Yuxarıya
skip to main content

Məqsədli şəkildə borc batağına salınan Ukrayna, Marşal planı, Almaniya və ABŞ təzadı

23.01.2023

Avropa liderləri 2023-cü ildə Ukraynaya verdikləri 18 milyard avroluq kreditləri bir növ “makro-maliyyə sabitliyini saxlamaq məqsədli kredit” kimi səsləndirməkdən qətiyyən çəkinmədilər. Avropa Şurasının sədri Çarlz Mişel isə bu addımları Ukraynanı maksimum dəstəkləmələrinin bir sübutu kimi qələmə verdi.
Bununla belə, müharibə qızışdıqca və Ukrayna iqtisadiyyatına olan təzyiq daha da artdıqca, zaman göstərir ki, Avropanın maliyyə dəstəyinin real təsiri daha da zəif təsirə malik olur. Reallıq budur ki, müharibəni tam ciddiyətlə qəbul edib mübarizə aparan, bombardman edilmiş və iqtisadi cəhətdən xarabalığa çevrilmiş Ukraynanın qarşıdan gələn sülhü əldə etmək üçün borc müqaviləsinə ehtiyacı var. Və əgər Kiyevin müharibədən sonra bərpa olunmaq üçün real şansı olacaqsa, bu zaman onların “geri ödənilməməli” olan milyardlarla avronun transferinə, bir növ qrant vəsaitlərinə ehtiyacı olacaq.
2022-ci ildə 26% inflyasiya, 25% faiz dərəcələri və Ümumi Daxili Məhsulun (ÜDM) üçdə bir həddində azalması ilə Ukrayna mövcud, ənənəvi iqtisadi siyasətin son ştrixlərini çəkir. Tezliklə Kiyev gündəlik dövlət xidmətlərini maliyyələşdirmək üçün davamlı pul çap edən maşınlara müraciət etməli olacaq. Belçikalı siyasi analizçi Eyon Drea isə bu barədə yazarkən qeyd edib ki, almanlar, hollandlar və digərləri tez-tez Avropaya xatırlatmaq istədikləri kimi, bu hadisələr, iqtisadi fəlakətə gətirib çıxaracaq. Ukrayna beynəlxalq sərmayədarların əlində olan borcunun 20 milyard avroya qədəri üzrə ödənişləri artıq 2024-cü ilə qədər təxirə salıb. “Politico” nəşri qeyd edir ki, Ukraynanın borcunun silinməsinə ehtiyacı var - təəssüf ki, Aİ isə bu ölkənin daha da borc almağa davam etməsinin tərəfdarıdır.
Ukraynanın Aİ-dən aldığı 18 milyard avro dəyərində kreditlər 2033-cü ildən etibarən ödənilməsi zəruri hal alacaq. Bundan sonra isə daha çox borcun yüklənməsi – hətta uzunmüddətli, praktiki olaraq sıfır faiz müxtəlifliyi olan – Ukraynanın müharibədən tez sağalma potensialını ekstrim həddə azaldır. Kiyevin bəzi mövcud öhdəlikləri üzrə ödənişi artıq dayandırdığını nəzərə alsaq, bu, borclandırma siyasəti olduqca sərt iqtisadi yanaşmadır. Bütün bunlar göstərir ki, Aİ-nin strategiyası Ukrayna üçün gələcəkdə suveren borc böhranı şəraitinin yaradılmasıdır. Maraqlıdır ki, Avropada “Ukrayna üçün Marşal Planı” ilə bağlı bütün gurultulara baxmayaraq, onun iqtisadi tarixindən düzgün nəticə çıxaran Aİ deyil, ABŞ-dır. ABŞ artıq Ukraynaya 13 milyard dollardan çox geri qaytarılmayan qrant verib, daha 14,5 milyard dollar 2023-cü ildə ödənilməlidir. ABŞ-ın bu yardımı onun hərbi dəstəyə xərclədiyi on milyardlarla dollara əlavədir.
Nə qədər narahat olsa da, Brüssel və Berlin bir məqamın fərqinə yaxşı vara bilib. Avropanın müharibədən sonrakı iqtisadi inkişafının əsasını 1940-cı illərin sonlarında Almaniyaya verilən borc güzəşti qurub. Bütün bu yardımlar 1957-ci ildə çiçəklənən Avropa İqtisadi Birliyinin yaradılmasına səbəb oldu. Orijinal Marşal Planı Almaniyanın 1933-cü ildən sonra yaranan borclarını sildi. Bu hal sonrada, 1990-cı ildə Almaniyanın yenidən birləşməsi ilə birlikdə daha da möhkəmləndi. O zaman başa düşülürdü ki, müharibə dövründəki iqtisadi böhran indi olduğu kimi praqmatik və çevik siyasi reaksiya tələb edir.

Təəssüf ki, Aİ-nin Ukraynanı maliyyələşdirməyə reaksiyası tarixi xarakter daşıyır. Ekspertlər bildirir ki, Avropa Şurası artıq çətin ki, Ukrayna üçün yüklü məbləğlərdə qrant yardımı və borcun azaldılması paketini təsdiqləsin. Nəticə olaraq, ölkənin uzunmüddətli maliyyə dayanıqlığı Aİ-nin qərar qəbul etmə dissonansı ilə birlikdə təhlükə altında qalmaqdadır. Bu kontekstdə, Ukraynaya ikitərəfli qrant yardımının verilməsində aparıcı rolu Aİ-nin ayrı-ayrı üzv ölkələri öz üzərinə götürməlidir. Avropa Komissiyası özünü Aİ-nin bütün yardım səylərinin başında yerləşdirməyə can atsa da, bu, mövcud dəstəyin bölüşdürülməsindəki gecikmələr və üzv ölkələrin çəkişmələri nəzərə alınmaqla, faktiki nəzərəçarpacaq effektivlikdən uzaqdır.
Eyon Draer öz yazısında qeyd edib ki, Ukraynaya birbaşa ikitərəfli qrant yardımı avrozonanın özünün tətbiq etdiyi büdcə məhdudiyyətlərindən azad edilməlidir. Üzv ölkələrdə istifadə olunmamış Aİ yardımı - ümumi kənd təsərrüfatı siyasətindən tutmuş Birlik Fonduna qədər - hər hansı bir üzv istədiyi halda, Ukraynaya geri qaytarılmayan maliyyə dəstəyi kimi göndərilməlidir. Tarixini və iqtisadi miqyasını nəzərə alsaq, hazırda Aİ-yə liderlik edən ölkə məhz Almaniyadır. Berlin indiki fobiyalarının öhdəsindən gələ bilmirsə, ən azı, ABŞ-ın yanaşmasına riayət etmək istəyən digər Aİ-yə üzv ölkələrə şərait yaratmalıdır.

Paşa Bayramov
İstanbul Universiteti və Marmara Universitetinin (magistr) Media və Kommunikasiya ixtisası üzrə məzunu. Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi