Soyuq Müharibənin sonundan etibarən geosiyasətdə fundamental dəyişiklik ikiqütblü (bipolyar) dünyadan təkqütblüyü (unipolyar) və nəhayət qeyri-polyar (və ya çoxqütblü) qlobal reallığa doğru baş verdi. Bu trend geosiyasət və beynəlxalq siyasi məsələləri daha çox axıcılaşdırmaqla yanaşı, daha az öncədən görülə, proqnozlaşdırıla bilən etdi.
Bu gün Vaşinqtondakı siyasət qurucuları çevrələmə və əngəlləmənin Soyuq Müharibə strategiyasının yeni versiyasını icad etməyə çalışırlar. ABŞ Rusiya və Ukrayna arasında müharibə kimi başlayan bu savaşı özünü, o cümlədən NATO müttəfiqlərini birbaşa Rusiyaya qarşı qoyan konfliktə transformasiya etməyə cəhd göstərir. Amerikanın müdafiə naziri Lloyd Ostin bəyan edirdi ki, Vaşinqtonun məqsədi Rusiyanın bir qonşu dövləti işğal etməyə qadir olmayacaq dərəcədə zəifləmiş olduğunu görməkdir. Stefen Kotkin “Foreign Affairs”dəki “Heç vaxt sona çatamayan Soyuq Müharibə” adlı məqaləsində “orijinal Soyuq müharibənin sonu”nun bir ilğım olduğunu qeyd edir. Ronin Rayt da dünya siyasətindəki mövcud gərginliklər və toqquşmaları heç vaxt sona çatmayan Soyuq Müharibədə yeni faza olaraq görür. Con Hopkins Universitetindən Sergey Radçenko da bildirir ki, Soyuq Müharibənin 1989-cu ildə sona çatmasına dair Vaşinqton fərziyyəsi əbəs və amerikano-sentrikdir. Bu fərziyyə Moskvanın meydanda görünmək və ABŞ tərəfindən sayğı duyulmaq arzusunu idrak etməkdən uzaqdır. Tarixçi Mari Elisa Sarotte bildirir ki, Soyuq Müharibənin sonu və COVİD-19 pandemiyasının başlandığı zaman arasındakı dövr tarixi amneziya və öz-özünü aldatma ilə qeyd olunmalıdır.
Rusiyanın Ukraynanı işğalı ilə başlanan hadisələr zəncirini aydınlatmaq üçün Soyuq Müharibə analogiyasından istifadə mövcud geosiyasi reallıqları dərk etmədən uzaqdır. O, bu münaqişənin həyəcan təbili çalan səciyyəsini nəzərdən qaçırır – bu, Soyuq deyil, Qaynar Müharibədir. Soyuq Müharibənin Avropada hərbi münaqişələri basdırdığını xatırlamaq essensialdır. Nüvə müharibəsi potensialı hər iki tərəfi birbaşa olaraq bir-birinə hücum etmədən çəkindirirdi. Buna görə də, tarixçi Con Levis Qeddis bu periodu “Uzunmüddətli Sülh” adlandırır. Bəziləri isə Soyuq Müharibə onilliklərini Pax Europaea, Avropa Sülhü adlandırırlar. Ən azından Avropa qitəsi üçün Soyuq Müharibə XX əsrin ən əmin-aman dekadaları ilə üst-üstə düşür. İki supergüc öz mənafeləri üçün keçmiş rəqiblər arasındakı münaqişələri də basdırırdı. Bu şəkildə, Almaniya və Fransa arasında mövcud olan ənənəvi rəqabətlər Şəqr-Qərb konfrontasiyasına tabe edilirdi. Bu gün ilə müqayisədə, beynəlxalq sistemi idarə edən qanunlar ilə bağlı aydınlıq mövcu idi. Üstəlik, cari eradan fərqli olaraq, qlobal sistem Soyuq Müharibə onillikləri dövründə nisbi olaraq sabit idi.
