Bu gün Sosial Tədqiqatlar Mərkəzində tələbələrlə görüş keçirilib
Bu gün Sosial Tədqiqatlar Mərkəzində Qərbi Kaspi və Slavyan Universitetinin tələbələri ilə görüş keçirilib. Təcrübə proqramının detalları ilə bağlı məlumatlandırma formatında keçirilən tədbirdə yer alan tələbələr həmçinin STM-in təcrübə proqramının da iştirakçılarıdır.
Görüş zamanı ilk çıxışı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov edib. O tələbələrə Sosial Tədqiqatlar Mərkəzi ilə və onun strukturu ilə bağlı məlumat verib.
Daha sonra tələbələrə keçiriləcək təlim çərçivəsində baş tutacaq mövzular barəsində brifinq edilib. Görüşün davamında keçirilmiş təcrübə proqramları zamanı tələbələrlə aparılan işlər barəsində, ictimai rəyin öyrənilməsi mövzusunda və könüllülük prinsipləri ilə bağlı detallı söhbət aparılıb.
Görüşün sonunda təcrübə proqramının planlaşdırılması və texniki məsələlər kimi mövzularda Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Aytən Babayevə məlumat verib.