Hərbi sosial işin əhəmiyyəti və Beynəlxaq təcrübədə təşkili

18.10.2022

Hərbi sosial işin tətbiqi dünyada gedən ictimai-siyasi proseslərin arxa fonunda olduqca aktual mövzulardan biridir. Müasir inkişaf etmiş ölkələrin hərbi strukturlarında koordinasiyalı həyata keçirilən bir sıra sosial xidmətlər göstərməkdədir. Bu göstəril

Birinci Dünya Müharibəsi illərində psixiatrik sosial işçiyə ehtiyac 100.000-dən çox veteran və döyüş təcrübəsi olan  xidmətdə olan hərbiçilərin nevropsixiyatrik xəstəliklərə görə hərbi xəstəxanalara müraciətindən sonra reallaşdı. İlk psixiatrik sosial işçilər hərbi xəstəxanaların nevroloji klinikalarında sahələrarası klinik qrupların tərkibində çalışmağa başladı. Hərbi xəstəxanalarda sosial işçilərin ilk təyinatı 1918-ci ildə Nyu Yorkdakı hərbi xəstəxanada olub.

İkinci Dünya Müharibəsindən sonra peşəkarlığı artıran hərbi sosial işçilər hərbi qulluqçuların, veteranların və onların ailə üzvlərinin problemlərinin həllində, onların həyat keyfiyyətinin yüksəldilməsində və döyüşə hazır vəziyyətdə saxlanılmasında mühüm rol sahibi olub. Bu gün istər hərbi qurumlar, istərsə də veteran təşkilatları sosial işçilər üçün mühüm məşğulluq mənbəyi olmaqla bərabər, eyni zamanda, bu yerlərdə müqavilə əsasında həm tam, həm də yarımştat işləyə bilərlər. Bundan əlavə, hərbi qulluqçular, veteranlar və onların ailələri hərbi idarə olunan tibbi sığorta planı və şəxsi heyətə dəstək proqramı çərçivəsində özəl olaraq işləyən mütəxəssislərdən, həmçinin mülki sosial işçilərdən dəstək ala bilirlər.

Hərbi sosial işin tətbiqi dünyada gedən ictimai-siyasi  proseslərin arxa fonunda olduqca aktual mövzulardan biridir. Müasir inkişaf etmiş ölkələrin hərbi strukturlarında koordinasiyalı həyata keçirilən bir sıra sosial xidmətlər göstərməkdədir. Bu göstərilən sosial xidmətləri təkmilləşdirmək məqsədilə,  hərbi şəxsi heyətin kadr bazasına sosial işçi olan hərbiçi mütəxəssislər ilə yanaşı mülki mütəxəssislər cəlb edilməkdədir.

Hərbi kontekstdə effektiv mikro təcrübə sosial iş mütəxəssislərindən hərbi mədəniyyəti və subkulturaları (məsələn, Xüsusi təyinatlı qüvvələr, quru qoşunları), əsas və təkmil hərbi hazırlığın istiqamətləri və inkişaf təsirlərini başa düşmələrini tələb edir. Hərbi sosial iş mikro-makro səviyyədə əhatə olunan və qabaqcıl sosial iş bilik və bacarıqlarını tələb edən ixtisaslaşdırılmış təcrübə sahəsidir. Hərbi sosial iş, mülki şəxslərlə ümumiləşdirilmiş təcrübədən fərqlənən ixtisaslaşdırılmış təcrübə sahəsidir.  Zira, hərbi sosial iş sülh, münaqişə və milli böhran dövrlərində hərbçi kişilərə və ya  qadınlarla yanaşı onların ailələrinə, himayəsində olan şəxslərə  xidmət göstərən peşəkar fəaliyyət sahəsidir. Xarici təcrübədə hərbi sosial işin təşkilində sosial işçilər üç əsas hissəyə ayrılır:

1.         Mülki sosial işçilər- Hərbi səriştələr üzrə təlim keçmiş sosial işçilər mülki icma daxilində müxtəlif təşkilatlarda hərbi qulluqçular, veteranlar və onların ailələri ilə işləyə bilərlər. Onların hərbi sosial iş bacarıqları maddə asılılığı, psixi sağlamlıq, uşaqların rifahı, məşğulluq sahələrində və ya işçilərə yardım proqramları çərçivəsində istifadə edilə bilər.

2.         Veteranlarla işləyən sosial işçilər- Hərbi sosial işçilərin başqa bir mühüm rolu cəmiyyətə reinteqrasiya etmək və iş təcrübələrinin nəticəsində yaranan zehni, emosional və ailə problemlərini idarə etməkdə çətinlik çəkən veteranlara konsultasiya xidməti göstərmək və onlara dəstək olmaqdır.

