Qlobal konfiqurasiya və şərtləndirdiyi yeni reallıqlar

28.02.2022

Ukrayna meydanında Rusiya-Qərb cəbhəsində baş verən proseslərlə paralel bir məqam diqqət çəkir. Ukrayna hərb meydanında siyasi manevr edərək iki qardaş xalq amilini (rus xalqının müharibə tərəfdarı olmadığını bilərək) ən güclü silahlardan birini işə saldı (hərçənd çox gecikmiş addım olsa belə). Ukrayna illər boyu Qərbdən gözləntilərini və arzularına almadığı reaksiyanı, cəmi 2 gündə rus xalqından ala bilir, nəticəsi rus xalqı üçün hər nə qədər ağır olsa da. Dünya hərb meydanında savaşan - uduzan iki qardaş dövlətin xalqının sərhədsiz qalibiyyəti adlandırmaq olar.

Bu hadisə bu gün istənilən qlobal dinamikada ictimai rəyin önəmini bir daha sübut edir. Məsələ iki dost xalq arasında təkcə barış zəncirinin qırılması deyil, Qərbin qlobal ambisiyalarında iki genetik dost xalqının (140+30 milyonluq) rəy “nüvəsinə” və bununla rəqib qlobal gücün ən böyük təhlükəsizlik halqasına nüfuz etmək idi...“Sülh” adı altında əsl işğalçılıq budur!

Biz bunun bariz nümunəsini 30 illik Qarabağ sınağında ən ali formada yaşadıq.

Digər bir məsələ isə Rusiya ilə qarşılıqlı anlaşma ilə bağlı son günlər sosial mediada aparılan müzakirələrlə bağlıdır. Amma burada məsələ heç də kontent ətrafında müxtəlif istiqamətdə müzakirələr və onun axını deyil, məsələ ictimai rəyə ötürülən çox təhlükəli neqativlərdir.

Biz ərazilərimizə tarixi işğalı gerçəkləşdirənlərə qarşı meydanlara çıxmazdan və tarixi hərbi Qələbəmizə - Qarabağla ayrılmaz bütövlüyümüz qalibiyyəti ilə çıxmışıq. İstər regional, istərsə də qlobal meydanlara da Qələbə ilə bütünləşən milli, tarixi kimliyimizlə, Zəfər libasımızla, Qalib simamızla çıxırıq.

Növbəti qalibiyyətlərə şahidlik edəcək Sülh savaşımızın fəlsəfəsi məhz Qələbə sosial ahənginin üzərində inşa edilib.

Qələbə ideyasının bütün sahələrdə regional və beynəlxalq sülh sərhədlərini məhz bu ahəng prinsipi ilə inşa edəcəyik!

Vətən müharibəsində Qalib -  ərazi, milli, mənəvi, mədəni, siyasi bütövlüyü, vahidliyi ilə məğlubliyyət sindromunu Ermənistana ötürmüş, “məlubedilməz” erməni ordusu mifini ömürlük erməni ictimai şüurundan silmiş, həm də müxtəlif labartoriyalarda münaqişəli ocaqlara dair sirkulyasiya edilən bənzər Ukrayna senarisini təkcə Qarabağda deyil, bütöv regionda dəf etmiş bir ölkənin, xalqın, ordunun qalibiyyətini beynəlxalq məkana uğurla transformasiya edən Azərbaycan gələcək  eralarda bəhsi keçəcək çoxəsrlik Zəfər hərəkatının davamçısıdır. Bu hərəkatın memarı Ali Baş Komandan media meydanını aşan qlobal proseslərə daha yaxından şahidlik edir - Vətən Müharibəsinin sərhədlərini aşan Qalib Azərbaycan - Qalib Xalq - Qalib Lider İmzası ilə qlobal prosesləri idarə edərək həm də yeni regional idarəçiliyi inşa edir.

Son bir neçə ayda izlədiyi trayektoriya və qlobal sefarda nümayiş etdirdiyi müsbət dinamika Azərbaycanın regional rolunun daha fövqündədir. Dönülməz gerçəklikdir ki, Azərbaycan həqiqətən 90 illərin Azərbaycanı deyil və olmayacaq da!

