Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət-din münasibətləri - (İkinci Hissə)
Ümumiyyətlə, 1929-cu ili SSRİ-nin İslam üzərinə genişmiqyaslı hücumu- nun başlanğıcı hesab etmək mümkündür. ÜİK(b)P MK katibi L.Kaqanoviç 1929-cu ilin fevralında SSRİ-nin bütün bölgələrinə partiyanın “Din əleyhinə işin gücləndirilməsi tədbirləri haqqında” məktub göndərdi. Bu sənəd dini məsələlərin güc vasitəsilə həll edilməsini, dini qurumlara və din xadimlərinə qarşı repressiyaları artırırdı.
Bir ay sonra – 1929-cu il aprelin 8-də SSRİ hökuməti “Dini birliklər haq- qında” Qanun qəbul etdi. Bu sənəd 1990-cı ilə – SSRİ-nin dağılmasına qədər qüvvədə qaldı. Qanunda dəqiq göstərilirdi ki, “Dini cəmiyyətlər dindarların, əsasən, ibadət yerlərinin hüdudlarında dini tələbatlarının ödənilməsindən başqa hər hansı digər fəaliyyətlə məşğul olmaq hüququna malik deyil” və dini birlikləri cəmiyyət həyatının bütün sahələrindən “çıxarmaq” lazımdır.
Belə hüquqi əsası bəhanə gətirən kommunistlər repressiyanın yeni dalğasına başlayıb, Azərbaycanda dini qurumlara qarşı total hücuma keçdilər. Bu dəfə hədəf kimi, əsas zərbə məscidlərə yönəlmişdi. Azərbaycanda 1917-ci ildə 3000-ə qədər məscid var idi. Ölkədə 1927-ci ilin başlanğıcına qədər 1700- ə qədər məscid qalmışdı ki, onların 120-dən çoxu Bakıda və onun ətrafında yerləşirdi. Azərbaycanda 1929-cu ildə eyni vaxtda 400 məscid bağlanmışdı; 1933-cü ilə kimi bütün respublikada, acınacaqlı da olsa, artıq cəmi 17 məscid qalmışdı. Onlardan 11-i şiə, 2-si sünni və 4-ü şiə və sünnilərin növbə ilə namaz qıldıqları məscidlər idi.
Repressiyaların tüğyan etdiyi bu dövrdə SSRİ-də din xadimlərinə qarşı kütləvi terror əhalinin güclü narazılığına gətirdi və hakimiyyət orqanları din əleyhinə kampaniyanı müvəqqəti dayandırmağa məcbur oldular.
Acınacaqlı bir fakt kimi, 1937-ci ildə terror və “dini qalıqlara qarşı müba- rizə” dalğasının yenidən baş qaldırdığını, 1937-1938-ci illərdə 120 minə yaxın insanın repressiyaya uğradığını göstərməliyik.
Azərbaycan əhalisi həmin dövr siyahıyaalınmasına görə 3,2 milyon təşkil edirdi. Əhalinin sayına nisbətdə, repressiyaya məruz qalanların rəqəm göstəri- cisi hədsiz dərəcədə böyük idi. Kədərli fakt da bundan ibarət idi ki, repressiyaya uğrayanların böyük hissəsini ziyalı və ruhanilərin təhsilli nümayəndələri, yəni millətin intellektual potensialı təşkil edirdi.
Ənənəvi repressiya kampaniyası çərçivəsində hədəf zərbəsi təkcə İslamın nüfuzlu nümayəndələri deyil; eyni zamanda, 1930-cu illərin sonuna qədər Azərbaycanda bəhailik və nəqşbəndilik kimi çoxlu sayda təriqət və icma nümayəndələri praktiki olaraq məhvə məhkum oldular (Yunusov 2004, 141).
