Sosial Tədqiqatlar Mərkəzində Korrupsiyaya Qarşı Mübarizəyə dair iclas keçirilib
20.09.2024
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin 19 sentyabr 2024-cü il tarixində İdarə Heyətinin sədri Zahid Orucun sədrliyi ilə genişləndirilmiş iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planına dair 2022-2026-cı illər üçün nəzərdə tutulan tədbirlərin STM tərəfindən icrası nəzərdə tutulan icrasına dair vəziyyət müzakirə edilib.
Zahid Oruc iclasda Mərkəz tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsi və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı atılan addımları müsbət qiymətləndirib. Mərkəzin müvafiq departamentlərinə Fəaliyyət Planı üzrə iş bölgüsünün aparılması tapşırılıb.