Sosial Tədqiqatlar Mərkəzi Dövlət Miqrasiya Xidməti ilə birlikdə elektron xidmətlərlə bağlı tədbir keçirib
Sosial Tədqiqatlar Mərkəzi və Dövlət Miqrasiya Xidməti “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər, elektron sənəd dövriyyəsi və bu sahədə nəzərdə tutulan fəaliyyətlər” adlı birgə tədbir keçirib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın Tədbirlər Planının 4.9-cu bəndində göstərilən tədbirin əsas icraçısı Sosial Tədqiqat Mərkəzidir. Bu tədbir çərçivəsində Mərkəz dövlət xidmətlərinin keyfiyyətinin və xidmətalanların bu xidmətlərdən məmunluğunu öyrənməklə Nazirlər Kabinetinə və Korrupsiyaya Qaşı Mübarizə üzrə Komissiyaya hesabatlar hazırlayır və ictimaiyyəti məlumatladırır.
Tədbirlər Planının 4.9-cu bəndi üzrə digər icraçılar sırasında Dövlət Miqrasiya Xidməti də var. Dövlət Miqrasiya Xidməti (DMX) göstərdiyi bütün xidmətləri elektronladırmışdır. Bundan əlavə Xidmət elektron sənəd dövriyyəsinin tam təmin edən dövlət orqanlarındadır.
Dövlət Miqrasiya Xidməti Tədbirlər Planının icrası çərçivəsində Sosial Tədqiqat Mərkəzi (STM) ilə sıx əməkdaşlıq edir. 03 noyabr 2023-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzinin inzibati binasında təşkil olunan “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər, elektron sənəd dövriyyəsi və bu sahədə nəzərdə tutulan fəaliyyətlər” adlı birgə tədbirdə bu əməkdaşlığın davamı olaraq təşkil olunub.
Tədbirdə DMX məsul əməkdaşları, DMX yanında İctimai şura üzvləri, STM əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə STM icraçı direktoru, Milli Fəaliyyət Planının icrası üzrə işçi qrupun rəhbəri Sahib Məmmədov açaraq qısa olaraq Tədbirlər Planının 4.9-cu bəndinin icra gedişi ilə bağlı məlumat verib. Sahib Məmmədov Dövlət Miqrasiya Xidmətinin dövlət xidmətlərinin göstərilməsi sahəsində yüksək göstəricilərə malik olmasını, xidmətalanların DMX tərəfindən göstərilən xidmətlərdən məmun olduğunu qeyd edib.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov giriş nitqi söyləyib.
Daha sonra Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev “Dövlət Miqrasiya Xidmətinin göstərdiyi elektron xidmətlər, elektron sənəd dövriyyəsi və bu sahədə nəzərdə tutulan fəaliyyətlər” mövzusunda təqdimat edib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaları, həmçinin DMX yanında ictimai şuranın üzvləri iştirak edib.
Təqdimatdan sonra müzakirələrdə ictimai şura üzvləri və STM məsul əməkdaları fikirlər səsləndirib və təqdimatçıya suallar ünvanlayıblar.