Azərbaycan SSR-də 1934-1938-ci illərdə ümumilikdə 27 458 nəfər repressiyaya məruz qalmışdı ki, onlar arasında din xadimləri kifayət qədər idi. Repressiyaya məruz qalanlar arasında Nargin adasında qətlə yetirilən “Qurani- Kərim”i Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri – 83 yaşlı Bakı qazisi Mir Məhəmməd Kərimağa da var idi (Orucov 2012, s.170).
Din nümayəndələrinin hədəf kimi götürülməsinin səbəblərindən başlıcası, onların sovet hakimiyyətinin ilk illərində marksizm-leninizm ideyalarının ya- yılmasına əngəl yaradıb, sosializmə qarşı barışmaz mövqe nümayiş etdirmələri idi. Bəzi müsəlman ruhanilərinin mövqeyi Oktyabr çevrilişi, habelə Şimali Azərbaycanın sovetləşməsi dövründə özünü əyani şəkildə büruzə verirdi.
Sovet hakimiyyətinin ilk illərində Gəncə və Zaqatalada hakimiyyət əleyhi- nə baş qaldırmış qiyamlarda çoxlu din nümayəndəsi fəal iştirak etmişdir. Azərbaycan SSR-də yüksəkrütbəli ruhanilərin əksəriyyəti əksinqilabçı partiya olan “İttihad” Partiyasının üzvü olmuş, sovet hakimiyyətini devirmək üçün əks- inqilabi qiyamlarda yüksək nüfuz sahibinə çevrilmişdilər. Qubadlı qəzasında 1922-ci ilin 10-17 avqustunda və 1923-cü ilin 18-19 oktyabrında baş vermiş əksinqilabi qiyamların başçıları ruhanilər – Hacı Qasım bəy Çələbioğlu və sabiq Qazi Bəxti Əfəndi olmuşlar.
Böyük Vətən müharibəsi illərində dinə münasibət
Almaniyanın 1941-ci ildə Sovet İttifaqına hücumundan sonra sovet rejimi- nin İslam dininə münasibətində müəyyən yumşalma hiss olunmağa başlandı. SSRİ-yə müdaxilə edən alman qoşunları Şimali Qafqazı işğal edərkən İslam dininə qarşı xoş məram nümayiş etdirirdilər. Hətta alman generallarından bəziləri Şimali Qafqazın işğal altında olan ərazilərinə gələrək nümayişkaranə şəkildə İslam dinini qəbul etdiyini bəyan edir və camaatın gözü qarşısında məscidlərdə namaz qılırdılar (İsgəndərov 2011, 13).
Eyni zamanda, İosif Stalin müharibənin tezliklə qələbə ilə bitəcəyini, SSRİ-nin dünyadan təcrid olunmuş şəkildə varlığını qoruyub saxlaya bilməyə- cəyini anlayırdı. Müharibədən sonra dünyada hegemon dövlətlərdən biri kimi qəbul olunmaqla yanaşı, həm də ideal siyasi sistem kimi nüfuz qazanmalı idi. İkinci cəbhənin açılması və müharibədən sonra Qərbə inteqrasiya üçün müəy- yən islahatların həyata keçirilməsi vacib idi.
Bu reallıqları nəzərə alan sovet rəhbərliyi 1920-1930-cu illərdə İslam dininə qarşı həyata keçirdiyi sərt siyasətdən imtina edərək, əhalini ümumi düşmənə qarşı səfərbər etmək üçün ruhanilərin köməyindən yararlanmağı qərara aldı. O dövrdə Ufa şəhərindəki Mərkəzi Müsəlman Ruhani İdarəsi SSRİ ərazisində fəaliyyət göstərən müsəlman dini qurumlarının və ruhanilərin fəaliyyətinə nəzarət və rəhbərlik etmək iqtidarında deyildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1943-1944-cü illərdə müvafiq qərarı ilə SSRİ-dəki müsəl- man qurumlarına və ruhanilərə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradıldı:
SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanlarının Ruhani İdarəsi (Ufa
şəhərində).
Orta Asiya və Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi (Daşkənd
şəhərində).
Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi (Bakı şəhərində).
Şimali Qafqaz və Dağıstan Müsəlmanlarının Ruhani İdarəsi (Mahaçqa- la şəhərində).
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ) SSRİ Ali Soveti Rəya- sət Heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə yaradıldı. Qurumun təsis olunmasında əsas məqsəd Azərbaycan, Gürcüstan və Ermənis- tan SSR-də yaşayan müsəlmanlara və onların məscidlərinə dini rəhbərlik etmək idi. Cənubi Qafqaz Müsəlmanlarının Birinci Qurultayı 1944-cü ilin may ayının 25-28-də keçirildi, Axund Ağa Əlizadə Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilərək ona “şeyxülislam” dini rütbəsi verildi.
1944-cü ilin mayında təsis edilən ZMRİ ölkəmizin müsəlman əhalisi arasında dini cərəyan ayrı-seçkiliyinə son qoyulduğunu nəzərə alıb, hər iki cərəyana mənsub məscidlərə dini rəhbərliyin birgə həyata keçirilməsi və vahid idarədə birləşməsi qərarına gəldi.
Azərbaycan, Gürcüstan və Ermənistan SSR-də müsəlmanların şiə və sünni təriqətlərinə mənsubluğu üzrə say nisbəti nəzərə alınaraq, ZMRİ Heyətinin 7 üzvündən 4-nün şiə, 3-nün isə sünni nümayəndəsi olduğu məqsədəuyğun hesab edildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiə nümayəndəsi tutdu və ona “şeyxülislam”, sünnilərin nümayəndəsi isə ruhani idarəsi sədrinin müavini vəzifəsinə təyin edildi və ona da “müfti” rütbəsi verildi.
Dini İşlər üzrə şuraların yaradılması
Yuxarıda adları çəkilən dörd böyük ruhani idarəsi keçmiş SSRİ məkanında yaradılsa da, hökumət strukturu olmadıqlarından, dövlətin siyasətinə qarışmağa səlahiyyətləri yetmirdi. Dini təşkilatların dövlət orqanlarına nüfuz edə bilməsi üçün bu iki qurum arasında münasibətləri tənzimləməyə xüsusi ehtiyac yarandığından, sözügedən sahədə əməli islahatların tətbiqi qaçılmaz idi. Dini mərasimlərdə ayinlərin icrası zamanı sovet qanunvericiliyinin müddəalarına əməl etmək zərurəti bu işlə məşğul olan dövlət orqanlarının yaradılmasını labüd edirdi. Beləliklə, 1943-cü ildə SSRİ Xalq Komissarları Soveti yanında Rus- Pravoslav Kilsəsi İşləri üzrə Şura, 1944-cü ilin mayın 19-da isə SSRİ Xalq Komissarları Sovetinin 572 nömrəli Qərarı ilə digər regionlarda başqa dinləri əhatə edən Dini İşlər üzrə Şura təsis edildi.
SSRİ Hökuməti yanında təsis edilmiş dini işlər şuralarının səlahiyyətinə dini duruma və dindarlara nəzarət vəzifəsini təmin etmək daxil idi. Sözügedən şuranın alternativi Azərbaycan SSR-də müvəkkil qismində 1944-cü il iyulun 9- da təşkil edildi və Bəybala Şahbazbəyov Dini İşlər Şurasının Azərbaycan SSR üzrə ilk nümayəndəsi təyin edildi.
1945-ci ilin mart ayında qəbul edilən sənədə əsasən, dini təşkilat və cəmiy- yətlərin məhdud çərçivədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasına, banklarda öz hesablarını açmasına, bir sıra köhnə məscidlərin yenidən fəaliyyətə başla- masına, dindar insanların müqəddəs yerlərə – Məkkə və Mədinə şəhərlərinə ziyarətə getməsinə icazə verilirdi (Yunusov 2004, 144).
