Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə "COP29 simulyasiya" layihəsi həyata keçirilib. Simulyasiyanın əsas məqsədi Azərbaycanın COP29 Zirvə Toplantısına ev sahibliyi etməsi və “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır.Tədbirdə 10-a yaxın universitetin 50-dən artıq tələbəsi simulyasiya proqramı çərçivəsində müxtəlif beynəlxalq təşkilatları, dövlətləri, beynəlxalq korporasiyaları təmsil ediblər, öz mövqelərini arqumentləşdiriblər. Onlar COP-29 çərçivəsində müzakirəsi ehtimal edilən məsələlər üzrə təqdimatlar həyata keçiriblər. Sonda tələbələr sertifikatla təltif olunublar.