Britaniyanın Brexit seçimlərindən sonra…/ TƏRCÜMƏ
Aİ və Britaniyanın taleyi üçün həyati əhəmiyyyət kəsb edən hazırki məsələdə, nəhayət ki, Avropa İttifaqı üzvlüyündən çıxma ilə bağlı sualların cavab tapacağı həlledici mərhələdə narahatçılıq hər iki tərəf üçün artmaqda davam edir. Rəy sorğuları Consonun Mühafizəkarlarının qalib gələcəyinə işarə edərkən bir çox maliyyə mütəxəssisləri və media şərhçiləri yenidən razılaşmaya gəlinməyən xaotik Brexit prosesinin təkrarlanacağından narahatdırlar. Bu, təkcə Britaniyada deyil, Çindən iki dəfə daha çox Birləşmiş Krallığa ixrac həyata keçirən digər Avropa ölkələri üçün də zərərsiz keçilməyəcək bir prosesdir. Digərləri isə hələ də andlı Marksist, Leyboristlər hökumətinin sənayeləri yenidən milliləşdirmək və 70-ci illərin siniflərarası savaşlarını canlandırmaq, eləcə də, NATO-nu çətinliyə salmaq üçün formalaşmış Ceremi Korbinin seçkidə uğursuzluğa düçür olacağını düşünürlər.
Hər iki mülahizələr əsassız hesab oluna bilər. Consonun Tori lideri seçildiyi zaman müfaviq narahatlıq yaradan Avropa İttifaqı və Böyük Britaniya arasında iqtisadi qırılma ehtimalı önəmsizləşdi. Digər tərəfdən, güman olunmasa da, Korbinin qalib gələcəyi təqdirdə, Leyborist manifestinin hər hansı radikal siyasət həyata keçirəcəyi ehtimalı sıfra bərabərdir. Çünki, Tori qələbəsinə yeganə ağlabatan alternativ digər formada asılı parlamentdir ki, orada Leyboristlər səs çoxluğuna malik olmayacaqları üçün digər partiyalara etimadına söykənməlidirlər.
Digər tərəfdən, bu hökumət yalnızca Norveçin Avropa İqtisadi Ərazisinə üzvlüyü ilə oxşarlıq təşkil edən yeni “yumuşaq” Breksit razılaşması üzrə danışıqlar aparmaq, ardınca isə referendum təşkil etməklə həmin razılaşmanı təstiqlətmək və ya Breksiti ümumiyyətlə ləğv etmək üçün mövcud ola bilərdi. Yekun referendum qərarı əldə olunduqdan sonra daha bir referendumun qaçınılmaz olması da mümkün haldır, çünki Leyboristlərin digər partiyalar tərəfindən dəstəklənən alternativ siyasət planı yoxdur.
Lakin əgər seçkilərdə daha gözlənilən olaraq Conson qalib gələrsə nə baş verə bilər? Bu halda, qorxular daha çox Breksit sonrası keçid mərhələsində yaşanması ehtimal olunan razılaşmasız keçid böhranının yeni formasının üzə çıxması ilə bağlı olacaqdır. Belə ki, Krallığın Avropa Birliyi qarşısında öhdəliklərini, həmçinin, öz mənfəətlərini saxlaması, əslində isə hüquqi və faktiki olaraq Birliyin üzvlüyündən çıxması zamanı qeyd olunanların baş verməsi tamamilə mümkün hesab edilir. Oktyabrda imzalanan Aİ-ni tərketmə haqqında razılaşma 2020-ci ilin sonuna kimi (iki illik əlavə mümkün uzadılma dövrü nəzərdə tutulmaqla) keçid mərhələsinin reallaşdırılmasını şərt olaraq müəyyən edir.
“Yalnız sözdə Breksit” kimi sərt ifadə və fikirlərə münasibət bildirərək Boris Conson öz seçki manifestində Aİ üzvlüyündən çıxma prosesini 2020-ci ildən sonrayadək uzatmayacağını bəyan edərək, əksinə prosesin davamı olaraq 12 ay müddətində əsaslı və tam tutarlı bir Aİ-BB ticarət razılaşması əldə olunacağına söz vermişdi. Lakin bunun baş verməsi kifayət qədər mürəkkəb prosesdir, belə ki, iki nəhəng iqtisadiyyatın ticarət razılaşmasını 3-4 ildən daha erkən əldə etməsi mümkün hesab edilmir. Daha bədbin məqam isə Birlikdən çıxış razılaşması keçid prosesinin uzadılması haqqında qərarın iyun ayında qəbul edilməsini tələb edir. Bu isə o deməkdir ki, ssenarini daha da pisləşdirməklə və həyəcan təbili təsiri yaradaraq “razılaşmasız mərhələ” iyulun 1-ədək yenidən davam edəcək. Belə qorxular da əslində əsassız sayıla bilər. Consonun keçid prosesinin uzadılmaması ilə bağlı vədləri nə üçün dəyərləndirilməlidir!? O, fasiləsiz olaraq oktyabrın 31-nədək heç bir nöqsan və ya sual qalmadan Avropa Birliyindən çıxılacağını təkrar edirdi. Ancaq Parlament vaxtın və son tarixin uzadılmasını tələb edən qərar qəbul etdiyi zaman razılaşma yerinə “quyuda batmaq” ilə bağlı ifadələr işlədirdi.
İctimai rəy baxımından Breksitçilər partiyasını üstələmək seçki bitdikdən sonra əhəmiyyətsiz olacaqdır. Üstəlik, Brexit tərəfdarı olan bir çox seçici, İngiltərənin AB-nin siyasi qurumlarını tərk etməsindən sonra, yorucu uzunluğunda davam edən ticarət danışıqları haqqında narahatlığa düşməyərək əsas prosesdən razı qalacaqdırlar.
Seçkidən sonra qatı Breksitçilərin Parlamentdəki təsiri da azalacaqdır. Consonun lider seçilməsi və Parlamentdə çoxluq olmadan vəzifədə qalması üçün partiyasının sərt Breksitçilərə ehtiyacı olacaqdır. İndi bütün Tori millət vəkilləri Consonun Birlikdən çıxış haqqında razılaşmaya qeyd-şərtsiz səs verməyi yazılı şəkildə öhdələrinə götürüblər. Əgər onlar səs çoxluğu qazansalar, Torilər geri çəkilmə müqaviləsini Parlamentdən keçirmiş olacaqlar. Bu baş verdikdən sonra, Aİ ilə ticarət danışıqları, o cümlədən keçid tənzimləmələri də daxil olmaqla, ümumi razılaşmanın istər 2020, 2021 və ya daha sonrakı müddətədək tamamlanması fərq yaratmadan Parlamentdə hər hansı yeni təsdiqə daha məruz qalmayacaq.
Nəticə budur ki, İngiltərə - AB iqtisadi münasibətləri davam edən proseslərin nəticəsindən asılı olmayaraq, uzun müddət demək olar ki, dəyişməz qalacaqdır. Əgər Boris Conson seçkilərdə məğlub olarsa, Breksit prosesi gecikəcək və yüksək ehtimalla hətta ləğv edilə bilər. Lakin, seçkilərdə qalib gələcəyi təqdirdə, Breksit məsələsi davam etdirilərək irəli mərhələyə aparılacaq ki, bu halda Britaniyanı uzunmüddətli bir sınaq gözləyir. İstənilən halda, növbəti iki il üçün mövzu ilə bağlı bütün narahatlıqların ortadan qalxması və problemlərin həllini tapması hər iki tərəf üçün ciddi və həssas yanaşma tələb edən zəruri bir prosesdir.
Anatoli Kaletskinin yazısı -
Tərcümə etdi: Aytən Babayeva
Aytən Babayeva
Bakı Dövlət Universitetini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Magistr dərəcəsi üzrə təhsilini İtaliyada Beynəlxalq Əməkdaşlıq və İnkişaf Elmləri üzrə almışdır.