Tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı
həyata keçirdilən etnik təmizləmə və soyqırımı siyasəti
Araşdırma – təhlil xarakterli məqalə
200 illik insani fəlakətlərlə dolu Azərbaycan tarixinin soyqırımı səhifəsi
Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra özünün əsl qiymətini almağa başladı və xalqımız tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Dəfələrlə Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri siyasi-hüquqi qiymətin verilmədiyi soyqırımı və tarixi torpaqlarmızın zəbti, işğalı da tarixin açılmamış səhifələrindən biridir.
Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Bu siyasət iki istiqamətdə gerçəkləşdirilirdi. Bir tərəfdən, Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başlanmışdı. Digər tərəfdən isə, torpaqları zəbt olunmuş azərbaycanlılar qaçqın və köçkün vəziyyətinə salınırdılar. Təkcə XIX əsrdə Çar Rusiyasının qüvvələrinin dəstəyi ilə 400 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana köçürülmüşdü.
1905-1907 və 1918-1920-ci illərin hadisələri, mart qırğınları zamanı azərbaycanlılar kütləvi surətdə qətlə yetirilir, onların yaşadıqları kəndlər talan edilir, viran qoyulur, minlərlə soydaşımızın qaçqın və didərgin vəziyyətinə salınması üçün müxtəlif silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunurdu. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan öz sərhədlərini təyin etmək istədikdə, yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəldi. Azərbaycan xanlığı İrəvan xanlığının torpaqlarında erməni dövləti yaratmaq ideyası ortaya atıldıqdan sonra bu məsələlər daha kəskinləşdi.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Soyqırım ifadəsi ilk dəfə 1944-cü ildə yəhudi əsilli amerikalı alim Rafael Remkin tərəfindən işlədilmişdir. Bu ifadə III Reyx tərəfindən yəhudi əsilli insanların kütləvi şəkildə məhv edilməsinə istinadən yaradılmışdır. Soyqırım və ya genosid ifadəsi yunan dilində olan genos, yəni “soy” sözü ilə latın mənşəli cide, yəni “öldürmək, məhv etmək” sözlərinin birləşməsindən yaradılmışdır. Bu ifadə 1945-ci ildə Nüremberq tribunalı tərəfindən müharibə cinayətkarlarının günahlandırılması üçün istifadə edilmişdir.[1]
1946-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş 96 (I) nömrəli qətnamədə soyqırımının beynəlxalq hüquq normalarını pozan, Birləşmiş Millətlər Təşkilatının ruhuna və məqsədlərinə zidd cinayət olduğunu elan etdərək və sivil dünyanın onu pislədiyini nəzərə alaraq, soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu dəhşətli bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyinə əminlik əsasında konvensiyanı qəbul edilmişdir.[2]
Konvensiyaya əsasən soyqırım anlayışına aşağıdakı kimi tərif verilmişdir: “Qətl halı bir nəfərin öldürülməsi olduğu halda, soyqırım bir qrup insanı yaşamaq hüququndan məhrum etmək deməkdir”.[3]
Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin özünün 96(1) nömrəli 1946-cı il 11 dekabr tarixli qətnaməsində Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi[4] qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında[5] soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Xocalı qətliamı isə müharibə şəraitində baş versə də, bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir. Bu qətliam nəticəsində şəhər tamamilə dağıdılmış, orada yaşayan insanlar isə amansız şəkildə, işgəncə ilə öldürülmüşdür.
Müasir dünyada soyqırım beynəlxalq cinayət kimi tanınaraq qadağan olunmuşdur. Əgər soyqırım cinayəti baş veribsə, onun məsuliyyəti eyni zamanda həm dövlətə, həm də həmin cinayətin baş verməsində bilavasitə iştirak etmiş şəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər bir dövlət öz daxili qanunvericiliyinə soyqırım cinayətində təqsirli bilinən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. Bu vasitə ilə soyqırım cinayətini törədən şəxslərin məsuliyyətdən yayınmasının qarşısı alınmalıdır. Bir cinayəti qeyri-müəyyən orqanlar yox, müəyyən şəxslər törədirlər”. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də qəbul edilmiş “bir cinayəti qeyri-müəyyən orqanlar yox, müəyyən şəxslər törədirlər” yanaşmasına əsasən beynəlxalq hüquqda ikili məsuliyyətin, yəni eyni zamanda dövlətin və şəxsin məsuliyyətinin mümkünlüyünü qəbul edir. Beləliklə, Xocalıdakı soyqırım cinayəti üçün yalnız Ermənistan Respublikası deyil, həm də onun baş verməsində fəal iştirak etmiş erməni məmurları da məsuliyyət daşıyırlar. Ancaq Beynəlxalq Məhkəmənin ədalət müstəvisində təəssüf ki, həmin şəxslər cəzasız qalıblar, hətta onların bir qismi Ermənistan Respublikasının hakimiyyət orqanlarında məsul vəzifələrdə və ictimai-siyasi sferalarda təmsil edilirlər.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Demokratik Respublikası (ADR) varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixi mərhələlərlə erməni cinayətkarlığı və azərbaycanlıların soyqırımı
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrinin başlanğıc hadisələrinin kökünü ermənilərin İrəvan, Naxçıvan və Qarabağ xanlığının ərazilərinə köçürülməsi ilə başladığını qeyd etmək lazımdır. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Belə ki, Çar Rusiyasının 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri tarixi torpaqlarımızın parçalanması ilə Azərbaycan xalqının bölünməsinin əsasını qoydu. Gülüstan[6], Türkmənçay[7] və 1829-cu il Ədirnə müqavilələri ilə tarixi torpaqların bölünməsinin davamı məqsədini həyata keçirərək ermənilərin kütləvi sürətdə Osmanlı və Qacarlar dövlətindən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürməsi ilə Azərbaycan əraziləri süni bölgülərə məruz qalmağa başladı. Erməni gəlmələri regionda azlıq təşkil etməyinə baxmayaraq onlar tezliklə siyasi ekspansiya siyasətini həyata keçirməyə və bu siyasətin icrası üçün planlar qurmağa başladılar ki bunun nəticəsi kimi hazırki dövrə qədər davam edən münaqişələrin təmtəli qoyuldu. Çünki köçürülən erməni ailələrinin əksəriyyəti yaylaqda olan Azərbaycan türklərinin evində və torpaqlarında yerləşdirildi.[8] Bununla da, Azərbaycan xalqının milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasi proseslə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Bu prosesdə soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı.[9] Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədi ilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
Tarixi dəyişikliyə səbəb olan “Böyük Ermənistan” iddiaları və ideyanı reallaşdırmaq üçün ermənilərin Qafqaz türklərinə qarşı ilk sistemli etnik təmizləmə işinə 1905-1907-ci illərdə törətdikləri qətliamları, soyqırğınları ilə başladılar. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
1905-1907-ci illər birinci rus inqilabı vaxtı erməni millətçi Daşnaksütyun partiyasının Bakıda erməni fəhlələri arasında millətçilik ideyaları yaymaqla bir növ gələcək etnik təmizləmələr üçün zəmin hazırladığını və məhz bu zəminin 1905-1907-ci illərdə azərbaycanlılara, türk-müsəlman əhaliyə qarşı irimiqyaslı qanlı aktlar, qırğınlar törədilməsinə, minlərlə insanın qəddarlıqla öldürülməsinə gətirib çıxarmışdır. Bakıda başlanan vəhşiliklər Azərbaycanın bütün ərazisinə və İrəvan xanlığına (indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərinə) yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı və yer üzündən silindi, minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirildi. Bolşeviklər və Daşnaksütyun partiyası tərəfindən 1918-ci il soyqırımları daha planlı şəkildə törədilir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməməsi üçün azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin avantürist torpaq iddialarını əsaslandıraraq pərdələmişlər.
