Avropa İttifaqının proteksionisti, Avropada fransız maraqlarının təmsilçisi – Tieri Breton
Tieri Breton Brüsseldə davam edən “şahmatda” qalib gəlir.
Keçmiş baş direktor və daxili bazar rəhbəri kimi nəhəng portfeli, Fransa prezidenti Emmanuel Makron kimi dəstəyi olan Tieri Bretonu əsl siyasi burulğan adlandırmaq olar. O, Avropa sənayesini enerji qiymətlərinin aşağı düşməsindən, Amerika subsidiyalarından və Aİ-nin “sadəlövh” azad treyderlərindən qorumaq planlarına dəstək qazanmaq üçün Avropa İttifaqının paytaxtlarını bir-bir gəzməkdədir.
Tieri Breton fransız biznes meneceri, siyasətçi, yazıçı və Avropa İttifaqının daxili bazar üzrə hazırkı komissarıdır. Breton “Groupe Bull”-un sədr müavini və baş icraçı direktoru (1996-1997), “Thomson-RCA”-nın sədri və baş direktoru (1997-2002) və “France Télécom”-un sədri və baş direktoru (2002-2005) olub. 2005-ci ildə o, Jak Şirakın prezidentliyi dövründə baş nazirlər Jan-Pier Raffarin və Dominik de Vilpenin hökumətlərində İqtisadiyyat, Maliyyə və Sənaye naziri (2005-2007) vəzifəsində çalışaraq siyasətə daxil olub. 2007-2008-ci illərdə Harvard Biznes Məktəbində professor olub, 2009-2019-cu illərdə Atos qrupuna baş direktor kimi qoşulub. 2019-cu ildən o, Ursula fon der Leyenin sədrliyi ilə daxili bazar üzrə Avropa komissarıdır. Bütün bunların fonunda onun necə güclü bir təcrübəyə və keçmişə sahib olması yəgin ki aydın məsələdir.
Fransanın onilliklər boyu davam edən cəhdi nəhayət Berlində və işini əsasən Makrona borclu olan Avropa Komissiyasının sədri Ursula Von der Leyenin işğal etdiyi Berlaymont binasının 13-cü mərtəbəsində öz əks-sədasını tapmaqdadır.
Breton sənayenin toplanmasında və genişmiqyaslı işlərə siyasi dəstəyin verilməsində əsas rol oynayır. Onun əsas xammalları təmin etmək və Aİ-nin hökumət dəstəyinə dair yoxlamalarını konfiqurasiya etmək planları var.
"Əlbəttə ki, müqavimət var; mənim işim hər kəsi idarə etmək və uyğunlaşdırmaqdır".
O, bu həftə İspaniya, Polşa və Belçika liderləri ilə qarşıdan gələn sənaye siyasətinə təkan vermək üçün yanvar görüşlərində Fransa televiziyasında bildirib ki, bu görüşlər dönüş nöqtəsi ola bilər.
Von der Leyen fevral sammiti üçün təkliflər hazırlamaq istəyir. Lakin Avropa sənayesi daha yüksək enerji qiymətlərini və daha sərt tənzimləməni uzun müddət saxlaya bilməyəcəyindən şikayətlənir.
Breton, hökumətlərin sürətli hərəkətə ehtiyacı olması barədə onları inandırmağa ehtiyac olmadığını da söyləyib. Lakin o, bütün bu hərəkətləri ilə icraçı vitse-prezident Marqret Vestagerə qarşı çıxmış olur. Vestager kiçik ölkələrin Almaniya və Fransanın maliyyə atəş gücündən narahat olduqlarını yaxşı bilir. Bu səbədən də aydın olur ki, hazırda ABŞ-a daha yaxın olan Aİ elitası ilə Fransa dəstəkli oyun planını daxildən tarazlaşdırmağa çalışan şəxs və qurumlar arasında çaxnaşmalar mövcuddur.
Fransız daxili bazar komissarı, Bretonun tərzi tez-tez onun subsidiyalarda rolu varmış kimi davranması təsəvvürünü yaradır. Payızda o, Aİ ölkələrinə məktub göndərərək təcili dövlət yardımı qaydaları ilə bağlı fikirlərini onun nəzarəti altında olan daxili bazar departamentinə göndərmələrini xahiş edib. Bu barədə detallı nüfuzlu Politico nəşri də təsdiq edici faktlar dərc edib.