Soyuq Müharibə ruhunu yenidən oyatmağa çalışma cəhdləri anlaşılandır. Nüvə müharibəsi təhdidinə rəğmən, SSRİ-nin meydanoxumalarına qarşı durmaq səbəbi Qərbi böyük əxlaqi aydınlıq ilə təmin edirdi. Keçmiş diplomat və influensial iqtisadçı Con Qalbreys yazır ki, özünü diktə edən fakt odur ki, son 45 ildə, yarım əsrə yaxın bir zamanda, heç kəs öldürülmədi, zəngin və nisbi olaraq affluent industrial ölkələr arasında münaqişə baş vermədi. Bu, özünü kapitalist və kommunist olaraq xarakterizə edən ölkələr arasında da keçərli idi. Qalbreysin Soyuq Müharibənin keçmiş günləri ilə bağlı lamentasiyası “Financial Times”dakı yazısında da əks olunur: “Qərbin Soyuq Müharibəni sona çatdırma təsəllisi bir tarixdir. O, siyasi qeyri-sabitlik qorxuları və Şərqi Avropanı dünya iqtisadiyyatına inteqrasiya etmənin düşünülməyən kompleks çətinliklər yaradacağının fərqindəliyi ilə əvəz olunub.”
Soyuq Müharibə Qərbi yaşadığı əxlaqi böhrana müvəqqəti həll yolu ilə təmin edirdi. O, “qlobal despotik Şər”ə qarşı vuruşduğu iddiasına sahib idi. Soyuq Müharibənin sonu Qərbi bütün real anlamlarından qopardı. Paralel olaraq, bu cəmiyyətlərdə “ümumi xeyir”in yoxluğu problemi kəskin formada özünü biruzə verməyə başladı. Bu da əlbəttə ki, Qərb cəmiyyətlərində daxili konsesusu təsis etmənin qeyri-mümkünlüyü ilə bağlı idi. Amerikalı tarixçi Villiam Makneill bildirir ki, Soyuq Müharibə daxili məsələlər ilə bağlı əndişələri dislokasiya etməyə və onların xarici məsələlər müstəvisinə proyeksiyasına xidmət edirdi. O vurğulayır ki, yeni zahiri düşmən baş qaldırmadıqca amerikan siyasətçiləri və publikası daxildə nə baş verdiyi barəsində düşünməyə vadar olacaqlar. Soyuq Müharibənin “sonu”nda artıq pusquda gözləyən əxlaqi enervasiyanın və “cul-de-sac”ın nəticələrindən yayınmaq mümkün olmayacaqdı. Qərbin əxlaqən tükənmişliyi üzə çıxacaqdı.
“Biz nə üçün Soyuq Müharibə üçün darıxacağıq?” adlı “Atlantic”dəki məqaləsində Con Mirşaymer yazır ki, Soyuq Müharibə öncəki əsrlərdə Avropanın kabusuna çevrilən münaqişələrin bəzilərini basdırdı, onları həll etmədi: “Lakin biz bir gün Soyuq Müharibənin beynəlxalq münasibətlərdəki anarxiyaya verdiyi düzənin itkisinə görə təəssüflənə bilərik. Çünki Avropaya Soyuq Müharibədən əvvəlki bu əsrin 45 ilində bəlli olan nəzarətsiz anarxiya – Hobbsian “hamının hamıya qarşı müharibəsi” – silahlı münaqişənin prima causa-sı idi. Bu gün Avropa dövlətləri arasında silahlı konfliktlərin aradan qalxdığını düşünənlər gələcəyə zəmanətsiz optimizm proyeksiya edirlər. Bu optimizmin təməlini təşkil edən sülh nəzəriyyələri dayaz konseptlərdir.” Mirşaymer vurğulayır ki, Avropada böhranlar, hətta müharibələr potensialı Soyuq Müharibənin tarix olması ilə dramatik şəkildə artdı.
