Yuxarıya
skip to main content

Rusiyalılar yay tətilini harada keçiriblər?

29.09.2022

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) rusiyalıların bu il yay tətilini harada keçirməsi ilə bağlı sorğu keçirib.

Son illərdə epidemioloji məhdudiyyətlər və qeyri-müəyyən siyasi vəziyyət səbəbindən xaricdə tətillər getdikcə daha əlçatmaz olub. Pandemiyadan əvvəl, 2019-cu ilin yayında rusların 8%-i xaricdə istirahət edirdi, 2020-ci ildə koronavirus məhdudiyyətlərinin pik olduğu vaxtda bu rəqəm demək olar ki, sıfıra enib. 2021-ci ildə isə xaricdə istirahət edənlərin göstəricisi 13%-ə çatıb. Bu yay rusiyalıların 2%-i faizi başqa ölkədə dincəlib. Bu qrupda ən populyar istirahət yerləri Türkiyə (34%), Abxaziya (14%) və Qazaxıstandır (11%). Xaricə səfər edənlərin 7%-i Taylanda, 5%-i Misirə, 4%-i Birləşmiş Ərəb Əmirliklərinə və Ermənistana səfər edib.

 

Bu yay rusların 16%-i tətilini Rusiyanın başqa şəhər və ya regionlarında keçirib, bu, 2018-ci ildən bəri ən yüksək göstəricidir. Onların 7 %-i Krasnodar diyarının kurortlarını gəzib , daha 2%-i isə Krımda istirahət edib. Rusiyanın başqa şəhər və ya regionunda istirahət edənlər daha çox Sankt-Peterburq və Moskvaya səfər etməyi (hər biri 11%) seçiblər. Rusiyada istirahətin üstünlükləri arasında respondentlərin 19 %-i ilk növbədə gözəl təbiəti, təmiz havanı, iqlimi, 17%-i isə yaxşı hava şəraitini və isti yaydan razı qaldıqlarını qeyd ediblər. Aktiv istirahət və canlı emosiyalar tətilini ölkənin başqa şəhər və ya bölgəsində keçirənlərin 13%-ni heyran edib. Onların 9%-i isə isti dənizi, təmiz çayları və maraqlı görməli yerləri vurğulayıblar.

 

Rusiya daxilində istirahət edənlərin 28%-i bəyənmədikləri nəyinsə olmadığını bildirib.  Narazılığın əsas amilləri isə mənzil, yemək və istirahətin özünün yüksək qiymətləri olub (17%). Hər on nəfərdən biri pis hava şəraiti, həddindən artıq isti, təbii fəlakətlər və həşəratlarla üzləşib (10%). Zəif nəqliyyat infrastrukturu (6%), aşağı xidmət (5%), çirkli şəhərlər və çimərliklər (4%) Rusiyada istirahətlə bağlı xoşagəlməz təəssürat yaradıb.

Şəfanə İbrahimova