Hərbi reportyorluq: bilinənlər və gözləntilər
Hərbi jurnalistikanın xarakteristikası
XIX əsrdə ortaya çıxan müharibə müxbirliyi sayəsində, ictimai rəy tarixin digər mərhələlərində əvvəlkindən daha çox müharibələr haqqında məlumat almağa başladı. Eyni dövrdə müharibə haqqında informasiya artıq ictimaiyyətin diqqətini cəlb etməyə və beləliklə cəmiyyətə təsir göstərməyə başlamışdı. Sənaye İnqilabının təsiri ilə ortaya çıxan bu tələb texnoloji inkişafların davam etməsi nəticəsində davamlı olaraq artdı. Döyüş sahəsindəki ictimai tələbə cavab vermək üçün jurnalistlərin artan tələbini qarşılamaq üçün ordular və hökumətlər davamlı axtarış etməliı oldular. Bu axtarışlar nəticəsində müharibə jurnalistikası dövründə XX əsrin sonlarına qədər akkreditasiya sistemləri və qanun tətbiq olundu. Ancaq jurnalistlərin bu sistemlərdən narazılığı və tələbləri artmaqda davam etdi, hərbi qüvvələri və hökumətləri döyüş bölgəsinin aşkarlığına zərər verməməsini istəyən yeni bir sistem hazırlamağa məcbur etdi. Tələblərin yerinə yetirilməsində həlledici amil xalq, ordu və hökumət arasındakı tarazlıqdır, burada Clausewitz müharibədə qələbə xalq-ordu birliyinin davam etdirilməsinin lazım olduğunu ifadə etdi.
Müharibə illərində həyata keçirilən, döyüş bölgəsi haqqında toplanmış məlumatları xalqa ötürmək kimi təyin edilə bilən jurnalist fəaliyyətləri, müharibə əməkdaşlığı olaraq da bilinir. Sənaye inqilabından əvvəl böyük kütlələr müharibələr haqqında bilə bilməzdilər. Bunun əsas səbəbi təbii ki, bu müharibələrin məhdud olması, başqa sözlə ümumilikdə olmaması idi. Buna görə də müharibələr haqqında xəbərlər geniş kütlələrə aid deyildi. Bu, yalnız təşviqat əsnasında orduların keçdiyi yerlərdə yaşayanlar, toqquşmaların baş verdiyi ərazilərdə olanlar və kampaniyada iştirak edənlərə məlum idi. Ancaq müharibələr getdikcə geniş kütlələrə daha çox aid oldu. Sonrakı dövrlərdə müharibələr yenidən məhdudlaşsa da, texnoloji inkişafla formalaşan müharibə jurnalistikası sayəsində savaş bilgilərinin kütlələrə ötürülməsi davam etdi.
Hərbi reportyorluğun tarixi inkişafı
Qısa müddət ərzində döyüş bölgələrində baş verən hadisələri ictimaiyyətə açıqlayan müharibə dövrü jurnalistikasının ilk tətbiqi Krım müharibəsi zamanı oldu. William Howard Russell “Times” qəzetinin müxbiri olaraq, 1854-cü ildən başlayaraq iyirmi iki ay ərzində Krım müharibəsini oxuculara təqdim edir. Russellin hesabatları müasir dövrün ilk döyüş mesajı kimi qeyd edildi. Başqa sözlə, Krım müharibəsi və Russell döyüş bölgəsinin çap mediasının mövzusuna çevrilməsi nöqtəsi idi.
Birinci olmasına baxmayaraq, Russell ən məşhur müharibə müxbiri deyil. XX əsrdə dünya müharibələrini izləyən Ernest Heminquey İspaniya Əmək Müharibəsindən İkinci Dünya Müharibəsinə qədər bir çox müharibə görmüş, Robert Capa və ya XX əsrin sonlarında döyüş sahələrini kütlələrə açan ən məşhur müharibə müxbiri Peter Arnett də öz adını hərbi jurnalistika tarixinə qızıl hərflərlə yazdırmışdı. Müharibə müxbirlərinin maraqlı bir nümunəsi gənc zabit olduğu zaman, 1895-ci ildə “The Daily Graphic” üçün Kuba partizanlarına qarşı döyüşən ispanları izləmək tapşırılan Uinston Çörçill idi.
Türkiyəli məşhur araşdırmaçı Haldun Yalçınkaya hərbi reportyorluğun ən yüksək kuliminasiya nöqtəsi olaraq Vyetnam savaşını qeyd edir öz məqaləsində. Vyetnam müharibəsi döyüş bölgəsində özünü ən maksimum səviyyədə göstərən mətbuat azadlığı müharibəsidir. Vyetnam müharibəsi zamanı televiziya yayımı yaşayış yerləriilə döyüş bölgələri arasında əlaqə yaratdı. 1968-ci ildə ABŞ-da yüz milyona yaxın televizor var idi. Bu, ABŞ əhalisinin 86 faizinin potensial bir auditoriyaya sahib olması deməkdir
Beləliklə, Vyetnam müharibəsi müharibə jurnalistikasının başqa bir mərhələsidir.
