Atlantik Şurası tərəfindən qarşıdakı 10 il üçün dünyamızın siyasi və təhlükəsizlik sistemini təhdid edəcək təxminlər irəli sürülmüşdür. Bunlar aşağıdakılardır:
Bunlar Atlantik Şurasının Strategiya və Təhlükəsizlik üzrə Scowcroft Mərkəzinin ötən ilin payızında dünyanın aparıcı strateqləri və siyasi xadimlərinin iştirakilə keçirdiyi, qarşıdakı 10 ildə dünyamızda baş verə biləcək dəyişiklərlə bağlı sorğudan əldə etdiyi təxminlərdən sadəcə bir neçəsidir.
Ümumilikdə 167 ekspert geosiyasət, iqlim dəyişikliyi, texnoloji problemlər, qlobal iqtisadiyyat, sosial və siyasi hərəkatlar, və digər məsələlərlə bağlı qarşıdakı dövrə dair öz fikir və görüşlərini paylaşıblar.
Respondentlərin böyük hissəsi (60 %-ə qədəri) ABŞ sakini olsa da, onların milliyəti dünyanın 30-a yaxın ölkəsini əhatə edir və qeyri-Amerikan respondentlər arasında Avropalılar çoxluq təşkil edir (respondentlərə suallar yönləndirilərkən onların hazırda yaşadığı və sakini olduğu ölkə deyil, ilkin/əsas milliyətinin daşıyıcısı olduğu ölkənin coğrafi fərqləndirici xüsusiyyətləri nəzərə alınmışdır).
Respondentlər geniş sahələrdə, o cümlədən özəl sektorda (26%), akademik və ya təhsil institutları (21%), QHT (19%), dövlət idarəetməsi (16%) və azad ekspert/freelancer (13%) olaraq çalışırlar. Onların yaş kateqoriyalarına görə bölgüsü belədir: əksəriyyəti 35 yaşdan yuxarı, 22-35 yaş arası isə 10%-dən az, həmçinin respondetlərin cinsiyyət tərkibində böyük əksəriyyəti kişilər təşkil edir.
Beləliklə dünya 2033-cü ildə necə görünəcək? Burada sorğu nəticələrindən əldə etdiyimiz 10 əsas təxmini təqdim edirik.
Ən təəccübləndirici hal bir çox respondentin Rusiyanın qarşıdakı 10 il ərzində böyük ehtimalla dağılacağını qeyd etməsidir – Kremlin Ukraynaya qarşı müharibəsi dünyanın ən böyük nüvə arsenalına malik böyük gücündə dərin təlatümlərə gətirib çıxara bilər.
Respondentlərin demək olar yarısı (46%) Rusiyanın 2033-cü ilədək ya “uğursuz dövlət” (failed state) olacağını yaxud parçalanacağını təxmin edir. 1/5-dən çoxu (21%) hesab edir ki, Rusiya növbəti 10 il ərzində “uğursuz dövlət” olacaq. Bu rəqəm Əfqanıstanla bağlı eyni təxmindən 2 dəfə artıqdır.
Daha da maraqlı məqam odur ki, respondentlərin 40%-i Rusiyanın 2033-cü ilədək daxili inqilablar, vətəndaş müharibəsi, siyasi disinteqrasiya/bölümlə və ya hər hansı digər daxili səbəblə parçalanacağını gözləyir. Rusiyanın parçalanması ilə bağlı xüsusilə Avropalılar daha pessimist yanaşmaya sahibdirlər: onların 49%-i, Amerikanların isə 36%-i bu təxmindədirlər.
2033-cü ilədək siz aşağıdakı ölkələrdən hansının daxildən, yəni inqilab, vətəndaş müharibəsi yaxud siyasi bölünmə səbəbilə parçalanacağını düşünürsünüz?
Qeyd: bu suala 149 respondent cavab verib.
Hazırda “uğursuz dövlət” olmayan hansı ölkə növbəti 10 ildə “uğursuz dövlət” ola bilər?
Qeyd: bu suala 133 respondent cavab verib.
Bu nəticə isə sorğunun digər nəticələrini kölgədə qoyur: ümumi respondentlərin 14%-i, Rusiyanın qarşıdakı dövrdə “uğursuz dövlət” olacağını və parçalanacağını bildirən respondentlərin isə 22%-i əmindir ki, Rusiya növbəti 10 il ərzində nüvə silahından istifadə edəcək.
Bəziləri ilə ümid edir: Rusiyanın qarşıdakı dövrdə “uğursuz dövlət” olacağını və ya parçalanacağını düşünənlərin 10%-i isə bu zaman müddətinin başa çatmasından sonra Rusiyanın hazırki avtokratik dövlət modelindən demokratik dövlətə çevriləcəyinə inanır.
Hər 8 respondentdən biri (13%) qarşıdakı 10 ildə yeni dövlətlərin nüvə silahı əldə edəcəyini qeyd edir, və respondentlərin ¾-dən artığı qarşıdakı dövrdə nüvə silahına sahib olacaq dövlətlərin adlarını çəkir. 2033-cü ilədək nüvə silahına malik olacaq dövlətlər arasında ən çox adı çəkilən İrandır (68%) – Atlantik Şurasından Matthew Kroenig öz ayrıca araşdırmasında iddia edir ki, bu, böyük ehtimalla gələn il baş verəcək. Lakin İran yalnız olmaya bilər. Nüvə silahı klubunun genişlənəcəyini təxmin edən respondentlər, növbəti 10 il ərzində 1.6 dövlətin bu kluba daxil olacağını qeyd edir.
Aşağıdakı dövlətlərdən hansı növbəti 10 il ərzində nüvə silahına sahib olacaq?
Qeyd: bu suala 149 respondent cavab verib. Respondentlərin birdən çox seçim etmək imkanı olub.
Bir neçə nüvə dövlətinin eyni anda peyda olmasının səbəbi regional rəqib cəbhələrin nüvə silahlarının yayılmasında yarışı ola bilər. Məsələn, İranın bu dövrdə nüvə silahı əldə edəcəyindən əmin olanların 41%-i Səudiyyə Ərəbistanının da bu addımı atacağını qeyd edir. Bunun əksi olaraq, İranın nüvə silahı əldə etməyəcəyindən əmin olanların sadəcə 15%-i Səudiyyə Ərəbistanının nüvə silahı əldə edəcəyini düşünür. Bənzər olaraq, Yaponiyanın nüvə silahı əldə edəcəyini düşünənlərin 57%-i Cənubi Koreya haqda bənzər düşüncədədirlər. Birincisi birbaşa olaraq Səudiyyə-İran qarşıdurmasından yaranan hal olsa da, ikincisi Yapon-Cənubi Koreya nüvə yarışı Çin və/vəya Şimali Koreya ilə qarşıdurmanın səbəbindən yarana bilər. Həmçinin, Çinin Tayvana qarşı qarşıdakı 10 ildə müharibəyə başlayacağını düşünənlərin 22%-i Cənubi Koreyanın, 16%-i Yaponiyanın qarşıdakı dövrdə nüvə silahı əldə edəcəyini qeyd edir. Çinin sərt güc istifadə etməyəcəyindən əmin olanların Cənubi Koreya və Yaponiya ilə bağlı gözləntiləri isə, müvafiq olaraq 13 və 6%-dir.
Müsbət tərəfdən baxdıqda rəyi soruşulanların əksəriyyəti (58%) inanır ki, qarşıdakı 10 ildə nüvə silahı istifadə olunmayacaq. Mənfi tərəfdən baxdıqda, respondentlərin demək olar 1/3-nin (31%) növbəti illərdə II Dünya Müharibəsindən sonra ilk dəfə nüvə silahının istifadə olunacağına dair fikirləri kifayət qədər narahatedicidir. Nüvə silahının istifadə olunacağını düşünənlər, bunun qlobal deyil, regional münaqişə müstəvisində baş verəcəyini vurğulayır. 2033-cü ilədək nüvə silahı istifadəsində ən çox adı çəkilən Rusiyadır (14%). Rusiyanın nüvə silahını istifadə edəcəyini bildirən respondentlərin 1/3-ü inanır ki, Rusiya NATO-ya qarşı müharibəyə başlayacaq. İkinci ən çox adı çəkilən isə Şimali Koreyadır (10%) ki, bu ölkə də ehtimallara görə ilkin olaraq öz regional rəqiblərinə qarşı nüvə silahı işlədə bilər, nəinki məsələn, ABŞ-a qarşı.