3.         Xidmətdə olan hərbiçi sosial işçilər- Onların iş şəraiti fərqli olsa da, hərbi sosial işçilərin əsas missiyası dəyişməz olaraq qalır: həqiqi hərbi xidmət üzvlərinə sağlam şəxsi həyatlarını qoruyaraq öz peşə öhdəliklərini yerinə yetirməyə kömək etmək, tərxis olunmuş hərbiçilər və ya veteranlara mülki həyata keçiddə və emosional vəziyyətin öhdəsindən gəlməyə dəstək olmaq.

 

Sosial işçilərin rolu və funksiyaları.

Sosial işçilər veteranların və onların ailələrinin yaşadıqları mürəkkəb duyğuların öhdəsindən gəlmək bacarıqlarının inkişafında mühüm rol oynayırlar. Bu prosesdə hərbi xidmət zamanı veteran şəxsin həyati funksiyalarına zərbə vuran hadisə yaşaması nəzdində onun və və ailəsinin orqan və funksiya itkisinə uyğunlaşmasının monitorinqi onların qarşılaşacaqları yeni ehtiyac və böhranların öhdəsindən gəlməyə imkan verəcək. Məsələn, bu istiqamətdə həyata keçirilən sosial işə müdaxilədə veteranın ailədəki rolunun itirilməsi aradan qaldırıla bilər və həm veterana, həm də ailəyə yeni vəziyyətə uyğunlaşmaq üçün dəstək verilə bilər. Veteranlar bəzən həyat yoldaşları və ailə üzvləri ilə ünsiyyət və  münasibətlərdə problemlər yaşayırlar. Bu çətin prosesdə ailənin sosial işə müdaxiləsinə, ailə və ya evlilik məsləhətinə daxil edilməsi tövsiyə olunur. Ailə əsaslı müdaxilələr veteranlar və onların ailələrində ailənin davamlılığını artıra bilər. Qeyd etmək lazımdır ki, əsaslı müdaxilələr müsbət və qalıcı dəyişiklik yaratma ehtimalını artırır, eyni zamanda Post travmatik Stress pozuntusu (P.T.S.P) simptomlarının mənfi təsirlərini azaldılmasında kömək ola bilər.

Orduda xidmət edən Hərbiçi sosial işçilərin hərbi həyat tərzinin davamlılığı artıran aspektlərinin planlaşdırılmasında, riayət edilməsində və nəticələrdə necə rol oynadığını başa düşmələri də çox vacibdir. Sosial işçilər mədəniyyətin insan həyatındakı əhəmiyyətini və təsirlərini dərk edərək, özlərinin və müraciətçilərinin mədəniyyəti haqqında məlumatlara malik olmalıdırlar. İstər ordunun özünəməxsus mədəni quruluşu, istərsə də ordu mənsublarının sosial-mədəni fərqləri orduda ictimai iş təcrübəsinin mədəni fərqliliklərə qarşı həssas olmasını zəruri edir. Mədəni fərqlərə həssas olan sosial iş təcrübəsi müraciətçi qruplarının fərqliliklərinə uyğun yanaşmalar və institusional strukturlaşma tələb etməkdədir. Sosial işçilər xidmət etdikləri müştəri qrupunun ənənələri, adətləri, dəyərləri, ailə sistemləri və tarixləri haqqında məlumatlı olmalıdırlar. Silahlı Qüvvələrdə çalışacaq sosial işçilər ilk növbədə işləyəcəkləri mühiti və müştərilərinin sosial, psixoloji, demoqrafik xüsusiyyətləri ilə yanaşı, işin tələblərini də bilməlidirlər. Orduda sosial iş təcrübəsi sosial işin digər sahələrindəki təcrübələrdən müxtəlif aspektlərə görə fərqlənir. Veteranlar ümumi mədəniyyətin inkişaf edə biləcəyi müraciətçi qrupları arasındadır.  Yuxarıda qeyd olunan faktları ümumiləşdirsək, Beynəlxalq təcrübədə aşağıdakı hərbiçi qruplarına institutsional sosial iş xidmətləri, sosial layihələr və proqramlar vasitəsilə aparılmaqdadır:

 

Orduda sosial iş təcrübəsində hərbi həyatın tələbləri,  hərbi hissə daxilində nizam-intizam və əsgər yoldaşları, ailə sistemi ilə mülki şəxslər arasında qarşılıqlı əlaqə son dərəcə vacibdir. Bu qarşılıqlı əlaqədə veteran-ailə üzvləri; komanda heyəti-veteranlar; Komandanlıq heyəti ilə veteranların ailələri arasında səmərəli ünsiyyət dəstəklənməlidir. Lakin, bu dəstək tədbirləri milli-mənəvi dəyərləri nəzərə almaqla göstərilməlidir. Çünki fərdlər arasında ünsiyyəti yaxşılaşdırmaq və barışığı təmin etmək sosial işin missiyalarındandır. 

Elnur Süleymanzadə
Tədqiqatçı