STM-in sektor müdiri İlyas Hüseynov beynəlxalq konfransa Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı çıxış edib
19 dekabr 2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri İlyas Hüseynov Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirliyi Federal dövlət büdcə ali təhsil müəssisəsi "Rusiya Dövlət Humanitar Universiteti", Tarix və Arxiv İnstitutu, Şərq və Sosial Kommunikasiya elmləri Fakültəsi, Müasir Şərq və Afrika şöbəsi, Tətbiqi Afrika tədqiqatları üzrə beynəlxalq Təhsil və Elm Mərkəzinin təşkilatçılığı ilə “Müasir reallığın transformasiyasında Şərq və Afrika” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edib. İlyas Hüseynovun məruzəsi Fransanın Afrika ölkələrində müstəmləkəçilik siyasətinə həsr olunub. Məruzəçi Fransanın Afrikada iqtisadi və siyasi qanunsuzluqlarını faktlar geniş auditoriyanın diqqətinə çatdırıb. Fransa hələ yeni müstəmləkəçilik siyasətini davam etdirir və hətta mübarizə və itkilər bahasına, qan bahasına müstəqillik əldə etmiş dövlətləri belə öz nəzarətindən buraxmaq istəmir. Bu ölkələr və ərazilər artıq müstəmləkə adlandırılmır, lakin Fransa onları öz təsir dairəsində saxlamağın “yollarını” tapıb. Müstəmləkələrin adlarını “xarici departamentlər və rayonlar, xaricdəki icmalar və xüsusi statuslu inzibati-ərazi qurumları” adlandırmaqla vəziyyəti pərdələmək cəhdləri məsələnin mahiyyətini dəyişmir. İlyas Hüseynov öz çıxışında Bakı Təşəbbüs Qrupunun çoxşaxəli fəaliyyətinə də toxunub. Məruzəçi sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb.