Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmağının və Şuşa bəyannaməsinin ildönümünə həsr olunmuş konfrans keçirilib
15-17 Sentyabr 2023-cü il tarixlərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının, Türkiyə Respublikasının 100 illiyi və Şuşa bəyannaməsinin ildönümü münasibəti ilə Sosial Tədqiqatlar Mərkəzində 4-cü Beynəlxalq Elm və Sosial Elmləri Konqresi keçirilib.
Konqredə “Ermənilərin türk dövlətlərinə qarşı soyqırım və deportasiya siyasəti”,“Türkiyə-Azərbaycan:sosial-iqtisadi, hərbi-siyasi və mədəni-humanitar əlaqələr”, “Egey dənizi, Qara dəniz, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri”, “Müasir dövrdə türk dövlətləri arasında inteqrasiya prosesləri”,“Türkiyə və Azərbaycan beynəlxalq və regional münasibətlər sistemində” mövzularından bəhs edilib.
Konqredə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Zahid Oruc, YAP veteranlar şurasının sədr müavini, TAİB(Türk Ağsaqqaları İctimai Birliyi)-in sədri Sudeif İmamverdiyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç,Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan, Uludağ Universitetinin professoru Mehmet Yüce,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə,Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli,TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu, Tarix elmləri doktoru Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, əməkdar incəsənət xadimi , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə xanım Xələfova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, CBC telekanalının əməkdaşı Ramil Baba, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq Polis Mərkəzinin Türkiyə üzrə komissarı, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Universiteti Siyası Elmlər kafedrasının müdiri Elvin Talışınski, Milli Təhlükəsizlik üzrə uzman ekspert Rəşad Rzayev müvafiq mövzular istiqamətində çıxış ediblər.