Yuxarıya
skip to main content

STM ilə Sankt-Peterburq Dövlət Universiteti arasında memorandum imzalandı

10.06.2024

Sosial Tədqiqatlar Mərkəzinin IH üzvü, sədr müavini Elşad Mirbəşir oğlu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri zamanı SPbDU-nun rektoru Nikolay Kropaçyevlə görüşüb və STM-lə SPbDU arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında müzakirə aparıb.

Rektor N. Kropaçyev Azərbaycanla Rusiya arasında elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq ayrıca olaraq STM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı STM yaranması və fəaliyyəti haqqında məlumat verilib. Elşad Mirbəşir oğlu həmçinin SPbDU-nun nəzdində fəaliyyət göstərən Tətbiqi Sosiologiya Mərkəzi ilə yaxından tanış olub və mərkəzin iş təcrübəsi haqqında məlumat alıb.

SPbDU-nun tələbləri ilə keçirilən açıq mühazirə zamanı da STM haqqında məlumat verilib, sualları cavablandırılıb. Yekunda Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.