Hansı aktorların növbəti 10 ildə nüvə silahı istifadə edə biləcəyini ehtimal edirsiniz?
Qeyd: bu suala 147 respondent cavab verib.
Respondentlərin cavablarına görə bu sahədə beynəlxalq diqqətin az olduğuna görə nüvə silahlarının yayılması qaçınılmazdır. Respondentlərin sadəcə 2%-dən az hissəsi nüvə silahlarının yayılmaması üçün beynəlxalq əməkdaşlığın qarşıdakı dövrdə artacağına ümid edir. Dünyanı narahat edən lakin yetərli diqqət görməyən ən böyük qlobal risk olaraq 10% respondent nüvə silahlarının yayılması və ya nüvə silahının istifadə olunduğu münaqişələri qeyd etmişlər.
Bu yaxınlarda ABŞ rəsmiləri 2027-ci ilədək Çinin Tayvanı birləşdirmək üçün müharibə kampaniyasına başlaya biləcəyinə dair narahatlıqlarını dilə gətirmişdilər. Bizim sorğumuz da bu narahatlığı təsdiq etdi. 70% respondent bu fikirlə razılaşır (58,4% razılaşır, 12% tamamilə razılaşır) ki, Çin qarşıdakı 10 ildə Tayvanı ələ keçirəcək. Sadəcə 2/10 (20%) respondent bu ssenarinin gerçək olmayacağını düşünür, 8% isə “bilmirəm” cavabı vermişdir.
Siz bu fikirlə razısınızmı? Qarşıdakı 10 ildə Çin güc istifadə etməklə Tayvanı ilhaq edəcək.
Qeyd: bu suala 149 respondent cavab verib.
İnsanların çoxu hazırda Rusiyanın ABŞ və NATO-ya qarşı müharibə riskinə fokuslanıb. Lakin diqqət çəkicidir ki, NATO-nun birbaşa sərhəddində Ukraynadakı qaynar müharibə şəraitində, respondentlərin əksəriyyəti (60%-dən çoxu) qarşıdakı 10 ildə Rusiya-NATO hərbi toqquşmasını ehtimal etmirlər və inanırlar ki, müharibə Ukraynada durdurula və Rusiya elə zəif hala salına bilər ki, NATO ilə birbaşa müharibəyə daxil olmaq imkanı olmaz. Tayvana qarşı Çinin hücumu şəraitində ABŞ adaya yardım edərsə, Çin-Tayvan münaqişəsi Rusiya-NATO münaqişəsindən daha çox böyük güclər arasında münaqişəyə gətirib çıxara biləcək potensiala sahibdir. Odur ki, yeni dünya müharibəsi Avropada deyil, Asiyada ola bilər.
Siz aşağıdakı fikirlə razısınızmı? Qarşıdakı 10 ildə Rusiya və NATO birbaşa hərbi münaqişəyə daxil olacaqlar.
Qeyd: bu suala 149 respondent cavab verib.
Mümkün qarşıdurma ehtimalı, yaxud ABŞ və Çin iqtisadiyyatlarının savaşı haqqında çoxlu fikir və müzakirə ola bilər. Lakin bizim sorğu keçirdiyimiz ekspertlər aydın bir əminliyə sahibdirlər: tam sərt qarşıdurma ehtimal xaricindədir. Bütün geosiyasi gərginliklərə, ikitərəfli ticarət qadağalarına baxmayaraq, böyük ehtimal olunan nəticə odur ki (repondentlərin 40%-i) ABŞ və Çin iqtisadiyyatları indiki ilə müqayisədə 2033-cü ilədək “daha az” qarşılıqlı bağlı olacaqlar. Bundan başqa, Çinin Tayvana qarşı sərt güc istifadə edəcəyini ehtimal edən respondentlərin 64%-i əmindir ki, iki ölkə arasında iqtisadi qarşlıqlı bağımlılıq azalacaqdır. Çinin Tayvana qarşı sərt güc istifadə edəcəyini düşünənlərin 22%-i isə ABŞ və Çin iqtisadiyyatlarının 2033-cü ilədək daha çox qarşılıqlı bağımlı olacağını düşünür.
