Ermənistan Rusiya münasibətlərində çat dərinləşir
Rusiya Ermənistan üçün 10 noyabr atəşkəs razılaşmasını ləğv etdi?
Vladimir Putinin Rusiyanın Qarabağla bağlı istifadə etdiyi sözlər erməni siyasi texnoloqlarında belə bir fikir formalaşdırıb ki, Moskva qarşısındakı təhlükəsizlik öhdəliklərindən rəsmən imtina edərək, günahı Ermənistanın üzərinə atır.
Belə çıxır ki, Rusiya prezidenti 10 noyabr 2020-ci ildə müəllifi olduğu və Rusiyanın regiondakı öhdəliklərini əks etdirən bəyanatı da ləğv etdi. Bu necə və niyə baş verdi?
Putin doqquz aydır Qarabağ bölgəsində baş verən erməni hoqqabazlığı üçün hansı mövqe nümayiş etdirdi?
Və nə üçün İrəvan öz yalanı olan “Azərbaycan ağır humanitar böhran yaradır və Rusiya buna görə onu niyə günahlandırmadı?” fikrinin cavabı üzərində baş sındırırlar.
İrəvanda ən çox bu mövqe inciklik yaradıb:
“O, (yəni Putin ) Ermənistan hökumətini böhrana görə məsuliyyət daşımaqda ittiham edib. Putin deyib ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycana aid olaraq tanıması Qarabağın statusu məsələsini bağladı və Moskvanın seçimlərini məhdudlaşdırdı.
İrəvanda iki gözlənilən Putin detalı var:
– birincisi, Azərbaycana deməli idi ki, "erməni əsirlərini" geri qaytarsın.
– İkincisi O, Rusiyanın Azərbaycanın Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi” tələbini niyə dəstəklədiyini də izah etməyib.
Bundan əlavə, tələb edirlər ki, Putin Azərbaycanın Qarabağı "blokadaya almasının" qarşısını almaq üçün niyə müdaxilə etmədiyinin səbəbini deməli idi.
Sülh danışıqlarının nəticəsi olması üçün tərəflərin səmimi mövqeyi lazımdır. Amma Ermənistan ciddi şəkildə Azərbaycanla bağlı ərazi bütövlüyünü pozur, suverenlik haqqını tapdalayır. Və Putindən pozduqları beynəlxalq hüquqa görə, regional nizama görə dəstək istəyirlər.
Ümumiyyətlə, bu sualı səsləndirək və cavab tapaq:
Ermənistan iddia edir ki, hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, 1991-ci ildə MDB-nin yaradılmasına dair Alma-Ata Bəyannaməsində təsbit edilib. “Üstəlik, Rusiya özü də Alma-Ata Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı tanıyıb. 2020-ci il noyabrın 10-dan sonra Putin iki dəfə açıq şəkildə bəyan etdi ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın ərazisidir”.
Ən maraqlı detal:
2022-ci il fevralın 22-də Rusiya Azərbaycanla müttəfiqlik bəyannaməsini imzalayıb və bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını bəyan edib.
Ən maraqlı məsələ bu nöqtədə yer alır: bir növ Ermənistan və Rusiya arasında Azərbaycanın ərazi bütövlüyünü kim birinci tanıdı yarışı keçirilir: “Bu o deməkdir ki, Ermənistan bunu edənə qədər (2022-ci ilin oktyabrı) Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. İndi Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaqda Ermənistanı necə günahlandıra bilər?"
Putin özü də Qarabağı Azərbaycanın daxili məsələsi hesab edir.
Amma Ermənistanda hələ də anlamırlar ki, o niyə indi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımaqda ittiham edir?
Əslində Putin üçün hazırda ona xəyanət edən Ermənistanın cəzalandırılması gündəliyi var və görünür ki, Putin dünənki çıxışı ilə Ermənistan əhalisi ilə Paşinyan iqtidarı arasında nifaq toxumu əkməyə çalışır.
Qayıdaq mövzumuza:
Rusiya–Azərbaycan müttəfiqlik Bəyannaməsinin 11-ci bəndinə əsasən, Rusiya və Azərbaycan öz ərazilərində qarşı tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirməyə çalışan təşkilatların və şəxslərin fəaliyyətini yatırtmağı öhdələrinə götürürlər.
Maraqlıdır ki, Rusiya təkcə bu bəndə istinad etməklə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən Ermənistana qarşı rahat formada demarş edə bilər və məhz bu mərhələdə Əliyev dühasının cizgiləri ön plana çıxır:
– Rusiya – Ermənistan münasibətlərini pozdu.
