Yuxarıya
skip to main content

STM-in sektor müdiri, politoloq İlyas Hüseynov “Urmu gölünün harayı” mövzusunda keçirilən dəyirmi masada çıxış edib

02.12.2022

Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə noyabrın 30-da “Urmiya gölünün harayı” adlı dəyirmi masa keçirilib.  tədbirdə ölkəmizdə səfərdə olan Cənubi azərbaycanlı fəallar, həmçinin Azərbaycanın tanınmış ekspert və akademik icmasının nümayəndələri iştirak ediblər.

Dəyirmi masada Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiya, həmçinin bu ayrı-seçkiliyə qarşı ölkəmizdə və kənarda fərdlərin, təşkilatların necə fəaliyyət göstərməsi müzakirə olunub.

Dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da iştirak edib.