Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzi “Türk Barometri 2023: Türk Dövlətlərində Kimlik və Mədəniyyətlərin Qarşılıqlı Əlaqələr, Təsirlər” adlı tədqiqatın nəticələrinə həsr edilmiş tədbirdə Azərbaycan üzrə ölkə nəticələrini təqdim edib

25.12.2023

25 Dekabr 2023-cü il tarixində, Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada-Türk Akademiyası və Qazi Universiteti,  “Türk Dünyası Araşdırma Mərkəzi”(TÜRKDAM) ilə birgə təşkil edilən “Türk Barometri 2023: Türk Dövlətlərində Kimlik və Mədəniyyətlərin Qarşılıqlı Əlaqələr, Təsirlər” adlı tədqiqatın nəticələrinin   təqdimatına həsr edilmiş  konfrans keçiirlib. Açılış Tədbir- tədqiqatın əsas nəticələrini açıqlamaq, müzakirə etmək və ictimaiyyətə təqdim etmək üçün sahənin akademik tədqiqatçı,sosioloq və siyasətçiləri bir araya gətirib. Tədbir hibrid-üzbəüz və Zoom formatda baş tutub.

Sözügedən tədqiqat “Türk Barometri 2023”- müqayisəli sahə araşdırması vasitəsi ilə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə toplumun  sosial-mədəni,mənəvi dəyərləri, sosial həmrəylik və etimad səviyyələrini müəyyənləşdirmək, həmçinin türk dövlətləri arasında daha da yaxınlaşma və inteqrasiya yönündə ortaq tarix,dil,mədəniyyət, vahid informasiya məkanı və s. bir çox maraqlı aspektləri aşkarlamaq məqsədi ilə həyata keçirilib.

Açılış mərasimində Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının Baş Katib, Qazi Universiteti Rektor yardımçısı Prof.Rd. fövqəladə və səlahiyyətli  Səfir Kubanıçbek Ömüraliyev,  Prof. Dr. Yücel Gelişli,  Qazi Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin (TÜRKDAM)rəhbəri-- Prof. Dr. Bülent Aksoy çıxış edib.

 Ümumi nəticələrin təqdimatı ilə bağlı:Türk Akademiyası əməkdaşı Prof. Dr. Ebülfez Süleymanlı, İctimai Rəyin Araşdırması üzrə ekspert Hale Aslı Kılıc çıxış etdi. Asli Kılıc Türk  Barometri 2023” sorğusunun mühüm nəticələrini vizual təqdimatlarla təfərrüatlı şəkildə təqdim etdi. Daha sobnra,  nəticələr müvafiq sahələrdən olan tədqiqatçıların iştirakı ilə interaktiv paneldə müzakirə olundu.

Çoxsaylı iştirakçıların yer aldığı tədbirdə “Türk Barometri-2023”tədqiqatının Azərbaycan üzrə ölkə nəticələrinin qiymətləndirilməsi ilə  bağlı Prof. Dr. Tahirə Allahyarova çıxış edib. O qeyd edib ki, “Türk Barometri-2023” tədqiqatının Azərbaycan üzrə sahə işi Sosial Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilib. Sahə işinin nəticələri Mərkəzin əməkdaşı Nailə Rüstəmova  tərəfindən yekunlaşdırılıb. 

Prof. Dr. Tahirə Allahyarova çıxışında qeyd edib ki,” Türk dövlətləri güclü gələcəklərini təkcə güclü iqtisadi, siyasi və hüquqi əsaslar üzərində deyil, həm də- ortaq kimlik və ortaq mədəniyyətlər kimi güclü mənəvi təməllər üzərində qururlar.Türk dövlətlərinin birliyinin gücünü tarixi keçmişin ortaq dəyərlərinin, eləcə də böyük gələcək üçün ortaq bağların kəşfi və daha da gücləndirilməsi müəyyən edəcək.”

Qeyd edək ki,   Türk Barometri-2023-də olduqca maraqlı tendensiyalar qeydə alınıb.

Azərbaycan və Türkiyədə adət və ənənələrə, ailə dəyərlərinə bağlılıq, taleyə(qədərə) inam,ailədə valideynlərin qərarı ilə seçim etməklə bağlı faiz nisbəti digər türk dünyası ölkələri ilə müqayisədə aşağı faiz göstəricisini qeydə alınıb. Adət-ənənə və ailə dəyərlərinə, valideynlərə bağlılıqda ən yüksək faiz göstəricisi   Özbəkstanda qeydə alınıb və s.

“Ənənələrin əhəmiyyəti; Valideynlərin rolu, Yaşlıların mövqeyi, Etibar səviyyəsi, Etibar səviyyəsi, Taleyə inam, Mədəni sərvətlərin mühafizəsi, Sosial və mədəni həyat, İncəsənət təhsili,Ekoloji maarifləndirmə, Türk dövlətlərinə səfərlərin tezliyi,Türk dövlətlərində baş verən hadisələrə maraq, Vahid telekanala Xarici siyasətin uyğunlaşdırılması,Azərbaycanda iştirak edənlərin Ortaq türk tarixinin tədrisi”- və s. çoxşaxəli məsələlərin ünvanlandığı sorğu maraqlı nəticələrlə yadda qalıb.

 

   Konfrans iştirakçıları öz qiymətləndirmələrində tədbirin əhəmiyyətini qeyd edərək, sosioloji tədqiqatın aparıldığı türk  dövlətlərində toplumun mədəni dəyərlərə baxışını, sosial və mədəni həyat təcrübələrini araşdırılmasının, türk xalqlarının insanlararası sosial-mədəni dinamikanın dəyər  ölçülərinin dərk edilməsində çox mühüm rol oynadığını bildirib.

Habelə,   “Türk Barometri 2023: Türk Dövlətlərində Kimlik və Mədəniyyətlərin Qarşılıqlı Əlaqələr, Təsirlər” adlı sosioloji tədqiqatın kimlik və mədəniyyət ölçülərini müəyyən etməyin, bu amillərin türk dövlətlərin daha da yaxınlaşması yönündə inkişaf etdirilməsinə    mühüm töhfə verəcəyini vurğulayıb.