Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə görüş keçirilib

03.06.2024

Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə Mərkəz arasında görüş keçirlimişdir. Görüşdə Mərkəzi Bank tərəfindən İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin rəisi Vüsal Hüseynov, İstehlakçılarla iş departamentinin Müraciətlərin təhlili bölməsinin rəhbəri Nərmin Xəlilova, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin əməkdaşı İlham Hacı-zadə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Mərkəzin icraçı direktoru Sahib Məmmədov, Sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev və departamentin  aparıcı məsləhətçisi Pünhan Musayev, İctimai rəyin öyrənilməsi departamentinin müdiri Elnur Çıraqov və sektor müdiri Əfqan Vəliyev iştirak etmişdir.

Mərkəzi Bankın İstehlakçılarla iş departamentinın fəaliyyəti ilə bağlı təqdimat edilmiş və Mərkəzi Bankla Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Birgə fəaliyyətlə bağlı təkliflərin hazırlanaraq Mərkəzi Bankın və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətlərinə təqdim olunması qərara alınmışdır.