Tarixi amneziyanın nəticələri, Endizm çılğınlığı, həm milli, həm də kultural anlamda trasidional hüdudların əhəmiyyətinin inkarı Qərbin əxlaqən tərk-i silah edilməsinə səbəb olub. Müharibənin ilk aylarında Rusiyanın Ukraynada yaşadığı hərbi uğursuzluqlar Qərbi revitalizasiya etmək üçün hökumətlər və kommentatorlar tərəfindən bir imkan olaraq dəyərləndirilir. Buna görə də, Ukraynada müharibə “yeni era”nın başlanğıcı – “yeni dünya düzəni”nin tigeli” - olaraq alqışlanılır. Biz bunu bir sıra Qərb siyasilərinin dilində təsbit edə bilərik. Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynanı işğalı ilə bağlı dünyanın “yeni era” astanasında olduğunu bəyan etməklə yanaşı, təkcə 2022-ci ildə alman ordusunun büdcəsinin 100 milyard dollara çatdırılacağını bildirərək alman müdafiə siyasətində tarixi dönüşü elan edirdi.
Endizm perspektivindən Ukraynada müharibə “Böyük Sıfırlanma”nı müjdələyir. Ukraynanın “Great Reset”i sürətləndirdiyi bildirilir. Bu fantaziya ssenerasini irəli sürən Dünya İqtisadi Forumunun qurucusu Klaus Şvab 2020-ci ildə pandemiyanın “kapitalizmin böyük sıfırlanması” üçün məcburedici səbəb doğuracağını iddia edirdi. “Böyük Sıfırlanma”nın hansı anlam kəsb edə bilməsindən asılı olmayaraq o, yeni eranın gəlişini, keçmiş eranın sonunu simvollaşdıran bir metaforadır. Bu sentiment müxtəlif üsullarla dilə gətirilib. Britaniyanın keçmiş XİN Liz Trass bildirirdi ki, Ukraynanın işğalı 11 sentyabr hadisələri miqyasında paradiqmal dəyişiklikdir. Bizim necə cavab verəcəyimiz bu yeni eranın örnəyini formalaşdıracaq. Trassa görə, bu paradiqmal dəyişiklik azad demokratiyaların qlobal təhlükəsizliyə yanaşma tərzini köklü surətdə dəyişməsi kimi anlamlandırıla bilər. ABŞ pezidenti C.Baydenə görə isə, Yeni Dünya Düzəni ABŞ-ın qlobal hegemoniyasını yenidən təsis etmək deməkdir. Bu düzən digərləri üçün bir reallıqdan daha çox bir aspirasiyadır. Ukrayna prezidentinin müşaviri A.Yermak qeyd edirdi ki, mövcud beynəlxalq münasibətlər sisteminin müddəti sona çatıb. O artıq çürüyüb. Onun qalıqları kollapsa uğrayıb. Onu yenidən canlandırmağa çalışmaq əbəsdir. O, nasaz bir makinaya bənzəyir: ayaqları hərəkət edə bilsə də, dişləri yeyilib, kəsici hissələri əsnəyib. Onun hərəkətlərinə perfeksiya verən sinxroniklik artıq yoxdur”.
Dominant beynəlxalq təhlükəsizlik sisteminin tükənmişliyi ilə bağlı Yermakın xəbərdarlığı yeni düzənlənmə tələbi ilə çulğalanıb. Lakin qloballaşma və onunla assosiasiya edilən dünya düzəninin tükənməsi heç də o demək deyil ki, yenisi onun yerini almaq üçün meydana çıxıb.
Ukraynanın “yeni dünya”nın tigeli olaraq persepsiyası nə qədər entuziastik görünsə də, biz hələ yeni eranın ön mərhələsindəyik. Digər bir ifadə ilə, haraya keçid etdiyimiz haqqında çox kiçik məlumluğun olduğu bir keçid məqamındayıq. Qlobal hakimiyyət balansı sarsılır və əksər qlobal oyunçulara hansı istiqamətə doğru gedildiyi tam bəlli deyil. Amerikalı kommentator N.Layons qeyd edir ki, “yeni eranın başlanğıcını” son iki dekadasını parçalanma ilə keçirən öncəki eranın yeni formada yenidən doğuluşu kimi interpretasiya etmək daha doğru olardı.
Tam olaraq aydındır ki, ABŞ hökuməti Amerika dominantlı dünya düzənini yeni formada yaratmaq aspirasiyasını nümayiş etdirir. Ən azından ritorika səviyyəsində Amerikanın müharibə niyyəti Rusiyanı məğlub etmək və alçaltmaqdır. Tramp administrasiyası dövründə Müdafiə nazirinin baş müşaviri olmuş Duq Makqreqor Vaşinqtonun mövqeyini belə dəyərləndirirdi: “Nəzərə almalıyıq ki, Rusiyanın istənilən uğurunu tanımağı ehtiva edən hər hansı sülh razılaşmasına ümumi müxaliflik var. İnsidental olaraq bu əməliyyatda yer alan ukraynalılar Rusiya ordusuna mümkün olduğu qədər çox itki verdirərək böyük sayda ölməlidir. Çünki bütün bunların real məqsədi Rusiya dövləti və V.Putinin məhv edilməsidir".
D.Makqreqorun Amerikanın savaş niyyəti ilə bağlı sinik dəyərləndirməsi CİA-in keçmiş direktoru Obama administrasiyası dövründə Pentaqon rəhbəri olmuş Leon Panetta tərəfindən də bölüşülür: “Putinin öhdəsindən gəlmənin yeganə yolu səylərimizi ikiqat artırmaqdır. Bu da, ruslara qarşı döyüşləri davam etdirə bilmələri üçün ukraynalıları mümkün olduğu qədər çox zəruri hərbi yardımla təchiz etmək deməkdir. Biz burada münaqişəyə müdaxil oluruq. Söyləsək də, söyləməsək də bu, Rusiya ilə proksi müharibədir. Bu barədə şübhə olmasın ki, üstünlüyümüzün olmadığı yerdə diplomatiya heç bir işə yaramır. Üstünlüyü əldə etməmnin yolu mübarizəyə qoşulmaq və rusları öldürməkdir. Ukraynalıların etməli olduğu budur. "Müharibəni davam etdirməliyik. Çünki bu bir hakimiyyət oyunudur”.
L.Panetta sadəcə “mübarizəyə qoşulma” və “rusları öldürmə”nin on minlərlə ukraynalınnın həyatını itirməsi demək olduğunu unutmur. O həm də Vaşinqton tərəfindən Rusiyaya qarşı proksi müharibəsinin elan edilməsinin onun niyyətlərinin heç də Ukraynanınkı ilə üst-üstə düşmədiyini etiraf etmir. Real olaraq, burada paralel şəkildə iki müharibənin getdiyini görürük: Ukraynanın milli suverenliyini təmin etmək üçün müdafiə savaşı verdiyi Rusiyanın Ukraynaya qarşı müharibəsi, və niyyəti Rusiyanın qlobal nüfuzunu substansial şəkildə azaltmaq olan Amerika və onun müttəfiqlərinin Rusiyaya qarşı proksi müharibəsi.
Onu qeyd etməliyik ki, Ukraynanın suverenliyini və sərhədlərini müdafiə etmək məqsədi Rusiyanı məğlub etmək və alçaltmaq ilə sinonim deyil. Ukraynanı özünümüdafiə üçün dəstəkləmək onun suvrenlik və müstəqilliyini qoruması üçün essensialdır. Lakin Rusiya üzərinə əzici və alçaldıcı məğlubiyyət təlqin etmək Ukrayna da daxil olmaqla heç kimin marağına xidmət etmir. Bu nüans bu ilin mayında Davos görüşündə çıxışı zamanı H.Kissinger tərəfindən söylənilib. Əzici məğlubiyyətin Avropanın uzun vədəli sabitliyi üçün katastrofik nəticələri olacaq. Kissinger əgər Qərb Avropanın güc balansında Rusiyanın rolunu tanımasaydı, konstant münaqişələr erasının başlana biləcəyinə diqqət çəkir. Kissingerin xəbərdarlığı İsrailin öncül xarici siyasət ekspertlərindən biri Yehezel Dror tərəfindən də ifadə edilir: “Putini müharibə cinayətkarı adlandırmaq “strateji dəlilik” formasıdır. Fransa prezidenti E.Makron da bildirirdi ki, Ukraynada döyüşlər dayandıqdan sonra diplomatik həll yolunun tapılması üçün Rusiyanın “açaldılmaması” həyati önəm kəsb edir.
Amerikanın Rusiyaya qarşı proksi müharibəsi Ukrayna məsələsini qlobal hakimiyyət oyununa tabe edir. Ameirkanın Rusiya bahasına qlobal hegemoniyasını yenidən təsis etmək cəhdi qeyri-realistikdir. Bu, Çin və qeyri-Qərb dünyasının böyük hissəsini ekvasiyadan kənarda tutur. Zahirən, Ukraynadakı müharibə Qərbin vəhdətinin konsolidasiyası və etimadlı qüvvə kimi NATO-nun regenerasiyası üçün bir fokus yaratmış kimi görünsə də, müharibə uzandıqca Qərb ittifaqının üzvləri arasında konfliktual savaş məqsədləri üzə çıxır. Vaşinqtonu Rusiyanın məşğlubiyyətindən başqa heç nə maraqlandırmırsa, İtaliya, Fransa və Almaniya kimi dövlətlər Ukraynanın öz ərazisindən güzəştə getməsi bahasına atəşkəs əldə edilməsinə çalışırlar. Digər tərəfdən, Latın Amerika və Asiya ölkələrinin, xüsusən də ABŞ-ın onillər boyu dominant olduğu Orta Şərq regionu dövlətlərinin Vaşinqtonun tələb və təhdidlərinə baxmayaraq neytral və ya əksər hallarda Rusiyanın faydasına olacaq mövqe sərgiləməsi (OPEK qərarları) onu göstərir ki, Soyuq Müharibənin şanlı günlərini yenidən qaytarmaq proyektinin mövcud çoxqütblü dünyada uğur qazana bilməsi mümkünlükdən çox uzaqdır.
1938-ci ildə V.Çörçillin “Silahlar və Antlaşma” adlı kitabı dərc edildi (kitab bir il sonra ABŞ-da “İngiltərə yatarkən: Dünya Məsələlərinin Təhlili” adı ilə yenidən çap edilmişdi). Çörçill Britaniya hökumətinin Nasist Almaniyasının təhdidini ciddiyə almaq həvəssizliyindən doğan qəzəbini və onun ölkəni gələcək müharibəyə hazırlaya bilməməsini bu kitabda qeyd edirdi. Hitlerin Polşanı işğalı onun yenidən silahlanma çağırışını doğrulamışdı.
Əgər Çörçill bu gün yaşasaydı “İngiltərə yatarkən” kitabının versiyası “Qərb Hibernasiyaya Daxil Olarkən” kimi yenidən adlandırılardı. 1938-ci ildə mühüm olan insan sivilizasiyasını təhdid edən bir düşmənlə toqquşmaq üçün hərbi olaraq yenidən silahlanma idisə, bu gün məsələ əxlaqən yenidən silahlanmadır. Qərb Ukraynaya yolunda yanlış dönüş edərək öz gerçək yolunu itirib. Keçmişindən şüurlu şəkildə qoparaq öz sivilizasiyasının təməlini təşkil edən dəyərləri qorumaq zərurətinə qarşı nihilistləşib. Real olaraq, Qərb özünü revitalizasiya etmənin yalnız özünə xidmət edən bir dizaynı üçün ukraynların qəhrəmanlığından istifadəyə ehtiyac duyacaq, ölkədə etnik və dini anlamda neonasizmi təşviq edəcək qədər özünü əxlaqən tərk-i silah edib. Halbuki, həqiqətən Ukraynanın suverenliyi üçün müqavimət göstərən ukraynalılar Qərb siyasətçilərinin özlərini yaxşı hiss etməsi üçün döyüşmürlər.
Ukraynadakı savaşı “Böyük Sıfırlanma” və ya “Yeni Düzən” prizmasından dərk edənlər onu anlamalıdırlar ki, insan cəmiyyətini sıfırlayaraq onu yenidən yükləyə və başlada bilmək namümkündür. Mexaniki və ya fiziki bir şeyi sıfırlamaq olar, lakin tarixi əsla!
Ədəbiyyat: