Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzində istehsalat təcrübəsi keçən tələbələrlə görüşlər davam edir

17.05.2023

Sosial Tədqiqatlar Mərkəzində tələbələrlə görüş keçirilərək onlara mərkəzin iş mexanizmləri haqqında məlumatların verilməsi davam etdirilir. Bu məqsədlə mühazirə xarakterli keçirilən görüşdə İctimai Rəyin öyrənilməsi sistemi barəsində, iş prinsipləri istiqamətində müxtəlif məlumatlar verilib. Təqdimat zamanı ictimai rəyin xüsusiyyətləri, ictimai rəy əsaslı sosial tədqiqat, tədqiqat prosesində etik qaydalar kimi mövzu başlıqları barəsində məlumatlar çatdırılıb. 

Sosial Tədqiqatlar Mərkəzində keçirilən görüşdə Bakı Dövlət Universitetinin Jurnalistika fakütləsinin dördüncü kurs tələbələrinin Mərkəzdə davam edən istehsalat təcrübəsində araşdırmalarla bağlı təqdimat verilib.