Din sahəsində ard-arda müsbət tədbirlərdən sonra, yenidən – 1950-ci illər- dən başlayaraq, növbəti təzyiq mərhələsinə rəvac verildi. Bu, əsasən, N.S.Xuruşşovun hakimiyyətə gəlişindən sonra cərəyan etdi. O, tezliklə sosializm, ardından isə kommunizm cəmiyyətinin yaradılması kursunu elan etmişdi; eyni zamanda, ruslaşdırma siyasəti həyata keçirirdi.
1954-cü il iyunun 7-də Sov.İKP MK “Elmi ateist təbliğatda böyük çatış- mazlıqlar və onun yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul etdi. Sənəddə qeyd olunurdu ki, “Kilsə və müxtəlif dini təriqətlər öz fəaliyyətini xey- li dərəcədə canlandıraraq, müasir şəraitə çevikliklə uyğunlaşır və cidd-cəhdlə dini ideologiyanı əhalinin geridəqalmış təbəqəsi arasında yayırlar”.
Xalq arasında ateizm təbliğatını gücləndirmək üçün tədbirlər planı hazır- landı. Yeni məscidlərin açılmasına yol verməmək, din xadimlərinin təbliğat aparmalarının qarşısını almaq, habelə onların vergilərini artırmaq qərara alındı, Stalinin vaxtında fəaliyyət göstərən məscidləri bağlamağa başladılar. Nəticədə, Azərbaycanda cəmi 16 məscid, onlardan da 2-si Bakıda qalmışdı (Yunusov 2004, 146-147).
Əhali arasında din əleyhinə yenidən tətbiq olunan güclü sanksiylar heç də birmənalı qəbul edilmədi. Antidin təbliğatı güclü narazılıq dalğası yaratdı. Hökumət bu siyasətə yenidən nəzər yetirmək qərarına gəldi. Sov.İKP MK 1954-cü ilin noyabrında yeni – “Əhali arasında elmi-ateist təbliğatın aparılma- sındakı səhvlər haqqında” qərar qəbul etdi. Həmin qərarda din xadimlərinə münasibətdə baş vermiş əsassız amansızlıq faktları ilə bağlı təəssüf hissi ifadə olunurdu. Bu isə heç də o demək deyildi ki, SSRİ-də din əleyhinə kampaniya sona çatır, sadəcə, bu təbliğatın aparılma forması dəyişilirdi.
SSRİ rəhbərliyinin 1960-1970-ci illərdə İslama ikili münasibətini qeyd etmək vacibdir. Hakimiyyət bir tərəfədən, İslamın xalq arasında yox edilmə- sinə, cəmiyyət həyatından tamamilə silinməsinə çalışır, eyni zamanda, xarici siyasətdə, xüsusilə Yaxın Şərqdə sovet ideologiyasının təbliğində İslamdan təbliğat silahı kimi istifadə edirdi. Üçüncü məqam isə ondan ibarət idi ki, Amerika və sionizmlə mübarizədə SSRİ ərəb və müsəlman xalqlarının dostu kimi təqdim edilirdi.
Həyata keçirilən bu siyasətin davamı olaraq, din əleyhinə yazılan ədəbiy- yatın sayı artır, ateizm cəmiyyətləri öz təbliğatlarını daha da gücləndirirdi. Bir faktı qeyd etmək yerinə düşər ki, 1948-ci ildən 1976-cı ilədək olan dövrdə Azərbaycanda İslam əleyhinə 96 kitab yazılmış, hər il 15 minə qədər məruzə oxunmuşdur.
Görülən tədbirlərlə qane olmayan ölkə rəhbərliyi işlərin səmərəliliyini daha da artırmaq və mərkəzləşdirmə kursunu həyata keçirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 8 dekabr 1965-ci il tarixli Qərarına əsasən, SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurası yaradıldı. Dini İşlər Şurası haqqında Əsasnamədə bu qurumun SSRİ dövlətinin din sahəsində siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə yaradıldığı göstərilirdi. Şuranın başlıca vəzifəsi vətəndaşların “vicdan azadlığı”nı təmin edən SSRİ Konstitusiyasına, digər sovet qanunlarına, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanlarına və SSRİ Nazirlər Sovetinin qərarlarına riayət olunmasına nəzarət etmək idi. Şura yerli sovet orqanlarının təqdimatı əsasında dini təşkilatları qeydə almaq və qeydiyyatdan çıxarmaq hüququ əldə edirdi.