– Azərbaycanın ərazi bütövlüyü ilə bağlı regional və qlobal təhdidlərin qarşısının alınmasında Rusiyaya məsuliyyət yüklədi.
Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanımaqda Ermənistanı ittiham edən Putin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən fəaliyyətlərin qarşısını almağı öhdəsinə götürüb. Ermənistan deyir ki, “Rusiya prezidentinin ziddiyyətli hərəkətlərini necə başa düşmək olar?”
Bu gün Ermənistanda başa düşülməyən məhz bu prosesdir ki, əsası ötən ilin fevralında Rusiya – Azərbaycan müqaviləsi ilə qoyulub.
Ayrıca, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamasını 2022-ci il sentyabrın 13-də baş verən hərbi əməliyyatlardan sonra verib.
Bəs Azərbaycan hansı mövqeyi bəyan edir:
Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığından, Azərbaycan da Ermənistanın ərazisini tanımır. Ermənistanda yerləşən rus qoşunları isə Ermənistana qarşı (Azərbaycana qarşı???) öz təhlükəsizlik vəzifələrini yerinə yetirməkdən imtina etdilər.
Daha sonra Azərbaycan Ermənistana öz ərazi bütövlüyünü tanımağa məcbur edən addımlar atdı.
Və məhz belə bir məqamda həm KTMT, həm də Rusiya Ermənistanın hərbi yardımla bağlı müraciətlərini rədd edib.
Ermənistanın müttəfiqi kimi Rusiya Azərbaycanla da əməkdaşlıq edir.
Ermənistanın təbirincə onun işğalçı hərəkətlərinə görə Rusiya dəstək durmalı və Azərbaycana qarşı çıxmalı imiş.
İrəvanda niyə unudurlar ki, Bakı təkcə Abşerondan ibarət deyil, siyasətin Ankara səması da çox parlaqdır və Rusiya Bakıya qarşı Ankaradan keçmək məcburiyyətində qalır.
Hə, bir də Əliyev 2022-ci ilin payızında cüzi status ümidini də necə dəfn etdisə, Ermənistan onun şokundan ayıla bilmir.
Bəs iki suala necə cavab verə bilərik?
Azərbaycan Xankəndində antiterror əməliyyatı keçirsə, Rusiya necə davranacaq?
Və ya Rusiyada bir çoxunun proqnoz etdiyi kimi Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağını proqnozlaşdırır və bu gündən etibarən Rusiya öz üzərinə götürdüyü məsuliyyətdən yayınır?
Əvvəla, Azərbaycan Qarabağda əməliyyat keçirəcəksə, bu daxili suverenlik haqqıdır.
Ermənistan ilə bağlı isə kommunikasiya və təhlükəsizlik məsələsi ön plana çıxır. Mümkün ehtimallar sırasındadır.
Bəs Putinin dediyi: “ümid edirəm, bölgədə erməni qırğını olmayacaq(humanitar faciə, etnik təmizləmə), fikri nə idi?
Moskvada dəqiq bilirlər ki, Azərbaycan artıq Xankəndiyə daxil olmağa hazırlaşır. Bu da ona vurulan eyham idi.
Deməli, Rusiya sülhməramlı missiyasının boyunu aşan Azərbaycan tərəfinin qərarıdır.
Azərbaycan prosesi “yumşaq” aparmasaydi, bölgədə daş üstündə daş qalmazdı.
Açığı Putinin son üç ildə gəldiyi nəticə kifayət qədər uğurlu görünür.
Maraqlıdır ki, bu gün Putin erməni–amerikan hərbi təlimləri, Nikol Paşinyanın həyat yoldaşının Kiyevə səfəri və humanitar yardımın ötürülməsi, Ermənistan parlamentinin sədrinin Rusiyaya dediyi sərt tənqidlərlə bağlı məsələlərə heç bir şəkildə toxunmadı.
O, erməni müxbirin KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini niyə yerinə yetirmədiyinə də cavab verməyib. Putin yalnız Nikol Paşinyanla əlaqə saxladığını və Ermənistan-Rusiya münasibətlərində xaotik vəziyyətin olmadığını bildirib.
Nəticə:
1. 10 noyabr razılaşması artıq qüvvədən düşmüş hesab edilə bilər:
2. Ermənistan sülh müqaviləsi istəmir, günahkar axtarır.
3. Növbəti dəfə “10 noyabr razılaşması” deyil, qalıcı məğlubiyyətin gətirəcəyi sülh müqaviləsi imzalanacaq.
Əziz Əlibəyli