Avropa diplomatları ilə görüşdə bir Komissiya nümayəndəsi bu halın tezliklə düzəldukməli olduğunu söyləyib. Aİ rəsmiləri yardımların fərqli paytaxtlardan girişi əvəzinə Vestager tərəfindən idarə olunan rəqabət şöbəsinə getməsindən əmin olmalarını istəyib.
Əsas olan Avropadır !
Breton proteksionist adlandırılmağı sevməsə də, onun son missiyası Avropanı transatlantik dostundan qorumaq olub. Onun Le Monde qəzetində hələ ötən il başlığı olduca diqqət çəkən müsahibəsi də var. Həmin yazının başlıqda qabardılan hissəsi ilə ABŞ ilə bağlı olub. Tieri Breton: "ABŞ-dan nə asılılıq, nə də tabeçilik"
Sentyabr ayında bir Komissiya rəsmisi bildirib ki, adı çəkilən fransıza Avropa sənayesi tərəfindən ABŞ istehsalı olan elektrik avtomobilləri üçün vergi güzəştləri və Amerika akkumulyatorlarının tədarük zəncirlərinə dəstək verən İnflyasiyanın Azaldılması Aktına qarşı çıxış etmək tapşırılıb.
Aİ rəsmiləri və diplomatları bu mövzu ətrafında səssiz-sakit heç nə yox imiş kimi dolanarkən, onun Paris tərəfindən dəstəklənən kampaniyası ciddi əks-səda doğurmaqda idi. Komissiyanın qərargahında bəziləri onun bu polislik cəhdlərini ABŞ-ı təzyiqdə saxlamaqda faydalı hesab ediblər.
Almaniya Xarici Əlaqələr Şurasının texnologiya və qlobal məsələlər proqramının rəhbəri Tayson Barker bildirib ki, "o (Breton), açıq şəkildə oyun pozucu olsa da, həmçinin müəyyən hallarda konstruktiv idi".
Tieri Breton hətta özünü Silikon Vadisi nəhənglərinə qarşı blokun "şerifi" kimi göstərərək milyarder İlon Maska xəbərdarlıq da edib. O, “Twitter” sosial şəbəkəsinin sahibinə də "Avropada quş bizim qaydalarımızla uçacaq" deyib.
Fransanın Aİ Şurasına sədrliyi dövründə Bretonla işləmiş keçmiş fransız rəqəmsal nazir Sedrik O, "Böyük Texnologiya şirkətləri yalnız güc balansını başa düşür" deyə açıqlama verib.
“Onlar [Breton və Musk] bir-birini görəndə, mütləq səmimi olaraq qalır, lakin Breton daha sonra dişlərini göstərir və haqlı olaraq da bunu etməlidir. Bu onun işidir”.
2000-ci illərin əvvəllərində France Télécom-un CEO-su olmuş Breton, demək olar ki, on il əvvəl, keçmiş Rəqəmsal Komissar Nili Kros Avropanın telekommunikasiya operatorlarına “konfiqurasiya” əmrini verdikdə, uzun müddət ona qarşı çıxmışdı.
Breton, siyasətin yavaş-yavaş kənara çıxarıldığı Berlaymont salonlarında nadir bir şəxsdir.
Keçən il o, Aİ-nin ətraf mühitə zərər verən avtomobillərlə bağlı qadağası ilə əlaqədar geriyə istiqamətlənən manevri ilə ekoloqları narahat etdi. O həm də Çinə tək səfər etdiyi üçün Almaniya kansleri Olaf Şoltsa da qarşı sərt çıxışlar etdi. Bretonun maraqlı addımlarından biri də avropalı həmkarlarını nüvə enerjisini yaşıl enerji hesab etməyə çağırması olub. O həm də, batareyalar və bulud üzərində sənaye ittifaqları və ya kiber qalxan kimi böyük layihələri də həyata keçirən şəxs olub.
Fransızın əməlləri təkcə burada bitmir, o, hətta Fransa aerokosmik şirkətlərinin sevimlisi olan “Iris²” adlı çoxmilyard avro dəyərində Aİ rabitə peyk proqramını irəli sürdü ki, bunun da Maskın kosmosda yerləşən “Starlink”-inə rəqib olacağı gözlənilir.
"Aydındır ki, ona başqalarına nisbətən daha çox sərbəstlik verilib" deyə bir Aİ rəsmisi daha əvvəl fikir bildirib. Bu barədə də “Politico” nəşri xəbər verib.
Həqiqətən də, Bretonun bu böyük ambisiyaları onun qismən Almaniya prezidentinə əks çəki daşı kimi qəbul görməsinə gətirib çıxarmışdı.
Jak Delors İnstitutunun beyin mərkəzinin direktoru Sebastien Mayar deyib ki, "Von der Leyenin bəzi mövzularda həddindən çox “alman” olması səbəbindən ona böyük təzyiqlər göstərilir. Lakin onlar (Von der Leyen və Breton) arasında istər-istəməz mövcud olan rol bölgüsü vəziyyəti tarazlaşdırır."
Bretonu bəzən də “idarə olunmayan raket” adlandırırdılar, lakin o ssenaridən kənara çıxanda çox vaxt Parisin dəstəyini də alır. Komissiyanın yüksək səviyyəli rəsmilərindən birinə görə, onun oktyabr ayında italyan həmkarı Paolo Centiloni ilə Avropa maliyyə həmrəyliyinin daha da möhkəmləndirilməsi ilə bağlı yazdığı çağırışı Fransanın gündəminin bir hissəsi idi.
Bütün bunların fonunda Tieri Bretonun bir növ Fransa prezidenti üçün işlədiyini demək heç də yanlış olmaq. İstiqaməti hələ xəritədə göstərilməyən, nizamlanmamış, tuşlanmamış roketə bənzəyən bu şəxs hələ Avropada çox qeyri-adi işlər və sərt çıxışlar edəcək kimi görünür.
Onun noyabr ayında 2035-ci ildə yanacaqla çalışan avtomobil mühərriki qadağasına yenidən baxılması çağırışı, Aİ-nin öz mövqeyi ilə ziddiyyət təşkil etməsinə səbəb oldu. Lakin bu, “Stellantis”-in baş direktoru Karlos Tavares və “Renault”-nun rəhbəri Luka de Meo kimi fransız avtomobil sənayesi kapitanlarının mövqeyini pozdu, onlar Brüsselin iqlim məsələlərində bir qədər fasilə verməsini istəyirdi.
Komissiyanın iki rəsmisinin sözlərinə görə, Breton avtomobillərlə bağlı şərhlərini əvvəlcədən həmkarları ilə məsləhətləşməyib.
10 gündən az müddət sonra Fransanın baş naziri Elizabet Born "son dərəcə iddialı" mühərrik qadağası ilə bağlı ehtiyatlılığını təkrarladı və elektrik avtomobil istehsalına keçməyin qorxulu olması ilə bağlı xəbərdarlıq etdi.
Breton özü etiraf edib ki, o, Makronun kritik Aİ postu üçün ilk seçimi deyil.
Aİ rəsmilərindən biri həm də açıqlamasında deyib ki, Breton Avropadakı seçkilərə hazırlaşır. Aİ rəsmisi qeyd edib ki, “Breton, gələcək haqqında ciddi düşünür. Onun Linkedin-də dərc etdiyi yazılarına diqqətlə baxın. Tieri, növbəti Avropa seçkiləri haqda düşünür”.
Heç bir fransız və ya alman namizədin iqtisadi cəhətdən güclü rəqabət portfelinə sahib ola bilməyəcəyinə dair yazılmamış qanunlar yavaş-yavaş aradan qalxmaqdadır.
Bütün bunların sonunda isə Tieri Breton proqnozların boş və mənasız olduğunu deyib. Onun sözlərinə görə o, həyatı boyunca bir sonrakı işinin adını həmin işə təyin olunmazdan 15 dəqiqə əvvəl öyrənib. Yəni onun gələcəklə bağlı planları yoxdur.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi