Yuxarıya
skip to main content

Dünyada hansı sağlamlıq problemləri geniş yayılıb?

30.09.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi insanların bu gün ən çox üzləşdiyi sağlamlıq problemlərini  araşdırıb. Tədqiqatda eyni zamanda, bu problemlərlə mübarizə üçün ölkələrin sağlamlıq xidmətlərinin nə qədər yaxşı təchiz olunduğu öyrənilib.

Üçüncü ildir ki, koronavirus insanların əsas sağlamlıq problemlərindən biri olaraq qalır (47%).  Yaponiya Covid-19 ilə bağlı ən çox narahatlıq olan ölkədir (73%), ikinci yerdə isə Peru (66%)  gəlir. Psixi sağlamlıq (36%) 2021-ci ildən etibarən 5% artıb və onu ikinci ən böyük narahatlıq halına gəlib. İlk dəfə olaraq üçüncü yerdə olan xərçəng xəstəliyini qabaqlayır.  Psixi sağlamlıq ən çox İsveç (63%), Çili (62%) və İrlandiyada (58%) narahatlıq doğurur. 2020-ci ildən bəri bu problem hər il beş faiz arataraq hazırda 36%-ə çatıb.

Respondentlərin üçdə birindən bir qədər çoxu (34%) xərçəngi əsas narahatlıq hesab edir. Portuqaliyada bununla bağlı narahatlıq səviyyəsi (79%) digər ölkələrdən xeyli yüksəkdir və bu günə qədər ölkədə ən böyük narahatlıqdır. Sonrakı yerdə Belçika gəlir. Burada  respondentlərin 59%-i xərçəngi əsas səhiyyə problemi kimi qeyd edir. Səhiyyə xidmətləri ilə bağlı ictimai rəylər hələ də yaxşı səviyyədədir: Respondentlərin yarıdan çoxu ölkələrinin səhiyyə xidmətini müsbət qiymətləndirir və onların 53%-i ən yaxşı müalicəni alacaqlarına inanır.

Braziliya (31%), Meksika (31%) və Peruda (35%)  respondentlər səhiyyələrini nisbətən zəif kimi xarakterizə edirlər. Macarıstan və Polşada da səhiyyə xidmətlərinin zəif olduğunu düşünənlərin faizi yüksəkdir (53% və 43%). Ümumilikdə, respondentlərin 33%-i səhiyyə xidmətlərinin növbəti illər ərzində yaxşılaşacağını düşünür və ən böyük problem kimi səhiyyə sisteminin yüklənməsi (42%) və kifayət qədər işçi heyətinin (42%) olmaması bildirilir.   Müalicənin qiymətləri də ən çox bildirilən problemlərdəndir (31%).

Şəfanə İbrahimova