Yuxarıya
skip to main content

"Dağlarda obam qaldı" adlı tədbir keçirildi

21.11.2023

20 noyabr 2023-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzində Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qərbi Azərbaycana həsr olunmuş  "Dağlarda obam  qaldı" adlı tədbir keçirildi.

Tədbidə Dərələyəz mahalına həsr olunmuş "Dağlarda obam  qaldı" adlı film nümayiş olundu.

Tədbirdə Dərələyəz mahalının İcma rəhbəri professor Mahirə xanım Hüseynovaya, QHT Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Agentliyin Müşahidə Şurasının üzvlərinə, icraçı direktoru  Aygün Əliyevaya, millət vəkilləri Hikmət Babaoğlu, Naqif Həmzəyev və Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi kimi iştirak edən Mərkəzin sektor müdüri Əfqan Vəliyev tərəfindən  Qərbi Azərbaycanın tarixi, maddi-mədəni irsi və folkloru haqqında maraqlı çıxışlar edildi.