2033-cü ildə ABŞ və Çin iqtisadiyyatları bu günkü ilə müqayisədə daha çox yaxud daha az qarşılıqlı bağımlılığa malik olacaq?
Qeyd: bu suala 148 respondent cavab verib.
Respondentlərin 58%-i 2033-cü ilədək iki ölkə arasında iqtisadi qarşılıqlı bağımlılığın daha da azalacağını, 23% isə əksinə, daha da artacağını təxmin edir. ABŞ respondentlərinin isə 64%-ü qarşılıqlı bağımlılığın azalacağı yönündə fikirə sahibdirlər (onların 24%-i isə qarşılıqlı bağımlılığın artacağını düşünür).
Respondentlər ABŞ-ın qarşıdakı dövrdə də güclü qalacağını, lakin bir sıra milli maraqları əhatə edən sahələrdə üstünlüyünü qoruya bilməyəcəyini təxmin edirlər. Hər 10 nəfərdən 7-si ABŞ-ın 2033-cü ilədək dünyanın üstün hərbi gücü statusunu qoruyacağını düşünür, lakin bu, Çinin artan hərbi modernizasiyası və ABŞ-ın öz hərbi üstünlüyünü gedərək itirməsi fonunda yaxşı ehtimal göstəricisidir. Bununla yanaşı ABŞ-ın texnoloji üstünlüyünü tam şəkildə qoruyacağından respondentlərin təxminən yarısı əmindir. Respondentlərin hər 10-dan 3-ü ABŞ-ın dünyanın üstün/dominant siyasi aktoru olacağını, bundan bir qədər çox hissəsi isə dünyanın üstün iqtisadi gücü olacağını təxmin edir.
“Əgər ABŞ iqtisadi və siyasi üstünlüyünü itirərsə digər üstünlüklərini qoruya bilərmi?” sualına gələn cavablar belədir ki, hərbi güc önəmli dərəcədə güclü ittifaqlar və iqtisadi və texniki inkişafla bağlıdır, odur ki, texnoloji güc də öz növbəsində önəmli ölçüdə ölkənin texnoloji üstünlükləri iqtisadi faktora çevirə bilmə bacarığı ilə birbaşa əlaqəlidir.
2033-cü ilədək ABŞ aşağıdakı sahələrdən hansında dünyanın üstün gücü olacaq?
Qeyd: bu suala 150 respondent cavab verib.
Amerikanın hansı sahədə üstün güc olacağına dair rəylər müxtəlifdir. Birinci qrup (17%) pessimistdir və 2033-cü ilədək ABŞ-ın bu sahələrin heç birində üstünlüyünü qoruya bilməyəcəyini düşünür, onların təxmininə görə ABŞ “uğursuz dövlət” olacaq, parçalanacq, bir daha dünyanın super gücü statusuna yiyələnməyəcək (Bu qrupda yer alanlar növbəti 10 ildə “uğursuz dövlət” olaraq ABŞ və Pakistanı qeyd etmişdilər). 14% Amerikan respondenti və 17% Avropalı respondent bu qrupun içərisində yer alır. Ən maraqlı cavavlar isə ABŞ və Avropa xaricindən olan ekspertlərdən gəlmişdir: Bu qrupda yer alanların yarıdan çoxu ABŞ-ın gələcək üstünlüyü barədə düşüncələri pessimistdir (lakin bu analiz onları ayrıca bir qrup kimi götürmür, çünki sayları ayrıca qrup olaraq xarakterizə etmək üçün az və tərkibləri çox müxtəlifdir).
İkinci qrup respondentlərin 12%-ni təşkil edir və ABŞ-ın bütün – hərbi, iqtisadi, siyasi və texnoloji sahələrdə üstün güc olaraq qalacağını düşünür. Amerikanlar və Avropalılar arasında ABŞ-ın gələcək üstünlüyü ilə bağlı göstəricilər müvafiq olaraq 12% və 15% - təxminən pessimist olanların göstəricisi kimidir. Ciddi fərq dünyanın geri qalan hissəsindədir, onların arasında 2033-cü ildək ABŞ-ın bütün sahələrdə üstünlüyünü qoruyacağına inanan ümumiyyətlə yoxdur.