Vyetnam müharibəsinin gətirdiyi digər bir yenilik, jurnalistlərin sərbəst işləməsinə imkan verən akkreditasiya sistemidir.
Artıq jurnalistlər hərbi vasitələrdən istifadə edərək hər yerə məhdudiyyət qoyulmadan gedə bildilər. Döyüşdə baş verənlərə görə Amerika ictimaiyyətinin dəstəyini itirdiyini iddia edən ABŞ rəhbərliyi sonda Vyetnamdan geri çəkilməyə məcbur edildi. Əsgərlərə görə; Vyetnam Müharibəsi illərindəki xəbərlər ilə media nəinki ictimai dəstəyin azalmasına səbəb oldu, həm də düşmənin qoşunların mövqeləri haqqında məlumat almalarına səbəb oldu.
Əslində Vyetnam müharibəsindəki vəziyyət əsgər və jurnalistlər arasında işlərinin xarakteri ilə qarşıdurmanın ortaya çıxmasıdır. Əsgərlər hərəkətlərindəki gizliliyi müharibənin əsas prinsiplərindən biri hesab edirdilər; jurnalistlər nə olursa olsun, ictimaiyyəti məlumatlandırmaq üçün məlumatları şəffaflaşdırmaq istəyirdilər.
Bütün bunlara baxmayaraq, Vyetnam müharibəsinin televiziya yayımı vasitəsi ilə geniş kütlələrə ötürülməsi müharibə jurnalistikasının inkişafında mühüm mərhələ oldu.
Hərbi jurnalistikada yeni mərhələ
Döyüş müxbirləri münaqişə zonalarındakı silahsız mülki insanlardır və məruzə etmək təhlükəsindədirlər. Hər hansı bir əsgər üçün döyüş bölgəsində özünü qoruyan bir ordu var, ancaq müharibə müxbiri üçün bu xarakterik deyil. Bu əslində hüquqi qorunmadır.
Statistikaya baxıldıqda, münaqişə bölgələrində tez-tez jurnalistlərin həyatını itirdiyi görünür. Özünü müstəqil və qeyri-kommersiya təşkilatı kimi təqdim edən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, İkinci Dünya Müharibəsində 68, Koreya müharibəsində 17, Vyetnamda 66 jurnalist öldü. İraq müharibəsi zamanı 2003-cü ilin martından 2007-ci ilin aprelinə qədər 100 jurnalist öldü.
Təhlükəsizlik riskinin yüksək olduğu münaqişə bölgələri jurnalistlərin işini çətinləşdirən ən problemli sahələrdən biridir. Döyüş meydanında, döyüşçülər və müharibəsizlər arasındakı münasibətlər də daxil olmaqla ikitərəfli əlaqələr mövcuddur.
Beynəlxalq qanunlar jurnalistlər üçün xüsusi qaydalar da təqdim edir. Müharibə hüququnun əsas müqavilələrindən biri olan Cenevrə Konvensiyasına görə, jurnalistlər mülki şəxslər olaraq tanınıblar.
Bütün bu qaydalara və hüquqi bazaya baxmayaraq, jurnalistlərin öz təhlükəsizliyini təmin etmələri çox çətindir. Bu məqsədlə beynəlxalq təşkilatlar tərəfindən müxtəlif təlim fəaliyyətləri və jurnalistlər üçün təlimatlar mövcuddur.
Azərbaycanda hərbi reportyorluq və problemlər
Anar Şuşalı APA-ya deyir ki, kiçik yaşlarından hərbçi olmaq istəyib, tale elə gətirib ki, müharibə görüb, hətta torpağı işğal edilib. Öz isə hərbçi olmasa da, peşəsini bu sahəyə bağlayıb. Həmkarımız deyir ki, təbliğata universitetlərdən başlamaq lazımdır: “Hər zaman döyüş bölgəsində olursan, hər zaman güllə altında olursan. Təbii ki, bu bəzilərini qorxudur. Buna görə də hərbi jurnalist seçimi daha azdır. Ümumiyyətlə hərbi jurnalist olmaq üçün hərbini araşdırmalısan. Get-gedə bu hərbinin içində bişməlisən. Silahı bilməlisən, texnikanı bilməlisən, hərbi qayda-qanunu bilməlisən”.
Hərbi jurnalist Rəşad Süleymanovun sözlərinə görə, mətbuatımızda bu sahədə nöqsanlar olduqca çoxdur: “Bunlardan birincisi cəbhə zonasında işləyən hazırlıqlı müxbirlərin, ikincisi, göndəriləcək şəxslərin sığortalarının olmamasıdır. Redaksiyalarda, həm döyüş-əməliyyat, həm də konflikt zonalarında ezam edilən şəxslər üçün xüsusi qoruyucu gödəkcələrin, dəbilqələrin, ilkin tibbi yardım paketinin olmaması da qeyd olunmalıdır”.
Müsahibimiz söyləyir ki, sadaladıqları jurnalisti cəbhə bölgəsinə göndərərkən riski artırır: “Təəssüf olsun ki, bu gün cəbhə xəttinə gedən jurnalistlərin digər bir problemi də hərbi uniforma geyinməmələridir. Mən deyirəm ki, bu qəbul edilməzdir. Jurnalist kimi gedirsənsə, hərbi bölgəyə gedirsənsə, xüsusi “press” yazılmış geyimdən istifadə etməlisən”.
Digər hərbi jurnalist Rey Kərimoğlu da Azərbaycanda hərbi jurnalistlərin kifayət qədər olmadığını deyir: “Azərbaycan Ordusu yaranandan - 1991-ci ildən bu günə qədər Müdafiə Nazirlİyi - ümumiyyətlə cəbhə bölgəsi ilə işləyən jurnalistlər formalaşıb. Ən yaxşısı budur ki, jurnalist olub sonra hərbi sahəni seçəsən. Çünki hərbi jurnalistika ilə bağlı hərbi təlimlər keçilir, amma baxıram ki, yaza bilmirlər. Jurnalistikanın təməl prinsipləri var ki, onları bilmək lazımdır. Xəbər yazmağı, reportaj hazırlmağı bilsinlər”.
Baki Dövlət Universitetinin (Bdu) Jurnalistika Fakültəsinin Dekani Vüqar Zifəroğlu hərbi dərslərin də keçirilməsinin vacib olduğunu bildirir: “Hərbi jurnalistika öz tələbatlılığı ilə seçilən bir istiqamət olub. Təsadüfi deyil ki, hətta Qərb jurnalistikasında hərbi jurnalistika ilə bağlı xüsusi kurslar və treninqlər təşkil olunur. BDU-nin jurnalistika fakültəsi olaraq növbəti tədris planımızda məhz hərbi jurnalistikanın bir kurs olaraq tələbələrimizə tədrisini nəzərdə tutmuşuq”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov müharibə şəraitində yaşayan ölkədə hərbi jurnalistikaya diqqətin önəmli məsələ olduğunu söyləyib: “Bu məsələni biz bir neçə dəfə müzakirə etmişik. Həm Mətbuat Şurasında, həm hərbdən yazan və hərbi mövzuda fəaliyyət göstərən KİV-in rəhbərləri ilə, həmçinin ayrı-ayrı jurnalistlərlə də söhbətlər olub. Hələlik ayrı-ayrı KİV-də çalışan jurnalistlərin bir araya gəlib seminarlarda iştirakına üstünlük verilib”.
1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır.
Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə qəhrəman jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirildi. Şəhidlər xiyabanında dəfn edilib.
Çingiz Mustafayev həkim olsa da, jurnalistikaya böyük həvəs göstərib. Bu həvəs özünü 1990-cı il 20 Yanvar hadisələri zamanı bir daha göstərdi. Belə ki, Çingiz Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb.
1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya bağlayıb.
Bu gün hərbi media...
Hazırda ölkəmizdə hərbi reportyorluğun durumu haqqında müxtəlif rəylər mövcuddur. Hərbi sirr təşkil edə biləcək materialların yayımının qarşısının alınmağı baxımından mütləq media nümayəndələrimizin hərbi hazırlıq səviyyəsi yüksək olmalıdır.
Tanınmış hərbi ekspert, polkovnik Şair Ramaldanov ayrıca hərbi jurnalistika fakültəsi və ya ixtisasına lüzum görmür. O, stm.az saytına verdiyi açıqlamada bəzi məsələlərə toxunub: “Müdafiə Nazirliyinin tərkibində bir qrup var ki, təlimlər, məşğələlər və digər məsələlər haqqında çəkilişlər edirlər, yayırlar. Hərbi reportyorlar isə müəyyən bir kurs keçməlidir. Hərbi reportyorlarla bağlı müraciət olsa Müdafiə Nazirliyinin tərkibində hansısa xüsusi kurslar təşkil etmək olar. Müəyyən məhdudiyyətlərə mütləq əməl edilməlidir, hərbi hissələrin nömrələri, adlar və sair. Hərbi reportyorlar medianın digər nümayəndələrindən fərqli olaraq öz işlərini xüsusi bilməlidirlər. Hərbi reportyorlar Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib, sonra müəyyən kurslarda iştirak edə bilərlər. Hərbi reportyorların özünəməsxux xüsusiyyətləri olmalıdır.”
Polkovnik xüsusi hərbi jurnalistika fakültələrinə ehtiyac görmür: “Hərbi reportyorlarla bağlı fakültədənsə, hansısa tədris müəssisəsində hərbi reportyorluq fənni tədris oluna bilər. Jurnalistika fakültəsini bitirənlər də bu sahədə fəaliyyət göstərmək istəsə Müdafiə Nazirliyinə müraciət edib kurs keçə bilərlər.”
Bu gün hərbi jurnalistikanın inkişafı atəşkəs dövründə yaşayan, torpaqları işğal olan bir dövlət üçün mütləqdir!
P.S. Döyüşə hər bir sahədə daim hazır olmaq lazımdır!
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır