Yuxarıya
skip to main content

Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz ilə bağlı layihənin yekun tədbiri keçirilir

15.11.2023

Sosial Tədqiqatlar Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilir.

Tədbirdə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı alimlər və media təmsilçiləri iştirak edir. Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclis üzvü Elşad Mirbəşir oğlu açılış çıxışı ediblər.
Tədbirdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınınt rəhbəri Sahib Məmmədov layihə haqqında təqdimatla çıxış edir.