Birinci dünya müharibəsi, Cənubi Qafqazda ermənilərin sayının artmasına töhfə vermişdir. Süni ərazi bölgüsü ilə müşayiət olunan bu proses regionda sabitliyin uzun müddətdə pozulmasının, gərginlik və münaqişələrin yaranmasının əsasını qoydu. Eyni zamanda Çar Rusiyasında baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçılarla mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən ermənilərin planı həyata keçirilməyə başladı. Ermənilər bolşevizm örtüyü altında hərbi cinayətlər törədir və bu işin təşkilinə Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən Stepan Şaumyan rəhbərlik edirdi. Rusiyanın davamlı olaraq erməniləri silahlandırması nəticəsində ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə Bakı ilə yanaşı, Şamaxı və Quba rayonlarında, həmçinin Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində qətlə yetirilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Siyasi qiymətləndirilmə
Qeyd etmək lazımdır ki, 1918-ci ilə qədər neft sənayesinin Bakıda sürətlə inkişaf etməsi ilə bağlı şəhərə erməni miqrantlarının sürətli axını başlamışdı. Bununla bağlı olaraq XX əsrin əvvəllərində ermənilərin artıq Bakının inqilabi və sosialist hərəkatlarında fəal rol oynamağa başlaməşdılar.
Bütün bu proseslərin də öz növbəsində 1918-ci il soyqırımları ilə davam etdiyini Azərbaycan Demokratik Respublikası (ADR) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə ADR tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Demokratik Respublikasının süqutu bu işin başa çatmasına imkan vermədi.
1918-1920, 1948-1953, 1987-1989-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası
Erməni-bolşevik birləşmələrinin birgə fəaliyyətinin nəticəsində qısa zaman ərzində ermənilər Şamaxı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da törətdikləri soyqırımlarda minlərlə insan vəhşicəsin qətlə yetirirlmiş, yüzlərlə kənd dağıdılaraq xarabalıqlara çevrilmişdir. Bakıda 20.000, Qubada[10] 16.000 azərbaycanlının etnik təmizlənməyə məruz qalmışdı. Ermənilərin etnik təmizləmə siyasətinin məntiqli nəticəsi kimi ermənilər tərəfindən 1920-ci ildə Zəngəzurun işğal baş verdi. Beləliklə, Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar. Sovet hakimiyyəti zamanı Ermənistanda əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində məqsədyönlü səylər həyata keçirilmişdir. Belə ki, xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə çoxlu sayda azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə 150.000[11] yaxın azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına[12] dövlət səviyyəsində nail oldular.[13] Dağlıq-yaylaq coğrafiyasını əhatə edən doğma torpaqlarından deportasiya edilən İrəvan azərbaycanlıları Azərbaycan SSR-in isti Mil-Muğam düzünə deportasiya edildi. On minlərlə insan yerli əhali İrəvan türkləri/azərbaycanlıları İrəvamndan sürgün edildi. Onların dədə-baba mülkləri, torpaqları, bütün mülkiyyətləri ermənilərə verildi. On minlərlə irəvan azərbaycanlısı isə qeyri-insani şəraitdə deportasiya zamanı yolda və isti Mil-Muğan düzündə məhv oldu. [14]
1920-ci ilin sonunda Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərə öz dövlətini başqa millətlərin torpaqları hesabına genişləndirmək üçün çoxdankı arzularını həyata keçirmələri üçün real imkan yaradıldı. 70 illik Sovet hakimiyyəti zamanı onlar bu siyasəti Azərbaycanın hesabına sistematik və metodiki şəkildə azərbaycanlıları öz torpaqlarından qovmaq üçün bütün mümkün imkanlardan istifadə edərək həyata keçirmişlər. Beləliklə 1920-ci ildə ermənilər Zəngəzur və Azərbaycanın bir sıra digər ərazilərini Ermənistan Sovet Sosialist Respublikasının (SSR) tərkibi elan etdilər. Bundan əlavə, Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkibində saxlanılmasına baxmayaraq, ona inzibati sərhədləri erməni əhalisinin çoxluq təşkil etməsini təmin edən tərzdə müəyyən olunan muxtariyyət statusu verildi. Beləliklə, eyni zaman çərçivəsində Ermənistanda kompakt halda yaşayan yarım milyondan çox azərbaycanlının həmin təminatdan məhrum edildiyi halda, Azərbaycan ərazisində süni qurum yaradıldı.
1987-ci ilin sonunda Ermənistan SSR Azərbaycan SSR-nin DQMV-nin ərazisinə aşkarcasına iddia irəli sürdü. Bundan sonra azərbaycanlılar Ermənistan SSR-dən və DQMV-dən növbəti dəfə qovulmağa başladı. Həmçinin bu regionun Azərbaycandan birtərəfli şəkildə ayrılması prosesinin həyata keçirilməsi üçün həm Ermənistan, həm də Dağlıq Qarabağın erməni icması tərəfindən bir sıra qanunsuz qərarlar qəbul edildi.
22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər dinc azərbaycanlı nümayişçilərinə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
Dağlıq Qarabağa iddialar irəli sürdükdən sonra Ermənistan dövlət orqanları 300 minə yaxın azərbaycanlının Ermənistandakı evlərindən məcburi şəkildə deportasiyası ilə nəticələnən qərarlar qəbul etdilər. Deportasiya prosesi bütün Ermənistan boyunca genişmiqyaslı və sistemli öldürmə, işgəncə vermə, əmlakın məhvi və soyğunçuluq halları ilə müşayiət olundu. Bütövlükdə bu proses nəticəsində 1987-1989-cu illərdə Ermənistanda 217 nəfər azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və yaşlılar öldürüldü. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. [15]
Mənəvi və Psixoloji terror
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kompaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəllərində əksər əhalisinin əsas və köklü hissəsi İrəvan türkləri/azərbaycanlılar olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi: Xocalı faciəsi: 1991-ci ildə Sovet İttifaqı süqut etdikdən sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq subyekt kimi tanındı, silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Ermənistan müharibəyə başladı, Azərbaycana qarşı silahlı qüvvə tətbiq etdi və Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla onun ərazilərini işğal etdi. Ermənistan bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti həyata keçirdi və münaqişə zamanı digər ciddi cinayətlər törətdi. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.
Xocalı 940 kv. km əraziyə və işğaldan qabaq 7000 nəfər əhaliyə malik olmuşdur. Xocalı Xankəndindən 10 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalıda bir şəhər, bir qəsəbə (Əsgəran), 50 kənd var və ona qonşu rayonlar: Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşadır.
Xocalıya sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də, sonuncu hərbi vertolyot isə fevralın 13-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içərisindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi. Xocalılar öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünü müdafiə dəstəsi və yerli milis qüvvələrindən təşkil olunmuşdu.[16]
Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.
Xocalı elə bir yaşayış məskəni idi ki, burada Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələri əks olunurdu. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Burada qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV -VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.[17] Erməniləri narahat edən məsələlərdən biri də Xocalının Xankəndindən 10 kilometr Cənub-Şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşməsi idi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərinin maraq dairəsində idi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.[18]
Qeyd edilməlidir ki, Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir. [19]
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı ilə başlayan 44 günlük müharibənin nəticəsində işğal edilmiş torpaqlarımız azad edimişdir. Müharibənin gedişatında Ermənistan siyasi-hərbi rəhbərliyi əvvəlki illərdə olduğu kimi mülki əhalini hədəfə almış və münaqişə ərazisindən onlarla kilomet aralıda olan Azərbaycan şəhərlərini bombalamışdır. Nəticədə 93 nəfər, o cümlədən 12 uşaq həlak olmuş, 400-dən çox mülki şəxs isə yaralanmışdır.
Qeyd edildiyi kimi, Ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri aşikar və danılmaz faktdır. Bu dünyanın apaprıcı media orqanlarında da işıqlanıb və dünya birliyinə rəsmi sənədlər əsasında hazırlanmış faktaloji sənədlər göndərilib. Ancaq hələ də dünya ictimaiyyəti tarixən ermıənilər tərəfindən həyata keçirdilən faciələrə siyasi qiymət verməmişdir.
İstifadə edilən mənbələr: