Avropada Korrupsiya ilə bağlı sosial araşdırma aparılıb

15.07.2022

Korrupsiyanın biznes üçün qeyri-müəyyənlik yaratmaq, prosesləri yavaşlatmaq və əlavə xərclər tətbiq etməklə rifahı və iqtisadi artımı yavaşlatmaq kimi ciddi və geniş yayılmış təsirləri var. Bu faktor investisiya səviyyəsini aşağı salmaqla, Daxili Bazarın ədalətli fəaliyyətinə mane olaraq, dövlət maliyyəsini azaldır və bütövlükdə Avropa İttifaqına (Aİ) ziyan vurur. Bu barədə Avropa İttifaqında aparılan son araşdırma zamanı avropalıların korrupsiya barəsində ümumi fikirləri araşdırılıb.

Hər on avropalının altı nəfərindən çoxu (63%) korrupsiyanın yolverilməz olduğunu düşünür

  • Aİ-nin 19 Üzv Dövlətində bütün respondentlərin yarıdan çoxu hesab edir ki, korrupsiya yolverilməzdir. Bu ölkələr arasında nisbət İrlandiyada 78% və 76% arasında dəyişir. Həm Lüksemburq, həm də Portuqaliya və Avstriyada bu rəqəmlər 52%-dir.
  • Qalan səkkiz ölkədə respondentlərin yarısından azı korrupsiyanı qəbuledilməz hesab edir, ən aşağı nisbət Latviyada (30%) və Çexiyadadır (34%).
  • Respondentlərin 30%-dən azı dövlət idarəsindən və ya ictimai xidmətdən nəsə almaq üçün hədiyyə verməyi (28%), 17% isə hədiyyə verməyi məqbul hesab edir.

Avropalıların üçdə ikisindən çoxu hesab edir ki, korrupsiya Aİ-yə üzv dövlətlər arasında nəzərəçarpacaq dərəcədə geniş yayılıb.

Aparılan araşdırmanın nəticələrini olduğu kimi aşağıdakı siyahıda gözdən keçirmək mümkündür :

  • Respondentlərin 68%-i öz ölkələrində korrupsiyanın geniş yayıldığını düşünür ki, bu da 2019-cu ildən üç faiz bəndi azalma deməkdir.
  • Ölkələrində korrupsiyanın nə qədər geniş yayıldığına dair fikirlər Aİ Üzv Dövlətləri arasında əhəmiyyətli dərəcədə fərqlənir, nəticələr Yunanıstanda 98%-dən, Kipr və Xorvatiyada 94%-dən Finlandiyada 16%-ə qədər dəyişir.
  • Respondentlər daha çox korrupsiyanın siyasi partiyalar (58%), yerli, regional və ya milli siyasətçilər (55%), dövlət tenderləri keçirən məmurlar arasında geniş yayıldığını deyirlər.
  • Sorğu iştirakçılarının demək olar ki, dörddə üçü (74%) öz ölkələrində, dövlət qurumlarında korrupsiyanın olduğunu düşünür, 72%-i isə yerli və ya regional dövlət qurumlarında korrupsiyanın olduğunu düşünür.
  • Ümumən sorğuda sualın ünvanlandığı şəxslərin üçdə ikidən çoxu (68%) hesab edir ki, rüşvətdən istifadə çox vaxt müəyyən dövlət xidmətlərini əldə etməyin ən asan yoludur.
  • Dörddə üçündən çoxu (77%) razılaşır ki, biznes və siyasət arasında çox sıx əlaqə korrupsiyaya səbəb olur. Demək olar ki, üçdə ikisi (65%) razılaşır ki, favoritizm və korrupsiya biznes rəqabətinə mane olur. Onda altıdan bir qədər çoxu (61%) belə düşünür. 53% avropalı cavabında qeyd edib ki, onların öz ölkələrində biznesdə uğur qazanmalarının yeganə yolu siyasi əlaqələrə malik olmaqdır.

Yalnız xatırlatmaq lazımdır ki, bu sorğu onu müəyyən edib ki, korrupsiyanın geniş yayıldığını deyən respondentlərin nisbəti 2019-cu illə müqayisədə azalıb. Ən böyük azalma Danimarkada (16%, -19) qeydə alınıb.

Korrupsiyanın məqbulluğu

Təbii haldır ki, korrupsiya vasitələri müxtəlifdir və onlar arasında insanları çaşdıracaq yollar da var. Bəzi hallarda insanlar hansı əməlin tam olaraq korrupsiya olduğunu belə anlamaqda çətinlik çəkir. Son araşdırmada böyük əksəriyyət dövlət xidməti müqabilində pul verməyi qəbuledilməz hesab etsə də, hədiyyə vermək və ya yaxşılıq etmək getdikcə məqbul hesab olunur. Avropa Komissiyasının apardığı son araşdırmada aşağıdakı sual da yer alıb:

Əgər siz dövlət idarəsindən və ya ictimai xidmətdən nəsə almaq istəyirsinizsə, aşağıdakılardan hər hansı birini etməyi nə dərəcədə məqbul hesab edirsiniz?

Nəticələri infoqrafika vasitəsilə hər ölkə üzrə aydın seçmək mümkündür.

Respondentlərin əksəriyyətinin dövlət idarəçiliyindən və ya dövlət xidmətindən nəsə almaq üçün hədiyyə verməyi məqbul hesab etdiyi beş ölkə bunlardır: Latviya (63%), Macarıstan (56%), Çexiya və Yunanıstan (hər biri 55%) və Rumıniya (54%).

Əslində, Rumıniyada 11% bunu "həmişə məqbul" hesab edir və Rumıniya yeganə ölkədir ki, hər on nəfərdən biri belə düşünür.

Aİ-nin 21 üzv dövlətində respondentlərin əksəriyyəti öz ölkələrində korrupsiyanın geniş yayıldığını düşünür. Yunanıstanda demək olar ki, bütün respondentlər (98%), Xorvatiya və Kiprdə hər birində 94%, Macarıstanda 91% və Portuqaliyada 90% olmaqla insanlar bu fikrə sahibdir. Əslində, Yunanıstan və Xorvatiyada 50% korrupsiyanın “çox geniş yayıldığını” deyir. Hollandiyada fikir bölünür: 50% korrupsiyanın geniş yayıldığını, 50% isə nadir olduğunu düşünür.

Paşa Bayramov

https://europa.eu/eurobarometer/surveys/detail/2658