Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində dəyirmi masa keçirilib

20.12.2023

Sosial Tədqiqatlar Mərkəzində "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində "İctimai yerlərdə əlilliyi olan qadın və qızlara qarşı psixoloji və emonisonal zorakılığa son qoyulması üçün tədbirlərin koordinasiyasını yaxşılaşdırmaq" mövzusunda "Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi"-nin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Keçirilən dəyirmi masanın ilk çıxışını STM İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşir oğlu edib.

Tədbirdə STM-in sektor müdiri Əfqan Vəliyev moderator funksiyasını yerinə yetirərək mövzu ilə bağlı çıxış edib.

Konfransda Dövlət Məşğulluq Agentliyi, Mədəniyyət Nazirliyi müxətlif İctimai Birlik əməkdaşları və təmsilçiləri iştirak edərək mövzu ətrafında fikirlərini bildirib.

Daha sonra tədbir iştirakçıları müzakirələrinə interaktiv formada davam edib.