Bəzən anlam verə bilmədiyimiz hadisələrin girdabında qalırıq. İnsanlar özləri üçün mütləq bir fikir formalaşdırırlar, bu mütləqiyyət bütün qəlblərə sirayət edir. Mütləqiyyət olan yerdə əsla inkişaf yoxdur. Həmişə yeniliklərə açıq olmaq lazımdır. Təəssüfedici məqam odur ki, bizim cəmiyyətdə fərdlərin bir çoxu elə zənn edir ki, alternativ düşüncələri araşdırsalar onların doqmaları sarsılacaq.
Doqmalar bəzən yararlıdır. Çünki elə doqmalar var ki, onlar birlik və vəhdətin lokomotividir. Doqmalar fərdi yad neqativ təsirlərdən qoruyur. Doqmalar mühafizəkarlıq duyğusunu gücləndirir. Qlobal kültürəl ekspansiya dövründə neomühafizəkarlıq indi heç olmadığı qədər vacibdir həm də. Bu baxımdan doqmalarından arınmaq bütövlükdə mənəvi risklər də yaradır, ya da mən belə düşünürəm.
Doqmatizm heç bir səbəb olmadan hər hansı bir fikrə və ya inanca inanmaq fikridir. Doqmatizmdə fikirlərə inanarkən onları sorğulamaq olmaz. Bir çox insan keçmişdən bu günə qədər dogmatizmə inanır. Bu təsir altında olan insanlar da yeni ideyalara qarşı çox fərqli davranışlar inkişaf etdirə bilərlər. Skeptika doqmatizmə yaddır.
Şübhə olmayan nəsnələr xəfifcə qəlibləşir. Şübhə olmayanda inkişaf olmur, tərəqqi axsaq gedir, formasiyalararası keçidlər ləng baş verir. Doqmatizm, müəyyən edilmiş və inanılan düşüncədən başqa bütün fikirlərə qarşı bir mövqedir. Qəbul edilmiş ideyadan başqa bütün fikirlərə qapalı şəkildə reaksiya verilir. Doqmatizmdən başqa bütün yeniliklərə şübhəsiz qarşı çıxırlar.
Doqmatik təfəkkür çərçivəsində bir fikri mənimsəyən və ona inanan insan düşüncələrindən asanlıqla əl çəkməz. Bu səbəbdən ortaya çıxan hər cür yeniliklərə qarşı mövqe tutulur. Milli düşüncə sistemini qlobalist təhdidlərdən qorumaq üçün doqma ilə konservantlıq arasındakı incə çizgini müəyyənləşdirmək labüddür.
Fəlsəfədə doqmatizmdə fikir azadlığına yer yoxdur. Həqiqət və rəy bir hesab olunur. Fəlsəfədə doqmatizmin əsasını sxolastik anlayış təşkil edir. Müasir dövrdə onlar dəyişiklik və inkişafı inkar edən təlimlər kimi ortaya çıxırlar. Doqmatizmi qəbul edən insanlar da fikir və inanclarının tamamilə doğru olduğunu iddia edirlər. Doqmatizmdə tənqid, müzakirə, fikir ifadəsi irəli sürülmür. r. Orta əsrlərdə təcrübələrlə sübut olunmayan məlumat və qaydalar bütün dünyada inkvizisiya işgəncələri ilə sübuta yetirilməyə çalışılırdı. Nümunə olaraq, günahsız insanın oda atsa belə yanmayacağı fikri qəbul edilib. Yanğına atılan şəxsin yanan zaman günahkar olduğu qənaətinə gəlinib. Doqmatizmin təsirləri müxtəlif dövrlərdə həyatda, ictimai həyatda, dövlət idarələrində də özünü göstərdi. Bu gün insanlara liberal dəyərlərdən “moizə” oxuyan Qərb öz doqmaları nə qədər insanın taleyinə faciələr bəxş etdi.
Doqmatik düşüncəni mənimsəyən insanların da tolerantlığı yoxdur. İnsanlarla ünsiyyət qurmağı da sevmirlər. Doqmatizmə inanan insanlar bildikləri və inandıqları həqiqətlərdən heç vaxt vaz keçməzlər. Başqa fikirlərə dözmürlər. Bu insanlar yenilikləri sevmir və fərqli fikirlərə hörmət etmirlər. Doqmatik təfəkkürü mənimsəyən insanlar hər cür yenilik və inkişafdan üz döndərib, yalnız öz inanclarını rəhbər tuturlar. Təfəkkür baxımdan da nə qədər təhlükəli olduğunu görürsüzmü?
Doqmatizmə ibtidai inanclardan tutmuş bəzi müasir fəlsəfi sistemlərə qədər hər yerdə rast gəlmək olar. Bir sözlə, doqmatizm hər hansı bir sistemin və ya şəxsin hər yerdə və hər zaman etibarlı olan dəyişməz düsturlar, mütləq məlumat təqdim etməsidir .
Ona görə də doqmalardan xilas olan toplumlar milli mühafizəkarlıq prinsiplərində də böyük addımlar atırlar.
P.S. Şübhə icimai həyatda pis ola bilər, amma fəlsəfədə çox vacibdir və danılmazdır.
P.P.S. O zaman biz “beynini sərbəst burax” deyib doqmatik yaradıcılıq etalonlarına da çox aludə olmamalıyıq