Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda ilk sosioloji anlayışlar kitabı dərc olundu

08.01.2024

Azərbaycanda sosial bilik sahəsində maariflənmə və yeni konseptual anlayışları  ölkənin elmi müzakirələrinə daxil etmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən  ilk dəfə olaraq 70 sosioloji anlayışı əhatə edən kitab çap edilmişdir.

Sürətlə dəyişən  müasir dünyanın  tədqiqi və dərk olunması daim yenilənən anlayışların inkişaf etdirilməsini tələb edir. E. Giddens və F.Sattonun müəllifləri olduğu “Sosiologiyada əsas anlayışlar”  kitabı sosiologiya elminin yetmiş anlayışını əhatə edir. Ha­zır­da so­sio­lo­gi­ya nəzəriyyəsi çoxşaxəlidir, ol­duq­ca ge­niş mə­sə­lə­lər dai­rə­si­ni əha­tə edir və cə­miy­yə­ti dərk et­mək üçün zən­gin təd­qi­qat me­tod­la­rı­nı cəlb et­mək­də­dir. Bu isə dün­ya­nı an­la­maq və izah et­mək cəhd­lə­ri­nin nə­ti­cə­si­,  bi­zə mə­lum olan an­la­yış­la­rın  təf­ti­şi və ye­ni­lə­ri­nin ya­ra­dıl­ma­sı zə­ru­rə­ti de­mək­dir. Bu ki­tab həm elmdə öz ye­ri­ni tut­muş, həm də ye­ni ya­ran­mış an­la­yış­la­rı eh­ti­va edir.

On­la­rın ara­sın­da za­ma­nın sı­na­ğın­dan ke­çən­lər də var, mə­sə­lən: “iq­ti­dar”, “si­nif”, “ideo­lo­gi­ya”, “cə­miy­yət”, “mə­də­niy­yət”. Bu an­la­yış­lar so­sio­lo­gi­ya ta­ri­xin­də ge­niş is­ti­fa­də olu­nub. On­lar in­di də dis­kus­si­ya­la­rı sti­mul­laş­dı­ra­raq, bir sı­ra təd­qi­qat la­yi­hə­lə­ri­ni is­ti­qa­mət­lən­di­rir­lər. Di­gər an­la­yış­lar – “gen­der”, “is­teh­lak­çı­lıq”, “iden­tik­lik”, “hə­yat  yo­lu”  uzun ta­ri­xə ma­lik ol­ma­sa­lar da, on­la­rın so­sio­lo­gi­ya­da ro­lu­  getdikcə artmaqdadır.

Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq burda anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və bütün tənqidlərə baxmayaraq, aktuallıq kəsb edən cəhətləri təqdim edilir. Kitabı xüsusilə dəyərli edən odur ki, belə təqdimat forması sosioloji anlayışların mövcud təsbitlərinin mütləq olmaması, konsepsiyaların ziddiyətliyi  və  qarşıdurmasının qanunauyğunluğu ideyasını ehtiva edir.

“Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Kitab Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə və baş məsləhətçi Sübhan Padarov tərəfindən tərcümə edilib. Tərcümənin redaktoru H. Axundzadədir.

Kitabın tərcüməsi və nəşri Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü olaraq,  “Polity Press” Nəşriyyatı ilə P14134 saylı razılaşması əsasında həyata keçirilib. Tərcümə Giddens A., Sutton P. Essential Concepts in Sociology. Second Edition (Polity Press, 2017) nəşrinə əsaslanır.