27 oktyabr 2022-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzi və dünyanın 25 dövlətindən olan universitet, təhsil institutları, beyin mərkəzlərinin təşkilatçılığı ilə "Zoom" formatında Beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.
Beynəlxalq konfransın mövzusu “Təhsil sistemində istedadlı şəxslərin kompetensiyalarının formalaşması” (Formation of Competences of Talented Individuals in the Education System) olub.
Azərbaycandan Sosial Tədqiqatlar Mərkəzi ilə yanaşı təşkilatçı qurumlar sırasında: Ukrayna Təhsil və Elm Nazirliyi, Milli Avisiya Universiteti,Təhsilin İnkişafı Təhsil Və Elmi İnstitutu,Kiyev Milli İqtisadiyyat Universiteti, ABŞ-ın Nyu-York Universiteti Professional Araşdırmalar Məktəbi, Universitet, Böyük Britaniyanın Koventri Universiteti, Almaniya Federativ Respublikasının Berlindəki Avropa Dövlət Məktəbi,Berlin, İtaliyanın Parma Universiteti, Estoniyanın Tallinn Texnologiya Universiteti, Birləşmiş Ərəb Əmirliklərindən Britaniyanın Dubay Universiteti, Latviyanın SIA Tax Consulting İnstitutu beyin mərkəzi, Slovakiyadan Baratislava Universitety, Türkiyənin Bingöl Universiteti, Çexiyanın Bohemiya Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti, Pakistan-Lahordan Milli Sənət Universiteti, Milli İncəsənət İnstitutu, Özbəkistan Milli Universiteti, Qazaxıstandan M.Auezov adına Universiteti, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası və s. yer alıb.
Beynəlxalq tədbirdə konfransın təşkilat komitəsinin üzvü, STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova açılış nitqi ilə çıxış edib. Məruzənin mövzusu: “Talented and gifted children and youth as the most important social capital - a sociological approach (İstedadlı və xüsusi qabiliyyətli uşaq və gənclər ən mühüm sosial kapital kimi - sosioloji yanaşma) ”mövzusunda məruzə ilə çıxış edib. Məruzədə “kreariv cəmiyyət, kreativ sinif”anlayışları ilə səciyyələnən müasir sivilizasiyada qabiliyyətli uşaq və gənclərin gələcəyin qurucuları kimi statusu və əhəmiyyətindən,Azərbaycan təhsil sitemində bu istiqamətdə görülən işlərdən bəhs edilib.
Konfransa müasir dünyada təhsil sistemində istedadlı uşaq və gənclərin qlobal problemləri, rəqəmsal sivilizasiya, süni intellekt texnologiyaları kimi çağırışlar fonunda yeni təhsil modellərinin axtarışları ilə bağlı yüzə yaxın məruzə təqdim edilib.