 Azərbaycanın müxtəlif dövlətlərarası gərginliklər və problemlərin həllində konsensus missiyası genişlənməkdədir. Son proseslərlə isə bu, yeni məzmun kəsb etməkdədir. Düzdür, Ukrayna məsələsi heç vaxt iki dövlət məsələsi olmadı, qlobal xarakteri dönməz hal aldı. Buna baxmayaraq dəyişən konfiqurasiya zərurətində proseslərin regional məsuliyyətinin siyasi dərki fonunda nizamlı addımları ilə Bakı və Ankara yeni nizamın tənzimləyici qüvvəsi rolunda çıxış etməkdədir.

Prezident İlham Əliyevin bir müddət öncə çıxışında “dünyada beynəlxalq arxitektura çökərsə, Azərbaycanın buna hazır olduğunu” bildirməsi yeni münasibətlər sistemində dövlətimizin əsaslandığı labüd və yeni strategiyanın bəyanı idi. Baza prinsiplərinin sxematik təsviri və konseptual qoyuluşu geostrateji interaktiv paraqdimaya əsaslanan nəhəng strategiya qlobal konfiqurativ modelə əsaslanır.

Birincisi, Qarabağ siyasi nizamı ilə qlobal dinamik gedişata tranformasiya edilən strategiya regionda dayanıqlı etimad mühitinə əks bütün normativləri aşır.

İkincisi, regional və qlobal komponentləri bir-birini tamamlayan, siyasi-iqtisadi qlobal məkanlara inteqrasiyanı stimullaşdıran mahiyyəti, müstəqil və milli siyasi vektorlara istənilən kənar diqtə və təhdidləri önləyici xarakteri ilə preventiv əsaslıdır.

Yeni regional nizamın yaradıcısı rolunun fövqündə Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasət kursunun geosiyasi reallıqlarla uğurla uzlaşdırılması yeni çağırışlara inteqrasiya yolunda dayanıqlı, eləcə də qlobal inteqrasiya xəttinə dair mühüm siyasi təminatlara əsaslar yaradır. Bu baxımdan regionun sülh aktoru Azərbaycan yeni nizamın geostrukturuna uyğun xətt izləyir və uğurlu meqatrendlərə istinad edir.

Dəyişən konfiqurasiyada regional və qlobal hədəflərlə yanaşı, müstəqil xarici siyasi xəttin izlənilməsi bölgədə yeni əməkdaşlıq formatları geosiyasi perspektivində zərurətə çevrilir.

Bu kontekstdə 2022-ci ilin qarşıdakı siyasi təqvimində mühüm geosiyasi əhəmiyyət kəsb edəcək vacib tezisləri qeyd etməkdə fayda var:

- Azərbaycan və Rusiya ilə münasibətlərin yeni mərhələsində atılan addımlar, Azərbaycan və Türkiyənin regional və qlobal mənada Rusiya tərəfindən ən etibarlı tərəfdaş olaraq görülməsi ölkəmizin sülh savaşında yekun nəticəyə yaxınlaşması, eləcə də regional nizamın perspektivləri baxımından vacibdir;

- Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq konfiqurasiyasının geosiyasi düzəndə metasəviyyəsi ilə qlobal dinamikaya gətirdiyi yeni geosiyasi parametrlər genişlənir;

- Böyük Britaniya tərəfindən Azəbaycanla bundan sonra sarsılmaz tərəfdaşlıq istəyinin növbəti geosiyasi tarixi bir mərhələdə dilə gətirilməsi, Avropa Birliyi ilə təmasların sıx qrafiki mühüm əhəmiyyətə malikdir.

- Bu kontekstdə İranla münasibətlərin gələcək dinamikası, eləcə də digər region dövlətləri ilə yeni formatda əməkdaşlıqların daha da inkişaf etdirilməsi gözləniləndir;

- Qoşulmama hərəkatının üzvü olan Azərbaycanın regionun müstəqil aktiv siyasət yürüdən aparıcı dövləti kimi hər hansı ittifaqlarda yer almayacağı xəttini izlədiyini nəzərə alsaq, bu fonda qalib dövlət kimi Azərbaycanın ətrafında Azərbaycan mərkəzli birliklərin, yeni əməkdaşlıq formatlarının, yəni nüvəsində Azərbaycan dayanan yeni birliklərin (məsələn, 3+3 formatı) yaradılmasını ehtimal etmək olar;

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların, eyni zamanda Rusiya-Azəbaycan-Türkiyə formatının dinamik gedişatının yeni məzmun kəsb etməsinin İrəvan tərəfindən Bakının təşəbbüskar rolunun qəbul edilməsi prosesinə müsbət təsiri ehtimalları böyükdür.

Aygün Yusibova

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.