Yuxarıya
skip to main content

STM ilə Peterburq Dövlət Universiteti arasında müzakirələr aparılıb

13.03.2024

STM ilə Peterburq Dövlət Universitetinin tədqiqatçıları arasında Zoom formatda görüş keçirilib. Görüşdə STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir STM ilə Rusiyanın müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşlığından bəhs edib. Eyni zamanda yaxın gələcəkdə Peterburq Universiteti və STM arasında qarşılıqlı fəaliyyətlə bağlı memorandumun imzalanması üçün razılıq əldə edilib. STM əməkdaşları və Universitetin tədqiqatçıları qarşılıqlı fikir mübadiləsi aparıblar.