Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində Qərbi Azərbaycanla bağlı tədbir keçirildi

20.11.2023

17 noyabr tarixində Sosial Tədqiqatlar Mərkəzində Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların deportasiyası və soyqrımı ilə bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri olub.

Tədbirdə Qərbi Azərbaycanla bağlı STM ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbir iştirakçıları STM tərəfindən dərc edilən   “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının 2-ci cildi haqqında xoş fikirlər səsləndirdilər.

Mərkəzin sektor müdiri, tədqiqatçı Əfqan Vəliyev tədbirdə geniş məruzə ilə çıxış edib.

Bu mövzuda əmıkdaşlığın bundan sonra da davam etdirilməsi məqbul hesab edilib.