Qeyd etmək lazımdır ki, həmin dövrdə dini qurumların və onları təmsil edən nümayəndələrin maddi durumu qənaətbəxş deyildi. Belə ki, Dini İşlər Şurası haqqında Əsasnamədə, həmçinin qanunvericiliyin müvafiq bəndlərində ölkədə fəaliyyət göstərən dini təşkilatların mülkiyyətinin və əmlakının milliləşdirilməsi nəticəsində bu qurumların və ruhanilərin maddi vəziyyətində əhəmiyyətli dəyi- şikliklər baş vermişdi. Məscid, kilsə, sinaqoq, digər ibadət yerləri və ruhanilər dövlətin maddi yardımından tamamilə məhrum olunmuş, yalnız dindarların müəyyən köməyi ilə dolanmağa məcbur edilmişdilər. Din haqqında Dekretin müddəalarına əsasən, dövlətdən ayrıldığı üçün din və onun təşkilatları hökumətin maliyyə dəstəyinə ümid bəsləyə bilməzdi. Bu qurumlar və onların nümayəndələ- rinin qazancı dindarların verdiyi könüllü nəzirdən və vətəndaşların sifarişi ilə dini ayinləri icra etməyə görə aldıqları haqdan ibarət idi.
Sovet hakimiyyətinin dinə münasibətində dəyişikliklər 1970-ci illərin sonunda, xüsusilə də 1980-ci illərdə müşahidə olunmağa başlandı. Buna səbəb, ilk növbədə, Əfqanıstan müharibəsi və İran İslam İnqilabı idi. Sözügedən ölkələrdə cərəyan edən hadisələrin sovet müsəlmanlarına təsir edəcəyindən ehtiyatlanan SSRİ hakimiyyət orqanları İslama qarşı növbəti kampaniyaya başladılar (Cavadlı 2009, 64).
Həmin dövrdə Sovet Hökumətini ciddi narahat edən amil kimi, 1979-cu ildə İranda baş verən İslam İnqilabını göstərmək mümkündür. Məkan etibarilə Əfqanıstan Azərbaycandan uzaqda yerləşirdi və burada baş verən hadisələr haqqında məlumatlar bütünlüklə gəlmirdi. Əfqanıstandan fərqli olaraq İran ölkəmizə daha yaxın idi, orada baş verən hadisələri, Azərbaycan dilində yayım- lanan din haqqında verilişləri azərbaycanlıların dinləmək imkanı var idi. Sovet hakimiyyəti orqanları İran təbliğatının yaratdığı təhlükəni dərk edir və buna görə İranda yayımlanan televiziya və radioların Azərbaycanda dinlənilməsinin qarşısını almağa çalışırdılar. Sovet ideoloqları İranın Azərbaycana təsirini azaltmaq və eyni zamanda, məqsədli təbliğatın qarşısını almaq üçün düşünül- müş “vahid Azərbaycan” ideyasını irəli sürdülər.
Sovet hakimiyyətinin son illərində dinə münasibət
Yenidənqurma adlanan bu mərhələdə İslama qarşı siyasət yumşaldıldı. İslam və İrandakı İslam İnqilabı haqqında sovet şərqşünaslarının çoxlu kitabı nəşr olundu, İslam haqqında bir çox sorğu kitabı hazırlandı. Şərqşünas İ.Y.Kraçkovskinin 1986-cı ildə rus dilinə tərcümə etdiyi “Qurani-Kərim” yeni- dən nəşr olundu və bu, sovet müsəlmanları arasında böyük rezonans yaratdı; onlar bu kitabı əldə etməyə çalışdılar.
İslahatların davamı olaraq yeni məscidlər açılır, ibadət evləri və sitayiş ocaqlarının sayı artır, əhalinin dini etiqadına əngəl olacaq bütün maneələr aradan qaldırılırdı. Daha bir fakt: 1987-ci ilin sonuna doğru Azərbaycanda 18 rəsmi, 5 qeyri-rəsmi məscid fəaliyyət göstərirdi.
Zaqafqaziya Müsəlmanlarının Doqquzuncu Qurultayı 1989-cu il iyulun 25- də çağırıldı və Şeyxülislam Allahşükür Paşazadə yenidən Qafqaz Müsəlmanları İdarəsinin sədri seçildi. Qurultayın gedişində, eyni zamanda, 1986-cı ildə vəfat etmiş İsmayıl Əhmədovun yerinə Salman Musayev müfti təyin olundu. Elə həmin ildə Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı oldu. Bakıda mədrəsənin açıldığı haqqında xəbər 1989-cu il sentyabrın 30-da yayıldı.
Azərbaycanda dini şərait 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olduqdan və dinc vətəndaşların qanlı qırğını törədildikdən sonra dəyişməyə başladı. Sovet Hökuməti Azərbaycanda baş verən azadlıq hərəkatını “İslam fundamentalizmi” ilə əlaqələndirməyə çalışdı. Əslində isə baş verən hadisələrin İslamla birbaşa əlaqəsi yox idi. Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etmək istəyirdi.
Həmin dövrdə Şeyxülislam Allahşükür Paşazadənin nüfuzu xalq arasında daha da artmışdı. Sovet qoşunları Azərbaycana daxil olduqda, Sov.İKP MK Siyasi Bürosunun üzvü Y.M.Primakov Şeyxülislam Allahşükür Paşazadəyə Azərbaycana siyasi rəhbərliyi öz öhdəsinə götürməyi təklif etdi. Burada məqsəd əhalini sakitləşdirmək və rus ordusunun Azərbaycana daxil olmasını tutarlı səbəblərlə əsaslandırmaq idi.
Şeyxülislam Allahşükür Paşazadə uzaqgörənliklə bu təkliflə razılaşmadı və 1990-cı il yanvarın 22-də sovet qoşunlarının Bakıya daxil olması nəticəsində, amansız silahlarla qətlə yetirilmiş insanların dəfn mərasiminə başçılıq etdi.
Həmin dövrdə Şeyxülislam Allahşükür Paşazadə M.S.Qorbaçova açıq “Müraciət” ünvanladı, onun surətini isə BMT-nin Baş Katibinə, dünya ölkələ- rinin hökumət başçılarına və dini liderlərinə göndərdi. Müraciətdə Bakıda baş verən hadisələrdə bilavasitə Qorbaçov günahlandırılaraq, sovet qoşunlarının Azərbaycandan dərhal, qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Şeyxülislam Allahşükür Paşazadənin belə davranışı, bu müraciətin Azadlıq radiosunda oxunması onun nüfuzunu xeyli artırdı. Həmin dövrdə Zaqafqaziya Müsəlman- ları İdarəsi Qafqaz Müsəlmanları Ruhani İdarəsinə çevrildi.
Azərbaycanda 1991-ci ildən başlayaraq, İslam amili daha da gücləndi, 1987-ci illə müqayisədə məscidlərin sayı 23-dən 84-ə qədər artdı, respublikada çoxlu sayda dini təşkilat yaradıldı. Buna misal olaraq, “Tövbə”, “Azad Ruhanilər”, “İslam” cəmiyyətlərini, “İslam” Elmi Mədəni Mərkəzini göstər- mək mümkündür. Eyni zamanda, ilk siyasi təşkilatlar – Azərbaycan İslam Tərəqqi Partiyası və Azərbaycan İslam Partiyası meydana gəldi. Tezliklə Azər- baycan İslam Tərəqqi Partiyası fəaliyyətini dayandırdı və üzvlərinin böyük əksəriyyəti Azərbaycan İslam Partiyasının sıralarına daxil oldu.
Ceyhun Məmmədov
İlahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun rektoru