Respondentlərin rəyinə əsasən iqlim dəyişikliyi beynəlxalq siyasi gündəmi ən çox zəbt edən məsələlərdən biri olacaq. Çoxluq (42%) hesab edir ki, bu sahədə beynəlxalq əməkdaşlıq artacaq. İkinci daha çox qlobal diqqət cəzb edəcək sahə isə ictimai sağlamlıq (25%) qeyd olunmuşdur.
Sizcə aşağıdakı sahələrdən hansı qarşıdakı 10 ildə daha çox qlobal əməkdaşlığı təşviq edəcək?
Qeyd: bu suala 151 respondent cavab verib.
İqlim dəyişikliyinin 2033-cü ilədək ən çox diqqət və qlobal əməkdaşlıq cəlb edən sahə olacağını düşünənlərin təxminən 29%-i inanır ki, müxtəlif sosial hərəkatlar arasında məhz ekoloji hərəkatlar daha çox siyasi təsir gücünə malik olacaq. İqlim dəyişikliyinin beynəlxalq gündəliyə daxil olmayacağını düşünənlərin sadəcə 12%-i ekoloji hərəkatların siyasi gücünə inanır.
“Əgər siyasi liderlər və siyasətçilər iqlim mövzusuna daha çox fokuslanarsa pik həddə çatan karbon emissiyaları növbəti 10 ildə azalmağa doğru gedəcəkmi?” sualına cavablar müxtəlifdir. Beynəlxalq Enerji Agentliyi (IEA) bu yaxınlarda hesablamışdır ki, qlobal karbon-dioksid emissiyaları 2025-də pik həddə çatacaq (lakin dövlətlərin emissiya hədəfləri və qlobal istiliyin sənaye-öncəsi dövrdən ortalama 1,50 dərəcə artmasını stabilləşdirmə hədəfləri arasında ciddi boşluqlar var). İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal əməkdaşlığın artacağını təxmin edən respondentlər karbon emissiyalarının pik həddə çatması mövzusunda iki yerə ayrılırlar - onların bir qismi iqlim siyasətində aktiv davranışların təmiz-enerjiyə keçidi sürətləndirəcəyi, digər qismi isə iqlim siyasətinin gedərək artan istiləşməyə daha reaktiv cavab olacağını düşünür: 47% düşünür ki, 2033-cü ildə karbon emissiyalarında pik yaşanacaq, 42% isə bu fikirə qarşıdır. Digərləri, müvafiq olaraq 26% və 60% - pessimist və çox pessimist ehtimallar səsləndirmişlər.
IEA-nın əksinə olaraq respondentlərin əksəriyyəti karbon emissiyalarının 2033-cü ilədək pik həddinə çatıb, ondan sonra azalacağını düşünmür. Sadəcə 6,4% respondent əksinə, karbon emissiyalarının 2033-cü ilədək pik həddinə çatıb, ondan sonra azalacağını düşünür. Rəyi soruşulan eksperlərin 35%-i qarşıdakı 10 ildə pik və azalma ilə bağlı biraz daha optimistdirlər, bənzər şəkildə onların 23%-i qarşıdakı 10 il ərzində insanın Marsa eniş edəcəyi və Yerə geri qayıdacağına dair də optimist təxminlərə malikdirlər.
Aşağıdakı fikirlə razısınızmı? 2033-cü ilədək qlobal karbon emissiyaları pik həddə çataraq daha sonra azalmağa başlayacaq.
Qeyd: bu suala 141 respondent cavab verib.
Ayrıca bir sualda isə 2033-cü ilədək planetdə geniş ölçülü geomühəndisliyə başlanacağına dair respondentlərin rəyi soruşulmuş, 39% bu fikirlə razı, 35% isə narazı olmuşdur. Geomühəndislik işləri dedikdə iqlim dəyişikliyin qarşısının alınması məqsədilə görülən işlər, məsələn atmosferə aerosolların buraxılması göstərilə bilər.
2033-cü ilədək planetdə geniş ölçülü geomühəndisliyə başlanacağı fikri ilə razısınızmı?
Qeyd: bu suala 142 respondent cavab verib.
Respondentlərin böyük qismi qarşıdakı 10 ildə dünyanın daha çox iqtisadi və ictimai-sağlamlıq problemləri ilə üzləşəcəyi mövzusunda həmfikirdir. 76% 2033-cü ilədək 2008-2009-cu illərdə yaşanan maliyyə böhranına bənzər daha bir iqtisadi-maliyyə böhranının yaşanacağını iddia edir. 49% 2033-cü ilədək COVID-19 pandemiyasına bənzər daha bir böhranın baş verəcəyini təxmin edir. 16% isə bu cür iki və ya daha çox pandemiyanın baş verəcəyini iddia edərək daha pessimist rəy nümayiş etdirir.
2033-cü ilədək aşağıdakılardan hansının və hansı dərəcədə baş verəcəyini gözləyirsiniz?
Qeyd: bu suala 143 respondent cavab verib.
Son dövrlərdə yaşanan böhranlar bizi böhran ssenarilərini daha çox düşünməyə və müvafiq təxminlərə gəlməyə vadar edir. Lakin bu təxminlərdən görünür ki, əvvəllər əsrdə bir dəfə baş verən pandemiyaların artıq daha tez-tez baş verməsi, II Dünya Müharibəsindən öncəki iqtisadi qeyri-sabitlik dövrünə geri dönüşün mümkün olması gözlənilir. 1908-1949-cı illər arasında yaşanan 5 qlobal iqtisadi böhran qlobal adam başıma düşən ÜDM-ə daha çox pis təsir göstərmişdi, nəinki 2008-2009-cu illərin böhranı.
Respondentlərimiz bu suala dair qarşıdakı 10 ildə cəbhələrdən hər hansı birinin aydın qələbəsinə dair təxmin yürütməmişlər. Ekspertlərin daha çoxu (35,17%) ehtimal edir ki, qarşıdakı dövrdə dünyada demokratiyaların sayı azalacaq, daha azı (29%) isə artacağını düşünür. Sadəcə 1,4% 2033-cü ilə demokratiyaların minimum həddə çatacağını iddia edir. 35% inanır ki, dünya dünyada elə indi olduğu qədər demokratiya olacaq (biz gələcək demokratiyaların sayı qədər soruşmuşuq, onların ehtimal olunan gücü və ya tipi haqqında yox).
Qlobal demokratiyanın qarşıdakı 10 ildə necə olacağına dair aşağıdakı fikirlərdən hansı ilə razısınız?
Qeyd: bu suala 145 respondent cavab verib.
2033-cü ilədək demokratiyadan avtokratiyaya və ya tərsinə istiqamətdə hansı dövlətlərdə dəyişiklik baş verəcək açıq sualına respondentlər əsasən “heç biri” cavabını vermişdir. Xüsusi qeyd olunmalıdır ki, 46% avtokratiyadan demokratiyaya doğru hərhansı dəyişiklik gözləmir, lakin 31% digər istiqamətdə (demokratiyadan avtokratiyaya doğru) dəyişiklik gözləmir. Bu cavablam ümumi mənzərəni aydınlaşdırır: ümumilikdə ciddi dəyişiklik olmasa da, demokratiyadan uzaqlaşma meyilləri güclənəcək.
Həmçinin qeyd olunmalıdır ki, kiçik lakin önəmli bir hissə (bütün respondentlərin 9%-i və ABŞ respondentlərinin 10%-i) 2033-cü ilədək ABŞ-ın demokratik ölkədən avtokratiyaya doğru dəyişəcəyinə dair təxmin irəli sürmüşlər. Demokratiyanın daha da inkişaf edəcəyini düşünənlər arasında isə ABŞ-ın avtokratiyaya çevriləcəyini düşünənlər ümumiyyətlə yoxdur.
Dünyanın üzləşdiyi bütün gözlənilməz təhlükələrə və çağırışlara baxmayaraq beynəlxalq təhlükəsizlik təşkilatı dəyişilməz olaraq qalacaq.
Rusiyanın Ukraynanı işğal etməsi beynəlxalq təhlükəsizliyin təminində məsul olan təşkilatların imkanları və çatışmazlıqlarını açıq şəkildə ortaya qoydu. Respondentlərin bəziləri insanların təhlükəsiz yaşamı üçün Tayvanda müharibədən Rusiyada “uğuruz dövlət”, iqtisadi böhranlar və pandemiyalaradək dünyada bir çox təhdidlərin olacağını təxmin etəsələr də, onların böyük əksəriyyəti dünyanın mövcud təhlükəsizlik strukturunda ciddi dəyişiklik baş verməyəcəyini və əsasən indiki kimi qalacağını iddia edirlər.
NATO-nun qarşıdakı 10 ildə necə dəyişəcəyini düşünürsünüz?
Qeyd: bu suala 148 respondent cavab verib.
Cavablardan görünür ki, 82% respondent NATO-nun gələcək 10 illikdə Şimali Amerika və Avropanın təhlükəsizlik təminatı olaraq eyni qalacağını və mövcud olacağını təxmin edir. NATO-nun üzv dövlətlərinin sakini olan respondentlərin 85%-i ittifaqın indiki formasının qorunacağını düşünür, digər ölkələrdən olan respondentlərin isə 71%-i bu fikirdədir. Sadəcə 4% respondent NATO-nun təhlükəsizlik ittifaqı olaraq mənasını itirəcəyini təxmin edir.
BMT Təhlükəsizlik Şurasının mümkün genişlənməsinə dair cavablar da təxminən eynidir. 64% respondent 2033-cü ilədək BMT-nin ən güclü alt qurumu olan TŞ-nin yeni daimi üzvünün olmayacağını düşünür. Bu məsələdə BMT TŞ daimi üzvü olan və olmayan ölkələrin vətəndaşlarının cavabları demək olar bənzərdir (müvafiq olaraq 66 və 61%).
Qarşıdakı 10 ildə hansı dövlət BMT TŞ-də yeni daimi üzvlük əldə edəcək?
Qeyd: bu suala 149 respondent cavab verib.
İnstitusional inersiya və Şuranın cari daimi üzvlərinin öz maraqlarından əlavə BMT TŞ-nin strukturunun dəyişdirilməsi bunun olduqca çətin proses olması ilə əlaqədardır. Bir respondentin bu haqda fikri: “əgər yeni yer əlavə olunarsa, bu birdən çox olacaq, çünki dünyanın geri qalan hissəsi bir namizədlə razılaşmayacaq.” TŞ-nin genişlənəcəyini təxmin edən respondentlər bunun ortalama 1,7 dəfə olacağını qeyd edir. Ən güclü təxmin isə odur ki, əgər BMT TŞ daimi üzvlüyü genişlənərsə, Hindistan bu genişlənmədən mütləq olaraq faydalanacaq dövlətlərdən biri olacaq. 26% respondent Hindistanın, 11% Yaponiyanın, 9% Braziliyanın, 7% Almaniyanın, 4% Nigeriyanın, 2% Cənubi Afrikanın BMT TŞ daimi üzvü olacağını təxmin edir. Almaniyanı seçənlərin 45%-i ikinci əlavə daimi üzv olaraq Hindistanı qeyd edib. Afrika isə bu baxımdan uzaq təxmin olaraq görülür: Nigeriya və Cənubi Afrika ilə birgə 6%.
NATO və BMT TŞ-də baş verəcək dəyişikliklərin bu təşkilatların güclənməsinin yoxsa zəifləməsinin göstəricisi olaraq dəyərləndirilməli olduğuna dair sual ünvanlanmamışdır. Bəzi respondentlər bunun zəifləmə əlaməti olduğunu qeyd etmişdir. Narahatlıq doğuran məqam odur ki, müvafiq qurumların struktur dəyişikliyi baş verməzsə beynəlxalq təhlükəsizlik mühitinin qorunmasında onların təsir gücü azala bilər. Bu isə müvafiq qurumların institusional sağlamlığı mövzusunu gündəmə gətirir. Bütün bu fikirlər və təxminlər qarşıdakı 10 il ərzində dünyanın siyasi və təhlükəsizlik görünüşünə dair qlobal mənzərənin formalaşmasına xidmət edir.