Yuxarıya
skip to main content

STM-in sektor müdiri Qubada Baş Prokurorluğun regional konfransında çıxış edib

16.11.2022

Quba şəhərində Baş Prokurorluq "Söz azadlığı və informasiya təhlükəsizliyi" mövzusunda regional konfrans keçirib. Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov vacib təkliflər səsləndirib.
44 günlük vətən müharibəsindən sonrakı dövrdə də müxtəlif səpkilərdə biz həmin işin elementlərini görə bilirik. Ancaq nəzərə almaq lazımdır ki, bu gün vətəndaşlarımız hibrid müharibənin çox təhlükəli formada ölkəmiz əleyhinə yönələn çalarlarına qarşı informasiya müdafiəsini yarada biliblər.

‘’Biz hər şeyi hüquq mühafizə orqanlarından gözləməməliyik. Əgər hüquq mühafizə orqanlarından bizim gözləntilərimiz çox olarsa, o zaman bizim konstitusiya tərəfindən yüksək şəkildə qorunan söz azadlığı məsələsi və digər prinsiplər hansı formada qorunacaq? Ona görə vətəndaşlarda informasiya təhlükəsizliyi ilə bağlı məsuliyyət şüuru olmalıdır. Yəni söz azadlığının sərhədlərini dəqiq müəyyənləşdirməyi bacarmalıyıq. Söz azadlığı o qədər mütərəqqi dəyərlərdən biridir ki, həm də eyni zamanda siyasi manipulyasiya vasitəsinə də çevrilə bilir. Bu gün söz azadlığının qoruyucusu kimi çıxış edən dövlətlərdə ciddi problemlər var. Məsələn, Amerikanın məşhur tarixçisi var Rebekka Steffof. Mən onun əsərlərini oxumağı çox sevirəm, onun yazdığı kitablar dünyaya demokratiyadan danışan ABŞ-ın bəzi mərkəzlərində qadağan edilib. Eyni zamanda həmin tarixçi, tədqiqatçının ABŞ-da KİV-lərə çıxışı bloklanıb. Çünki Rebekka Steffoff qeyd edir ki, bu gün onun təmsil olunduğu ABŞ söz azadlığı məsələsində ən ciddi problemləri yaşayan ölkədir. Bu sadəcə olaraq kiçik bir nümunədir. Ona görə hesab edirəm ki, söz azadlığı və eyni zamanda milli dövlətçilik ilə bağlı hər bir vətəndaşımızın üzərində məsuliyyət hissi olmalıdır. Mən indi burada Baş Prokurorluğun tədbirində çıxış edirik deyə demirəm mən bu mövzulara müxtəlif çıxışlarımda da toxunmuşam. Baş Prokurorluğun, DİN-in və həmçinin MN-in mətbuat xidmətlərinin işi həqiqətən bir örnəkdir. Çünki onlar ən böhranlı vəziyyətlərdə, həm də ən xırda məsələlərdə belə onlar operativ xidmət verməyi bacarır. Ancaq bəzən hansısa bir qüvvə vasitəsilə sosial şəbəkəyə dezinformasiya xarakterli bir xəbər daxil olur və həmin fake news birdən birə hansısa saxta səhifələr tərəfindən Azərbaycan dövlətçiliyinə xələl yetirmək məqsədir güdərək yayılır. Daha sonra isə mövzu ilə birbaşa əlaqədar qurumun mətbuat xidməti hadisədən 3 gün sonra hansısa çətin cümlələrlə açıqlama yayır. Bununla da artıq o qüvvələr çoxdan öz istəklərinə nail olmuş olur. Baş Prokurorluq, DİN və MN-in mətbuat xidmətlərinin həyata keçirdiyi uğurlu modellər var ki bundan istifadə edən qurumlar da artır. Məsələn Baş Prokurorluğunun sosial şəbəkə hesablarında daim canlı yayımlar edilir. Hər bir vətəndaş da həmin yayımlara qoşulub müraciətlərini edir, əməkdaşlar da operativ şəkildə müraciətləri cavablandırır. Digər məsələ də budur ki, vətəndaşlarımız da bu məsələlərdə hüquq mühafizə orqanları ilə həm ahəng iştirak etməlidir. 44 günlük vətən müharibəsində də dezinformasiya yayan hesablara qarşı vətəndaşlar da mübarizə aparırdı. Biz hüquq mühafizə orqanlarına məlumat verməyi bacarmalıyıq. Bir informasiya saytdadırsa və bizi istəməyən qüvvələr tərəfindən dövriyyəyə buraxılıbsa həmin informasiya haqqında məlumatı güc strukturları ilə bölüşməliyik. Bu gün müxətlif ideoloji təbliğat vasitələrini Azərbaycana qarşı istifadə etməyə çalışan qüvvələr var. Bir tərəfdən ideoloji təbliğat vasitələrindən istifadə edərək radikal elementləri sosial şəbəkələr üzərindən dövriyyəyə buraxırlar.

Bu gün Azərbaycan Respublikasının cinayət işi qaldırdığı bir sıra radikal təfəkkürlü insanlar var. Onlar hazırda müxtəlif sosial şəbəkə vasitələrindən istifadə edərək Azərbaycanın sekulyar dövlət sisteminə qarşı çağırışlar edirlər. Həmçinin Ellada xanım qeyd etdiyi kimi, qərb mərkəzli imperiyalist təfəkkürlü qüvvələrin bizə yad olan feminizm, LGBT və başqa təbliğat vasitələri ilə cəmiyyətin daxilində çaxnaşma salmağı hədəfləyirlər.

Ona görə mən hesab edirəm ki, 44 günlük vətən müharibəsindəki modeli biz örnək götürməliyik. Hər bir vətəndaşımız həm də informasiya müharibəsinin bir əsgəri olduğunun fərqinə varmalıdır.’’ – Tural İsmayılov