 3 min avro arası dəyişir. Ən sərt cəza 1 ildən - 12 ilə qədər həbs cəzasıdır, koronavirus diaqnozu qoyulan və sağalmadan evi tərk edən   vətəndaşılra tətbiq edilir.

 

Fransada karantinin ilkin pozulmasına 135 avro, 2 ci dəfə polzulmasına 200 avro cərimə, sistematik olaraq qaydalara əməl etməmə 6 aya qədər həbs cəzası və 3,7 min avro cərimə tətbiq edilir.

 

Britaniyada karanti qaydalarını pozanlar üçün cəza 60 funt (75 ABŞ dolları), təkrar qaydaları pozanlar üçün cərimə 120 funt təşkil edir. Qaydanı pozma sayı artdıqca cərimə məbləği hər dəfə 2 qat yüksəlir (məsələn 240 funt).   

 

Avstraliyada yerli əhali karantini pozmağa görə 3 ildən 15 ilə qədər həbslə cəzalandırılır. İsrail özünütəcridi pozmağa görə 3 ildən 7 ilə qədər  həbslə cəza tətbiq edir. Fransada evi səbəb və lazimi sənəd olmadan tərk etmək olmaz. İlk cəza 135 avro, təkrar cəza 1500 avro təşkil edir. 30 günlük müddətdə 4 dəfədən çox qaydanı pozanları 3700 avro cıza və 6 aya qədər həbs gözləyir.

 

Qaydaları pozmağa görə cərimələr - statistika

 

İtaliyada – 206 avro yaxud 3 ay həbs

Norveç – 1800 avro yaxud 15 sutka həbs

Xorvatiya –1 ci pozuntuya görə 1000 avro növbətiyə görə 15 000 avro

Cənubi Koreya – 8 000 dollardan çox cərimə yaxud 1 il həbs

Çexiya – 130 000 dollar

İsrail – 7 ilə qədər həbs

 

Azərbaycanda cərimələr artırıldiqdan öncə və sonra statistika

 

 Baş Dövlət yol polisi idarəsinin rəsmi səhifəsində paylaşılan məlumata əsasən

 

22.06.2020 – 1572 nəfər cərimələnib

23.06.2020 – 1291 nəfər cərimələnib

24.06.2020 – 1082 nəfər cərimələnib

25.06.2020 – 1021 nəfər cərimələnib

26.06.202 – 1248 nəfər cərimələnib

27.06.2020 – cərimələr artırıldıqdan sonra 2775 nəfər cərimələnib.

 

Strateji planlama və səhiyyə şəbəkəsinin transformasiyası

 

COVİD-19 olan xəstələrin qəbulu üçün ayrıca mərkəzlərin ayrılması, xəstəxanaların yenidən profilizasiyası, infeksiya əleyhinə bir neçə “müdafiə” səviyyəsinin işlənib hazırlanması.

 

Virusa qarşı mübarizə üsullarından biri də - səhiyyə sisteminin mərkəzləşdirilməsi, xəstəxanalar və  şöbələrinin tez bir zamanda yenidənqurulmasıdır.Mərkəzləşdirilmiş  səhiyyə sistemi epidemiya ilə mübarizə aparmaqda daha  təsirli olduğunu sübut etdi.

 

Misal üçün ABŞ-da xəstəxanaların çoxu özəldir və bir-birindən asılı deyil. Pandemiya şəraitində hər bir təsisat öz ehtiyatları barədə düşünür – iri mərkəzlər lazımi qoruyucu individual vasitələr və texnika əldə edir, kiçik xəstəxanaların isə buna imkanı olmur və fəaliyyəti dayandırırlar. Bu səbəbdən bu kimi ölkələrdə insanların səhiyyəyə əlçatanlığı məhdudlaşır. Almaniyada isə mərkəzləşdirilmiş sistem sayəsində hətta süni nəfəs aparatı belə (xəstəxanadakı istənilən avadanlıq) ümumi informasiya sisteminə tabedir. Böhran anında hər bir süni nəfəs aparatı dövlətin istifadəsinə keçir. Misal üçün əgər xəstə Berlin yaxud Münhendən kənardadırsa, feldşer ümumi informasiya sistemində xəstəni süni nəfəs aparatına çatdırmaq üçün   hansı xəstəxananın daha yaxında olmasını müəyyən edə bilər.

 

Fransada "ağır" avadanlıqların (süni nəfəs aparatları və ekstrakorporal membran oksigen cihazları, ECMO daxil olmaqla) reyestri yaradıldı. Bu təcrübə SARS və MERS virusları ilə mübarizədə əldə edilib.

 

Bir çox ölkələrdə xüsusi effektivliyi xəstəxanaların ağır xəstələrin qəbulundan öncə hazırlanması təşkil edir. Praktiki olaraq yuxarıda araşdırılan ölkələrdən yalnız Cənubi Koreya istisna olmaqla hamısı çarpayı sayının artırılmasına, könüllülərin cəlbinə məcbur olmuşdu. Bəzi ölkələr nəinki xəstəxanaları, hətta ekspo(böyük sərgi)mərkəzləri də (İsveçrə) virüsla mübarizə məkanına çevirmişdir.

 

Almaniyanın uğuru 1968-ci ildən xüsusi epidemiya strategiyasının olması ilə əlaqələndirilir. Almaniyada Koronavirusa qarşı mübarizə mərkəz olaraq Robert Kox institutu tərəfindən verilir.  İnstitutun tövsiyələrinə ölkənin bütün klinikaları əməl edir.

 

Rusiyada Operativ Qərargahın analoqu- Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması Üzrə Vahid Dövlət Sisteminin Əlaqələndirici Orqanı adlanır(Координационный Орган Единой Государственной Системы Предупреждения И Ликвидации Чрезвычайных Ситуаций).

 

Rusiyada ilkin cərimələr sonradan sərtləşdirilib. Hesab edilir ki,cərimə  sanksiyalarının artırılması qaydaları pozanlarıns sayının azalmasına səbəb olur. Cərimələr karantin qaydalarını pozanlara tətbiq edilir.Rusiyada karantini pozanlara-hüquqi baxımdan terroristlərə bərabər tutulur.Karantin qaydalarını pozmağa görə 2 milion rubla qədər cəza və 7 ilə qədər həbs cəzasi tətbiq edilir. Öncə sanitar-epidomoloji qaydaları pozmağa görə fiziki şəxslərə maksimum 500 rubl, hüquqi şəxslərə 20 min rubla qədər cərimə tətbiq edilirdisə daha sonra hüquqi şəxslər qaydaları pozar və ölümə səbəb olarsa 1 milyon rubl cərimə edildi. İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər federal hökumət tərəfindən təklif edilib. Mütəxəssislərin fikrincə, mövcud vəziyyətdə bu tədbirlər təsirli olub, məlumatlılığın artmasına kömək edir.

 

Belçikada 18 martdan etibarən total karantin rejimi tətbiq edilir. Polislər 1,5 metr məsafənin izlənməsinə də nəzarət edir.

 

Xüsusilə həkimlər üçün kifayət qədər fərdi qoruyucu vasitələrin mövcudluğu

 

Fərdi qoruyucu vasitələrin mövcudluğu çox vacibdir. Yoluxanların həddindən artıq olduğu ABŞ və İtaliyada bu vasitələrin yetərsizliyi ciddi problemlər yaratdış Cünki belə halda həkimlərin yoluxma riski artır. Məsələn İtaliyada həkimlərin yoluxma sayı görə Çindən 2 qat yüksəkdir. Üstəlik həkimlərin yoluxması xəstələrin də sayının artmasına səbəb olur üstəgəl youxduqları üçün karantinə göndərilir.

 

Nyu Yorkda həkimlərin kütləvi yoluxması bir sıra klinikalarda tibbi personalın sayının kritik səviyyəyə düşməsinə səbəb oldu və məcburiyyətdən yoluxmuş həkimlər fəaliyyəs göstərməyə məcbur oldular.

 

 Kifayət qədər süni nəfəs aparatları və digər tibbi avadanlıqların mövcudluğu

 

Burada qeyd etməliyik ki, xəstələrin süni nəfəs aparatlarına köçürülməməsi barədə mediada geniş yayılmış məlumatlar tamamilə düzgün deyil. Xəstə başqa çıxış yolu olmadıqda süni nəfəs aparatına qoşulmalıdır. Digər aparatlar vasitəsilə xəstəni müalicə etmək mümkündürsə (yüksək axınlı oksigen tətbiq edilməklə), xəstəni dərhal süni nəfəs aparatına qoşmaq əks effekt verərək vəziyyəti daha da ağrlaşdıra bilər. Bildiyimiz kimi ABŞ və İtaliya kimi yüksək yoluxma sayına malik ölkələrdə süni nəfəs aparatları  çatışmazlığı mövcuddur. Əksinə mərkəzləşdirilmiş sistemə malik Almaniyada isə bu cəhətdən virusla mübarizə daha effektivdir.

 

Vətəndaşları məlumatlandırmaq üçün mərkəzləşdirilmiş kanalların yaradılması

 

Mediadan qeyri-kafi və ya yanlış məlumat alarkən insanlar çaxnaşmaya meyl edir, lazımi vasitə çatışmazlığı yaradır. Vətəndaşları məlumatlandırmaq üçün mərkəzləşdirilmiş kanalların yaradılması prinsipləri bir çox ölkələrdə, o cümlədən Almaniya, Cənubi Koreya və Çində tətbiq olunur.

 

Kütləvi test tətbiq etmə

Cənubi Koreyada yoluxmuş insanlarla təmasda olan vətəndaşlar şəbəkəsi çox ətraflı izlənildi. Saəlhiyyəlti qüvvələr polislə əməkdaşlıq etdi və demək olar ki, bir detektiv seriyasında olduğu kimi birinci və ikinci yoluxma dairələrini müəyyənləşdirmək üçün çalışdılar. Bəlkə də meqapolislər arasında yanız Seulda yoluxanların və ölənlərin sayı azdır. Almaniyada virus yayılmazdan öncə koronavirus testinin hazırlanmasəna başlanıldı.Ölkənin testi özü istehsal etməsi bu sahədə effektiv mübarizə aparmağına səbəb oldu.

Lalə Əkbərova
Milli Məclisin İnsan Haqları Komitəsinin eksperti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, STM –in əməkdaşı