Yuxarıya
skip to main content

Dünyada ən son keçirilən siyasi rəy sorğularının nəticələri : Araşdırma

14.09.2023

Hazırda siyasi sferada dünya uzun müddət sonra ən gərgin günlərini yaşayır. İngiltərədə son baş verən parlamentdə casus skandalı, keçmiş ABŞ prezidenti Donal Trampın həbs edilmə ehtimalı və Ukrayna-Rusiya müharibəsi hazırda əsas mövzu predmetləridir.

Artıq bir neçə vaxtdır ki, aramsız şəkildə hücumlar edərək hərbi aktivliyini maksimum artıran Ukrayna ciddi irəliləyiş əldə edə bilməyib. Bəs insanlar bu müharibəyə xərclənən milyardlarla vəsait haqqında nə düşünür? Avropa İttifaqı vətəndaşlarının əksəriyyəti Ukraynaya yardımın, o cümlədən silahların verilməsini dəstəkləyir. Avropa Komissiyasının məlumatına görə, bunu avqustun sonunda bütün üzv dövlətlərdə keçirilən “Avrobarometr” sorğusunun nəticələri təsdiq edir. Avropalılar Ukraynaya, xüsusən də müharibədən zərər çəkmiş ukraynalılara humanitar yardımın göstərilməsini dəstəkləməkdə davam edirlər. Respondentlərin 86%-i bu fikrin lehinə olub.
“Respondentlərin 65%-i Ukraynanın maliyyə və iqtisadi cəhətdən dəstəklənməsinə tərəfdardır, 57% isə hesab edir ki, Aİ Ukraynaya hərbi texniki baxımdan tədarük dəstəyi verməlidir”, - Avropa Komissiyası əlavə edib.
Bundan əlavə, Aİ vətəndaşlarının demək olar ki, 80%-i müharibə səbəbindən xaricə gedən ukraynalılara sığınacaq verilməsini müsbət qiymətləndirir. Eyni zamanda, avropalıların 70%-dən bir qədər çoxu Rusiyaya qarşı iqtisadi sanksiyaların tərəfdarıdır.
“Avropalıların təxminən üçdə ikisi, müvafiq olaraq 67% və 65%-i hesab edir ki, Aİ Ukraynanın Avropaya inteqrasiya yolunu və vahid bazara inteqrasiyasını dəstəkləməlidir”, - sorğunun nəticələri göstərir.

Bəs avropalılar Amerika barəsində nə düşünür?

Yeni sorğuya əsasən avropalılar Amerikanın gələcək təsirinə inanmır.
Siyasətçilərin, media və ictimaiyyətin diqqəti getdikcə daha çox 2024-cü il ABŞ seçkilərinə yönəlməkdədir. Avropalıların Birləşmiş Ştatlara baxışı Ukraynaya yardım, Amerikanın NATO-ya davam edən öhdəliyi ilə bağlı Konqres və prezident müzakirələrində xüsusi əhəmiyyət kəsb edəcək.
2023-cü ilin yazında “Pew” sorğusu göstərdi ki, avropalıların orta hesabla 56 faizi ABŞ haqqında müsbət fikirdədir. Alman Marşal Fondunun sorğusu eyni şəkildə göstərdi ki, hər 10 avropalıdan 6-sı (61 faiz) ABŞ-ın qlobal məsələlərdə ən təsirli rol sahibi olduğunu düşünür.
Avropalıların ABŞ haqqında kollektiv rəyi “Pew” tədqiqatında 2022-ci ilə nisbətən statistik olaraq əhəmiyyətsiz olan 4 faiz bəndində azalsa da, Almaniyada 6 faiz, İsveç və Macarıstanda 11 faiz azalıb. Daha təəccüblü tərəfi odur ki, yeni “GMF” sorğusunda avropalılar Amerikanın gələcək təsirinə az inanırlar. Aİ ölkələrində yalnız 35 faizlik bir median ABŞ-ın beş il ərzində ən təsirli qlobal güc faktoru olacağını düşünür.
Xüsusilə, ictimai qavrayışda daha kəskin ola bilməyən bir transatlantik əlaqə var. Hər 10 amerikalıdan altısı (59 faiz) ABŞ-ın 2028-ci ildə dünyaya rəhbərlik edəcəyini düşünür. Avropa bu fikri bölüşmür. Britaniyalıların yalnız üçdə biri (35 faiz), almanların üçdə birindən azı (31 faiz) və fransızların yalnız dörddə biri (25 faiz) ABŞ-ın gələcək rəhbərliyinə inandığını bildirir.
Buna baxmayaraq, avropalı respondentlərin üçdə ikisinin (65 faizi) ABŞ-ı bu gün etibarlı müttəfiq olaraq hesab edir. Lakin bu bəzi əsas şübhələri gizlədir. 2021-ci ildən bəri Amerikanın etibarlılığının qəbulu Almaniya və İspaniyada 5 faiz, Rumıniyada isə 15 faiz bəndi azalıb.

Bəs, bəzi avropalıların Birləşmiş Ştatlara qarşı narahat edici dərəcədə natamam münasibətini nə izah edir?
Üstəlik, Baydenin beynəlxalq məsələləri idarə etməsinə verilən dəstək də artıq azalıb. Lakin sorğular göstərir ki, avropalılar Trampın mümkün qayıdışına heç də pozitiv yanaşmırlar.
Avropalıların əksəriyyəti Amerika demokratiyasına inanmır. 2021-ci ildə “Pew” sorğusu göstərdi ki, avropalıların yalnız hər 6 nəfərindən 1-i (18 faiz) ABŞ-ın nümunəvi demokratiya olduğuna inanır. Əksəriyyət (56 faiz) 2023-cü ilin yazında Avropa Xarici Əlaqələr Şurasının sorğusuna əsasən, Trampın gələn il prezident seçilməsi halında, transatlantik təhlükəsizlik alyansının (NATO) daha da zəfiləyəcəyini düşünür. Trampın Rusiya prezidenti Vladimir Putinlə keçmiş münasibətini, Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyəcəyini söyləməkdən imtina etməsini və NATO-ya qarşı davamlı tənqidini nəzərə alsaq, bu cür narahatlıqlar avropalıların prizmasından müəyyən qədər haqlı görünür.
Respublikaçı seçicilər və hətta bəzi narazı demokratlar arasında ABŞ-ın beynəlxalq rəhbərliyinin avropalılar tərəfindən lazımınca qiymətləndirilmədiyi, xarici müdaxilələrin daxili narahatlıqlardan yayındırdığı fikri hakimdir. Onlar düşünür ki, ABŞ prezidentinə daha iddialı beynəlxalq liderlik tərzi lazımdır. İroniK tərəf isə bundan ibarətdir ki, Avropanın Trampın qayıdışından çəkinməsi halı Tramp tərəfdarlarının onun niyə qayıtmalı olduğuna dair arqumentlərini gücləndirə bilər.

Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi