Sosial media inklüziv bir anlayışdır. Sosial media Facebook, Twitter, Instagram,TokTok və s. kimi sosial şəbəkələrin, bloqların, mikrobloqların, mesajlaşma proqramlarının, forum saytlarının, internet saytlarının, məzmun paylaşım saytlarının məcmusudur və internet texnologiyaları vasitəsilə məlumat və məzmunun istehsalını və paylaşılmasını təmin edən platformalardır. Xüsusilə, son illərdə sosial mediadan istifadənin artması sosial media asılılığını da ortaya çıxarıb. İnsanlar üçün əyləncə, məlumat alma, özünüifadə, istirahət vasitəsi və s. kimi istifadə edilən sosial mediadan həddindən artıq istifadə sosial media asılılığı olaraq təyin olunur.
Ekspertlər sosial media asılılığının digər əlamətlərini belə qruplaşdırır:
- Daimi onlayn olmaq arzusu
- Sosial media vasitələrindən intensiv istifadə
- Sosial mühitlərdə belə sosial şəbəkələrə fokuslanmaq
- Üz-üzə ünsiyyətdən qaçmaq
- Gündəlik həyata və sosial münasibətlərə zərər
- İnternet bağlantısı olmayanda və ya sosial mediadan uzaq olanda özünü narahat və məhrum hiss etmək
- Həyatın hər anını və bütün fəaliyyətlərini sosial şəbəkələrdə paylaşmaq arzusu
- Öz həyatını sosial mediada izlənilən insanlarla müqayisə etmək istəyi
Bu əlamətlərin bir neçəsinin fərdlərdə müşahidə edilməsi və xüsusilə, sosial mediadan uzaq qaldıqda yaşanan məhrumiyyət hissi sosial media asılılığına işarə edə bilər və bunun müalicə edilə bilən bir problem olduğu bilinməlidir. Sosial media insanların məlumatı qəbul edib yayması üçün vacib vasitə olsa da, hər şeydə olduğu kimi ondan da həddən artıq istifadə problem hesab olunur. Bu problemin miqyası fərdi tədbirlər görməyə və ya peşəkar yardım axtarmağa səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, internet asılılığının bir hissəsi olan sosial media asılılığı əslində fiziki asılılıqdan çox davranış asılılığı olaraq müəyyən olunur. Yəni, insanın müəyyən davranışlar edərək rahatlaşmağının asılılıq yaratdığı vəziyyət kimi qəbul edilir.
Sosial media asılılığı ilə bağlı müxtəlif araşdırmalar aparılır. Bu asılığı vurğulayan bəzi statistik nəticələrə nəzər salaq:
Bu mövzuda dünyada aparılan araşdırmalardan çıxarışları yetərincə artırmaq mümkündür.
Sosial mediaya aludə olmağın ən böyük səbəblərindən biri də mükafatlandırılmaq istəyidir. Çünki hesablarımızdakı videoları izləməklə, bəyənmələri artırmaqla, gündəlik problemlərimizi düşünmədən burada vaxt keçirməklə əslində özümüzü mükafatlandırmış hesab edirik. Bu fəaliyyətdən aldığımız həzz, bu hərəkəti təkrar-təkrar etmək istəyini özü ilə gətirir.
Mütəxəssislər uzun müddət sosial media istifadə etməyin zərərlərini belə qruplaşdırırlar:
- İnsanların həyatının özününkündən daha yaxşı olduğuna dair yalnış alqılar aşağı özgüvən hissinə gətirə bilir
- yalnızlıq hissini artırır
- anksiyete ve depressiya kimi psixoloji problemləri tətikləyir
- yuxu rejiminin pozulmasında mühüm rol oynayır. Xüsusilə, gecə yatmazdan əvvəl sosial mediada uzun zaman keçirmək iş həyatındakı performansın azalmasına gətirib çıxarır
- empatiya qurmaq qabiliyyətini aşağı sala bilir
- duyğusal yorğunluğa yol açır
- davamlı olaraq nəyisə qaçırmaq (fear of missing out) hissi yaradır ki, bu da zehni yorğunluq və stressə səbəb ola bilər.
Bəs sosial media asılılığından necə xilas olmaq olar?
Sosial mediaya sərf edilən vaxtı azaltmaq sosial media asılılığından xilas olmaq üçün ən əsas həll yoludur. Ancaq bunu planlaşdırmaqda çətinlik çəkilə bilər. Sosial media asılılığını aradan qaldırmaq üçün mütəxəssislər bəzi tövsiyələr edir:
- Hesablara sərf edilən vaxt üçün məhdudiyyətlər təyin edilə bilər. İndi bir çox sosial media mobil proqramlarında ekran vaxtı funksiyası var. Ekran vaxtı təyin etdikdə, bu vaxt bitdikdə proqram xəbərdarlıq edir. Burada nizam-intizamı qorumaq çox vacibdir.
- Tətbiqlərin bildirişlərini söndürmək effektli ola bilər. Sosial media hesablarınızdan gələn bildirişlər işləyərkən və ya oxuyarkən diqqəti yayındıra bilər. Hesablara yalnız əlçatan zamanlarda və məhdud vaxt çərçivəsində daxil olmaqda fayda var.
- Evdə olan zaman telefonu həmişə yanında daşımamaq gərəklidir. Qonaq otağından mətbəxə, mətbəxdən otağınıza hər keçəndə telefonu aparmaq məsləhət görülmür. Beləliklə, yemək bişirən, ailəylə söhbət edən zamanı sosial media hesablarına dəfələrlə daxil olmaq məcburiyyətində qalmadan keyfiyyətli vaxt keçirmək və fasilə vermək olar.
- Hər hansı bir asılılıqdan qurtulmağın ən yaxşı yollarından biri hobbi ilə məşğul olmaqdır. Bu məqamda sosial mediadan istifadəni azaltmaqla yanaşı, qalan vaxtdan yaxşı istifadə etmək vacibdir. Qısa müddətdə müxtəlif hobbilər əldə etmək mümkün ola bilər.
Təkcə böyüklər deyil, uşaqlar da sosial şəbəkələrdən istifadə ilə bağlı problemlərlə üzləşə bilər. Üstəlik, sərf etdikləri vaxtdan əlavə, sosial medianın uşaqlara verə biləcəyi zərər və rəqəmsal təhlükəsizlik kimi məsələlər də bu baxımdan diqqətə alınmalı məsələlər arasındadır.